Dünya Xor Oyunları 2000

Xor Olimpiadaları 2000 — İnterkultur fondu tərəfindən xor ifaçıları üçün təşkil edilən, ilk ümumdünya musiqi hadisəsi.[1] Müsabiqə Avstriyanın Linz şəhərində, 60 ölkənin iştirakı ilə baş tutmuşdur.

Xor Olimpiadaları 2000
ing. Choir Olympics 2000
Janr Xor müsabiqəsi
Başlayır 7 iyul 2000
Bitir 16 iyul 2000
Ölkə Linz, Avstriya Avstriya
İştirakçılar 60
Himayədar(lar) Tomas Klestil(Avstriya prezidenti)
Təşkilatçı İnterkultur fondu
interkultur.com/about/world-choir-games/

Müsabiqə[redaktə | mənbəni redaktə et]

Yeni eranın başlanğıcında, dünyanın müxtəlif qitələrindən təqribən 15 000-dən çox xor ifaçısı Birinci Xor Olimpiadalarının premyerasını başlatmaq üçün, Avstriyanın Linz şəhərində bir araya gəlmişdir. İnterkultur fondunun rəhbəri Qüntər Teçşin başçılığı və Avstriya federal prezidenti Tomas Klestilin himayədarlığı altında, 7 – 16 iyul 2000-ci il tarixlərində baş tutan tədbirdə, ümumilikdə 28 kateqoriya üzrə 342 xor musiqi qrupu, 403 yarışmada qələbə uğrunda mübarizəyə qoşulub. Beynəlxalq münsiflər heyətinə daxil olan və 51 nəfərlik qrupdan ibarət xüsusi xor mütəxəssisi yarışmanın yekununda, 69 qızıl, 124 gümüş və 34 bürünc medalı öz sahibinə təqdim etmişdir.[2]

Olimpiada günlərində qlobal xor ictimaiyyətinin nümayəndələri, xor musiqisinin hazırkı vəziyyəti haqqında məlumatların, YUNESKO-nun Beynəlxalq Musiqi Şurasına(BMM) təhvil verilməsi üçün qətnamə qəbul edib.[1]

Kateqoriyalar[redaktə | mənbəni redaktə et]

Birinci Xor Olimpiadalarında, ölkələrin mübarizə apardığı müxtəlif kateqoriyaların adları aşağıdakı siyahıda təqdim edilmişdir:

  • Uşaq xorları
  • Bərabər səsli gənclik xorları
  • Gənc xorları
  • Qarışıq gənc xorları
  • Qarışıq vokal ansamblları
  • Qarışıq xorlar
  • Qriqorian nəğmələri
  • Sakra və kapella musiqisi
  • Sakra musiqisi
  • Müasir xor musiqisi
  • Vokal, caz və digər janrlar
  • Qospel və İlahi xorlar
  • Populyar xor musiqisi
  • Folklor və kapella
  • İnstrumental folklor
  • Səhnə folkloru


Qaliblər[redaktə | mənbəni redaktə et]

Birinci Xor Olimpiadalarının yekun nəticələrinə əsasən, qızıl medal sayına görə ən güclü qalib beşliyin siyahısı, aşağıdakı cədvəldə təqdim olunmuşdur:

Dərəcə Ölkə Xal
01 Macarıstan Macarıstan 10
02 Çin Çin 8
03 Almaniya Almaniya 7
04 İndoneziya İndoneziya 6
05 Rusiya Rusiya 5

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Arxivlənmiş surət". 2018-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-18.
  2. "1st Choral Olympics 2000". Interkultur. 19 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]