Düşmən (film, 2013)

Düşmən (ing. Enemy) — Deni Vilnyovun psixoloji detektiv janrında çəkdiyi film. Kino Joze Saramaqonun "Double" romanının əsasında ekranlaşdırılıb.[2] Ceyk Cillenhol filmdə fiziki cəhətdən eyni, lakin şəxsiyyət baxımından müxtəlif olan iki kişi rolunu birdən ifa edir. Kişilərin sevgilliləri rollarını Melani LoranSara Gadon almışdı. İlk göstərimi 2013-cü ildə Toronto Beynəxalq Film Festivalında olmuşdur.

Düşmən
Enemy
Janr psixoloji detektiv
Triller
Rejissor Deni Vilnyov
Prodüser Niv Fİçman
Əsərin müəllifi Joze Saramaqo
Ssenari müəllifi Havyer Qullon
Baş rollarda
Operator Nikolya Boldyuk
Bəstəkarlar Denni Bensi
Sonder Yurriaans
İstehsalçılar Pathé International, Entertainment One, Rhombus Media, Roxbury Pictures, micro_scope, Mecanismo Films
Distribütor Netflix
İlk baxış tarixi 8 Sentyabr 2013 (Toronto Beynəxalq Film Festivalı)
14 Mart 2014 (Kanada)
28 Mart 2014 (İspaniya)
Müddət 88 dəqiqə
Gəlir 3,4 million $
Ölkələr Kanada Kanada
İspaniya İspaniya
Dil İngilis
İl 2013
Rəng rəngli
Çəkiliş yeri Toronto
IMDb ID2316411
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Düşmən 5 dənə Kanada Film Mükafatını almışdır: ən yaxşı rejissor (D. Vilynov), ikinci plan qadın rolu (Sara Gadon), operator işi (Nikolya Boldyuk), montaj (Metyu Hannam), orijinal musiqi (Denni Bensi, Sonder Yurriaans). Həmçinin film 5 kateqoriyada namizəd idi: ən yaxşı film, uyğunlaşdırılmış ssenari (Havyer Qullon), kişi rolu (Ceyk Cillenhol), rəssam işi (Patris Vermett), vizual effektlər.

Süjet[redaktə | mənbəni redaktə et]

Adam Bell asıq sifətli (?), dağınıq bir tarix professorudur. Bir iş yoldaşının tövsiyəsi ilə video prokatdan baxmadığı komediya filmini götürür. Film onun heç cür marağlandıra bilmir, lakin epizodların birində ona bənzəyən bir aktyoru görür. Gördüklərindən heyrətlənir və nə olursa-olsun öz oxşarını tapmaq qərarına gəlir. Bənzər adamlar qarşılaşırlar, və həyatları başdan ayağa dəyişir.

Rollarda[redaktə | mənbəni redaktə et]

Təhlil[redaktə | mənbəni redaktə et]

Deni Vilnyov və Ceyk Cillenhol özləri də deyirdilər ki, şüuraltının necədə çətin bir şey olduğunu göstərən film çəkmək istəyirlər. Vilynov üçün Düşmən təkrarlıq haqqındadı: "Eyni səhvləri təkrar etmədən, necə yaşamaq olar?" sualına cavab.[3]

Vilynov fiziki cəhətdən eyni personajlar ilə bağlı bildirmişdi ki: "Bilmirsən, bu iki başqa adamlardı, yada, bəlkə də, şüuraltı baxımdan bir insandı". Cillenhol müsahibələrin birində demişdir ki, Düşmən "Nikahda olan adam haqqındadı, onun arvadı hamilədir, və o, başqa qadınlarla da eşqbazlıq edir. O, ilk öncə öz kimliyini anlamalıdı ki, böyümüş insan kimi həyatına başlaya bilsin".

"Slate" jurnalının müxbiri Forrest Uikman fərz edir ki, "Hekayə xəbərsiz ola ola totalitar dövlətin altında yaşamaq haqqındadı" və əlavə edir ki, mərkəzi paradoks ondan ibarətdir ki, əsas personaj totalitar hökumətlər haqqında hətta mütəxəsis olmasına baxmayaraq, o, şəhərin büründüyü toru görmür, ta ki özü o tora düşənə qədər. Uikmana görə, film totalitar rejimlər yaratmaq meyli insan təbiətin bir hissəsi olduğunu və bu bizim içimzdən gəldiyini göstərir.

Tənqid[redaktə | mənbəni redaktə et]

Düşmən əsasən müsbət rəylər almışdır və Rotten Tomatoes-da 86 rəy əsasında 75% reytinqinə malikdir, 10 ballıq sistem ilə orta hesabla 6.7 qiymətinə sahibdir. "Ümumilikdə müsbət rəylər" göstərməklə, Metacritic-də 26 rəy əsasında 100 balldan 61 ball almağa bacara bilmişdir. Film ümümlikdə 120 kinoteatrlarda göstərilmişdir və ölkə daxilində 1,008,726 $ qazanmışdır, beynəlxalq miqyasda qazancı 2,388,721 $ olmuşdur. Ümümlikdə isə kino 3,397,447$ toplamışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://theworldofmovies.com/enemy-2013-movie-review/.
  2. "Melanie Laurent, Sarah Gadon, Isabella Rossellini join Jake Gyllenhaal on An Enemy". Screendaily.com. 11 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 October 2014.
  3. "'Enemy' Director on Jake Gyllenhaal's Identical Characters: 'It's Maybe Two Sides of the Same Persona'. Hilary Lewis, The Hollywood Reporter, March 13, 2014. Retrieved March 28, 2015". April 14, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 6, 2015.