Düşmən (ing. Enemy) — Deni Vilnövün 2013-cü ildə neo-noir, psixoloji triller janrında çəkdiyi film. Kino Joze Saramaqonun "Double" romanının əsasında ekranlaşdırılıb.[7] Ceyk Cillenhol filmdə fiziki cəhətdən eyni, lakin şəxsiyyət baxımından müxtəlif olan iki kişi rolunu birdən ifa edir. Kişilərin sevgilliləri rollarını Melani Loran və Sara Gadon almışdı. İlk göstərimi 2013-cü ildə Toronto Beynəxalq Film Festivalında olmuşdur.
Düşmən | |
---|---|
ing. Enemy | |
Janr | müəmma filmi, triller filmi, roman ekranlaşdırması[d] |
Rejissor | |
Ssenari müəllifləri | |
Baş rollarda |
|
Distribütor | Netflix |
İlk baxış tarixi | 11 iyun 2013[3], 22 may 2014[4] |
Müddət | 90 dəq., 91 dəq.[5] |
Gəlir | 3.400.000 $ |
Ölkələr | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Toronto |
IMDb | ID2316411 |
Vikianbarda əlaqəli mediafayllar |
Düşmən 5 dənə Kanada Film Mükafatını almışdır: ən yaxşı rejissor (D. Vilynov), ikinci plan qadın rolu (Sara Gadon), operator işi (Nikolya Boldyuk), montaj (Metyu Hannam), orijinal musiqi (Denni Bensi, Sonder Yurriaans). Həmçinin film 5 kateqoriyada namizəd idi: ən yaxşı film, uyğunlaşdırılmış ssenari (Havyer Qullon), kişi rolu (Ceyk Cillenhol), rəssam işi (Patris Vermett), vizual effektlər.
Adam Bell asıq sifətli (?), dağınıq bir tarix professorudur. Bir iş yoldaşının tövsiyəsi ilə video prokatdan baxmadığı komediya filmini götürür. Film onun heç cür marağlandıra bilmir, lakin epizodların birində ona bənzəyən bir aktyoru görür. Gördüklərindən heyrətlənir və nə olursa-olsun öz oxşarını tapmaq qərarına gəlir. Bənzər adamlar qarşılaşırlar, və həyatları başdan ayağa dəyişir.
Deni Vilnyov və Ceyk Cillenhol özləri də deyirdilər ki, şüuraltının necədə çətin bir şey olduğunu göstərən film çəkmək istəyirlər. Vilynov üçün Düşmən təkrarlıq haqqındadı: "Eyni səhvləri təkrar etmədən, necə yaşamaq olar?" sualına cavab.[8]
Vilynov fiziki cəhətdən eyni personajlar ilə bağlı bildirmişdi ki: "Bilmirsən, bu iki başqa adamlardı, yada, bəlkə də, şüuraltı baxımdan bir insandı". Cillenhol müsahibələrin birində demişdir ki, Düşmən "Nikahda olan adam haqqındadı, onun arvadı hamilədir, və o, başqa qadınlarla da eşqbazlıq edir. O, ilk öncə öz kimliyini anlamalıdı ki, böyümüş insan kimi həyatına başlaya bilsin".
"Slate" jurnalının müxbiri Forrest Uikman fərz edir ki, "Hekayə xəbərsiz ola ola totalitar dövlətin altında yaşamaq haqqındadı" və əlavə edir ki, mərkəzi paradoks ondan ibarətdir ki, əsas personaj totalitar hökumətlər haqqında hətta mütəxəsis olmasına baxmayaraq, o, şəhərin büründüyü toru görmür, ta ki özü o tora düşənə qədər. Uikmana görə, film totalitar rejimlər yaratmaq meyli insan təbiətin bir hissəsi olduğunu və bu bizim içimzdən gəldiyini göstərir.
Düşmən əsasən müsbət rəylər almışdır və Rotten Tomatoes-da 86 rəy əsasında 75% reytinqinə malikdir, 10 ballıq sistem ilə orta hesabla 6.7 qiymətinə sahibdir. "Ümumilikdə müsbət rəylər" göstərməklə, Metacritic-də 26 rəy əsasında 100 balldan 61 ball almağa bacara bilmişdir. Film ümümlikdə 120 kinoteatrlarda göstərilmişdir və ölkə daxilində 1,008,726 $ qazanmışdır, beynəlxalq miqyasda qazancı 2,388,721 $ olmuşdur. Ümümlikdə isə kino 3,397,447$ toplamışdır.