Döyüş başlığı

Taktiki B61 nüvə bombası inteqrasiyasının müxtəlif mərhələlərində görünür. Burada, nüvə başlığı fotoşəkilin mərkəzi hissəsində mərmi formasında, metallik boz rəngli hissədir.

Döyüş başlığı xüsusi olaraq hazırlanmış olan daşıyıcı korpusda (məsələn, döyüş raketi, raket və ya torpedo) hədəfə daşınan partlayıcı, yandırıcı və ya zəhərli materialdan və sözügedən korpus hədəfə çatdıqdan sonra bu materialı işə salacaq olan tətikləmə mexanizmindən ibarət olan xüsusi döyüş mexanizmidir.

Torpedalar ilk dəfə yaradıldıqları zaman təlim, sınaq və hərbi təlimlərdə istifadə olunmaqları üçün onların içərisinə müəyyən faydalı yük yerləşdirilər və bu faydalı yükə sülh başlığı deyilərdi. Sözügedən həmin torpedalar həqiqi hərbi əməliyyatlarda və müharibələrdə istifadə olunmağa başlandığı zaman onların adı döyüş başlığı olaraq dəyişdirilmiş və zaman keçdikcə sülh başlığı termini hərbi terminologiyadan tamamilə çıxmışdır.

Təsnifatlandırma

[redaktə | mənbəni redaktə et]

Müxtəlif döyüş başlıqları növləri aşağıda göstərilmişdir:

  • Partlayıcı: Müvafiq ölçüdə bir partlayışdan istifadə edilərək hədəfi parçalamaq və partlayışın yaratdığı zərbə dalğasının təsiri ilə əsas hədəfin ətrafında yerləşmiş olan ikinci dərəcəli hədəfləri mümkün qədər zərərsizləşdirmək prinsipinə əsaslanır.
    • Konvensional: Barıt, C4 və dinamit kimi molekulyar strukturda yüksək miqdarda istilik, işıq və şok enerjisinə malik olan kimyəvi maddələrdən istifadə edilərək istehsal olunan partlayıcı maddələr qrupudur.
      • Təhrik növü (Hərəkət növü): Böyük bir zərbə dalğası yaradaraq partlayış sferasında olan materiallara qəfil və yüksək təzyiq tətbiq edilməsi yolu ilə hədəfi zərərsizləşdirməyə əsaslanan konvensional partlayıcılardırlar. Yaranmış olan istiliyin və işığın miqdarı digər növlərdən daha azdır. Terror təşkilatları tərəfindən müntəzəm formada istifadə edilən boru tipli bombalar təhrik növüdür.
      • Parçalanma (dispersiya) növü: Müəyyən bir hərəkət tipli partlayıcı nüvənin ətrafında əsasən silindr və ya sfera formasında yerləşdirilmiş olan qəlpə hissəciklərindən istifadə etməklə, hədəfləri partlayış zonası daxilində deşərək zərərsizləşdirməyə yönəlmiş konvensional partlayıcı maddə növüdür. Bütün kaset bombaları bu tipdədirlər.
      • Yanğın növü: Müəyyən bir partlayıcı nüvənin ətrafında tez alışan yanacaqdan ibarət olan və düşmən ərazisində yanğın yaratmaqla təsir sahəsindəki hədəfləri məhv etmək prinsipinə əsaslanan partlayıcı maddə növüdür. İnkişaf etdirilmiş olan versiyalarında isə alovlanma qabiliyyətini sürətləndirən katalizator tipli kimyəvi maddələrdən və eyni zamanda da hədəfin özü-özünü söndürməsini çətinləşdirən yapışdırıcı maddələrdən də istifadə olunur. Napalm bombası yanğın tipli konvensional partlayıcılara yaxşı bir nümunədir.
      • Forma növü: Bunlar, xüsusilə də polisxüsusi təyinatlılar tərəfindən qapıların və seyflərin açılması, divarların dağıdılması kimi məqsədlər üçün müntəzəm olaraq istifadə edilən və hədəfin formasından və istifadə edilmiş olan materialdan asılı olaraq bir çox fərqli həndəsi formada istifadə edilə bilən təhrik tipli partlayıcılardırlar. Plastik partlayıcılar kimi tanınan gel və yaxud da pasta tipli partlayıcılar forma tiplidirlər.
      • Zireh dağıdıcı: Müəyyən bir yüksək sürətli kinetik mərmi qarşısında adətən konus formasında (yaxud da onun sivri ucu ətrafında yerləşdirilmiş olan dairə) yerləşdirilən təhrik/forma/yanğın tipli partlayıcı kombinasiyası mexanizmidir. Zərbəyə həssas olan təhrikin hədəfə alınmış olan texnikanın zirehi ilə təması nəticəsində baş vermiş olan partlayışda yaranan yüksək istilik və konsentrasiyalı təzyiqə görə zireh materialının üstündə partlayıcının həndəsi formasına simmetrik olan və qısa müddət ərzində intensivliyini itirərək dalğa formasında yayılan qismən yumşaq "çuxur" (və ya daha zəif qalınlığa malik olan zirehlərdə hətta tam bir deşik) formalaşır. Kinetik mərminin molekulyar strukturu parçalanmış olan bu zirehin səthindəki məhz bu zəif nöqtədən istifadə edərək nəqliyyat vasitəsinə daxil olub onun ekipajını məhv edir.
    • Nüvə: Nüvə parçalanması (məsələn, atom bombası) və ya termonüvə reaksiyası (məsələn, hidrogen bombası) adlı reaksiyasından istifadə edərək böyük enerji və dağıdıcı təsir yolu ilə hədəfə alınmış olan ərazidəki hədəfləri məhv edən döyüş başlığı növüdür.
  • Kimyəvi: Zəhərli olan kimyəvi bir maddəni hədəfə alınmış olan əraziyə buraxaraq bəşəri faktorları zərərsizləşdirmək prinsipinə əsaslanan döyüş başlığıdır.
  • Bioloji: İnsan sağlamlığı üçün zərərli olan mikrobları, bakteriya və ya virusları hədəfə alınmış olan əraziyə buraxaraq, təsir sahəsindəki bəşəri faktorların xəstələnməsinə və ya ölməsinə səbəb olan döyüş başlığı növüdür.
  • Kinetik: Heç bir partlayış baş vermədən hədəfə yüksək sürətlə yaxınlaşıb onu vuraraq və ya deşərək məhv edən döyüş başlığıdır.

