Düylünçay

DüylünçayOrdubad rayonu ərazisində çay, Arazın sol qolu.[1]

Düylünçay
Ölkə
Mənbəyi Zəngəzur dağları
Uzunluğu
  • 29 km
  • 30 km
Hövzəsinin sahəsi 21 km², 124 km²

Uzunluğu 30 km, hövzəsinin sahəsi 124 kv.km-dir. Zəngəzur silsiləsindən (2400 m hündürlükdə) başlanır. Parağaçay və Mesxet çaylarının birləşməsindən əmələ gəlir və 660 m. yüksəklikdə, Dəstə kəndi yaxınlığında Araza tökülür. Qar, yağış suları və yeraltı sularla qidalanır. Martın axırından iyuna qədər gur sulu olur. Güclü yaz-yay daşqınları müşahidə edilir. Aşağı axınında suvarmada istifadə olunur.[1]

Adın etimalogiyası

[redaktə | mənbəni redaktə et]

Tədqiqatçıların fikrincə, oykonim dü (fars. "iki") və Gilan komponentlərindən ibarət olmalıdır. Ehtimal ki, kəndin əhalisi Gilandan gəlmədir. Ordubadın 20 km.-liyində Xarabagilan (yerli əhali Xarabacilan adlandırır) adlı xarabalıq var. Arazın sol qollarından biri Düylün, digəri Gilan adlanır.[2]

Düylünçay üzərində Məzrə körpüsü tikilmişdir. Körpünün uzunluğu 5 paqonometrdir. 1996-cı ildə inşa edilmişdir. Körpünün tikilməsi ilə Məzrə, Düylün kəndləri ilə magistral yola çıxış əldə etmişdir.[3]

  1. 1 2 Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 141. ISBN 5-8066-1468-9.
  2. Düylünçay // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. Naxçıvan ensiklopediyası.II cilddə.II cild.Naxçıvan.2005.