Qüntər Teçş

Qüntər Teçş (alm. Günter Titsch‎) — Bəşəriyyətin ən qlobal incəsənət hadisəsi hesab edilən "Dünya Xor Oyunları"nın yaradıcısı. O, eyni zamanda təşəbbüskarı olduğu İnterkultur fondunun prezidentidir.

Qüntər Teçş
alm. Günter Titsch
Doğum tarixi 28 yanvar 1946-cı il
Doğum yeri Biyoçice, Bruntalo rayonu Çexiya Çexiya
Vətəndaşlığı  Almaniya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qüntər Teçş 28 yanvar 1946-cı ildə, indiki Çexiyanın Bruntalo rayonunda dünyaya gəlmiş və doğumundan az müddət sonra ailəsi Almaniyaya yerləşmişdir. Frankfurt şəhərində təhsilini tamamladıqdan sonra, Ştutqart kompüter istehsalçısı ICL-də, sistem analitiki kimi təcrübələrdən keçir və müxtəlif şirkətlərdə İT məsləhətçisi və təlimçi kimi iş fəaliyyətinə başlayır.

Qüntər Teçş eyni zamanda, xor musiqisinin azarkeşi, ifaçısı idi və bu səbəblə bütün həyatını xor müsabiqələri və konsertlərinin təşkilinə həsr etmək qərarını alır. Onun musiqi sahəsi üzrə ilk quruculuq fəaliyyəti, 1988-ci ildə 1-ci Budapeşt Beynəlxalq Xor Müsabiqəsini təşkil etməklə həyata keçir.

Qüntər Teçş tədbirin nəticəsi olaraq, 1990-cı ildə, beynəlxalq xor hərəkatının qlobal miqyasda fəal təşkilatçısı hesab edilən İnterkultur Assosiasiyasının əsasını qoymuşdur.[1][2]

İnterkultur fondunun uğurlu və məqsədli işgüzar fəaliyyətinin nəticəsi olaraq, 2000-ci ildə "Dünya Xor Oyunları"(O zamanlar-Xor Olimpiadaları) adlı qlobal musiqi müsabiqəsi yaradılmışdır.(Daha ətraflı-"Dünya Xor Oyunları")

Qüntər Teçş xor musiqisinin genişmiqyaslı təbliğindəki uğurları səbəbilə, müxtəlif milli və beynəlxalq mükafatlara layiq görülür. O, Almaniyanın Hessen əyalətinin baş naziri tərəfindən "Ölkəmizin musiqi səfiri" kimi anılaraq, xüsusi fəxri fərmanla təltif olunmuşdur.

  1. "Arxivlənmiş surət". 2016-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-17.
  2. "Arxivlənmiş surət". 2016-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-17.