Partlayış mexanizmləri

[redaktə | mənbəni redaktə et]

Müntəzəm olaraq istifadə edilən bəzi partlayış mexanizmləri aşağıdakılardır:

  • Kontakt tipli mexanizm: Bu partlayış mexanizminə malik olan döyüş başlıqları hədəflə fiziki təmas etdikdən sonra partlayırlar. Bəzi hallarda isə düşmənə vurulması nəzərdə tutulmuş olan zərəri maksimum dərəcədə artırmaq üçün müəyyən gecikdirmə mexanizmlərindən istifadə olunur.
  • Məsafə tipli mexanizm: Radar, səs dalğaları, maqnit sensoru və ya lazer kimi üsullardan birindən istifadə edilərək hədəfin məsafəsini izləyən və əvvəlcədən proqramlaşdırılmış olan məsafədən aşağıya düşəndə isə partlayış əmrini verən partlayış mexanizmidir. Bu üsuldan istifadə edən bir çox müasir döyüş başlıqları, həmçinin inteqrasiya edilmiş qəlpə cihazına birbaşa hədəfin üstündə partlamağa imkan verən vektor idarəetmə mexanizminə malik olurlar.
  • Uzaqdan idarə olunma mexanizmi: Partlayış zamanı uzaqdan idarəetmə ilə insan-operator, kompüter sistemi, başqa bir döyüş maşını və ya komanda-idarə bölməsi tərəfindən müəyyənləşdirilmiş işə salma mexanizmidir.
  • Zaman əsaslı tənzimləmə mexanizmi: Əvvəlcədən müəyyənləşdirilmiş olan müəyyən bir müddətdən sonra partlayışın baş vermə mexanizmidir.
  • Hündürlük əsaslı tənzimləmə mexanizmi: Müəyyən bir hündürlükdən sonra döyüş başlığını partlatma mexanizmidir.
  • Çoxmərhələli mexanizm: Yuxarıda qeyd edilmiş olan mexanizmlərdən birindən çoxunu istifadə edir. Xüsusilə də qitələrarası ballistik raketlər kimi çoxsəviyyəli mürəkkəb sistemlərdə müşahidə olunmaqdadır.