Dəstə — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.[1]
Dəstə | |
---|---|
38°53′00″ şm. e. 45°54′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 696 m |
Saat qurşağı | |
Tədqiqatçıların fikrincə, oykonim fars dilindəki dəstə sözündən olub, "kənd, bağ, mülk" deməkdir. Kənd adını ərazidəki eyniadlı bulağın adından almışdır. Azərbaycan dilinin dialektlərində isə dəstəma/dəstəmal/dəsmal "su arxı", "su novu"deməkdir.[2]
Dəstə kəndi Ordubadın inkişaf etmiş yaşayış yerlərindən biri idi. 1727-ci ilə aid Naxçıvan sancağının müfəssəl dəftərində Azadciran nahiyəsinə tabe olan kəndlər arasında 10763 ağça illik gəlir verən Dəstə kəndinin adı çəkilir.XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğalından sonra yeni inzibati bölgüyə əsasən kənd Dəstə mahalının mərkəzi olur. Kəndin mərkəzində mövcud olmuş XVI-XVII əsrlərə aid məscidin kitabəsi dövrümüzədək gəlib çatmışdır.
Kənd Vənəndçayın (Arazın qolu) mənsəbində, Zəngəzur silsiləsinin ətəyində, rayon mərkəzindən 12 km cənub-şərqdə, Ordubad-Naxçıvan avtombil yolunun kənarında, Arazın sol sahilində yerləşir.
Kənd əhalisi 5000 nəfərdir (2016).
Kənd əhalisinin əsas məşğuliyyətini meyvəçilik, əkinçilik və tərəvəzçilik təşkil edir.
Kənddə mədəniyyət evi və iki kitabxana, rabitə şöbəsi mövcuddur.
Kənddə əvvəllər iki orta məktəb fəaliyyət göstərirdi. 2019 ildən Yeni Tam orta məktəb fəaliyyət göstərir digər iki məktəb isə artıq istifadə olunmur
Kənddə məscid mövcuddur.
Kənddə xəstəxana mövcuddur.
Ordubad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |