Düzdidil xanım (1825, Şimali Qafqaz – 18 avqust 1845, Konstantinopol) — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin üçüncü xanımı.
Düzdidil xanım | |
---|---|
türk. Düzdidil Kadın Efendi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1825 |
Doğum yeri | |
Vəfat tarixi | 18 avqust 1845 |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Atası | Şıxım bəy Dişan |
Həyat yoldaşı | |
Uşağı |
Düzdidil xanım 1825-ci ildə Şimali Qafqazda dünyaya gəlmişdir. Əslən ubıx əsillidir və əsl adı Ayşə Dişan idi. 6 yaşında İstanbula gətirilən Ayşə Osmanlı sarayına təslim edildi. Adı dəyişdirildi və Düzdidil oldu. Dərhal saray təlimi alan Düzdidil piano təhsili də aldı. Nəhayət, 1842-ci ildə Sultan Əbdülməcidlə evləndirildi. Bu nigahdan ard-arda 2 qızı dünyaya gəldi: Cəmilə Sultan və Səmiyə Sultan.
Ancaq çox keçmədən İstanbulda yayılan vərəm epidemiyasına tutuldu və uzun müddət çəkən xəstəliyin ardından 1845-ci ildə vəfat etdi. Cənazəsi Yeni məsciddə dəfn edilmişdir. Ölümünün ardından həyatda qalan yeganə övladı Cəmilə Sultan Sultan Əbdülməcidin digər xanımı Rahimə Pirüstü xanım tərəfindən övladlığa götürüldü.