Cəmilə Sultan (d. 18 avqust 1843 – ö. 7 fevral 1915) — 31-ci Osmanlı sultanı Əbdülməcidin qızıdır.[1]
Cəmilə Sultan | |
---|---|
جميل سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bəylərbəyi Sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Sultan Əbdülməcid türbəsinin həyəti |
Atası | Əbdülməcid |
Anası | Düzdidil xanım |
Həyat yoldaşı | Kürəkən Mahmud Cəlaləddin Paşa |
Uşaqları |
Fəthiyə xanım Sultan Sultanzadə Mehmed Cəlaləddin bəy Sultanzadə İbrahim Saqib bəy Ayşə Sidiqə xanım Sultan Fatma xanım Sultan Sultanzadə Bəsim bəy |
Ailəsi | Osmanlı sülaləsi |
Dini | Sünni, İslam |
1843-cü ildə Bəylərbəyi sarayında dünyaya gəlmişdir.[2] Atası Sultan Əbdülməcid, anası isə Düzdidil xanım idi. 3 yaşında ikən anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Pirüstü xanımın himayəsində böyüdü. Bacısı Münirə Sultanla birlikdə atasının 1856-cı ildə hədiyyə etdiyi Beyoğlundakı Qoşa sarayda yaşadı. 2 il sonra isə bibisi Atiyə Sultanın ögey oğlu Mahmud Cəlaləddin Paşa ilə nişanlanmışdır. Eyni gün bacısı Münirə Sultan da Namiq İlhami Paşa ilə evlənmişdir. Mahmud Cəlaləddin Paşaya vəzirlik rütbəsi verildi və 3 iyun 1858-ci ildə nikah bağlandı. Bu evlilikdən 6 övladı oldu.[3]
1861-ci ildə atası vəfat etmiş, ardından əmisi Sultan Əbdüləziz taxta çıxmışdı. Ancaq 1876-cı ildə əmisinin taxtdan endirilərək öldürülməsində əri Mahmud Cəlaləddin Paşa da təqsirləndirildi. Ardından qardaşları Sultan Murad və Sultan Əbdülhəmid taxta çıxdı. Sultan Əbdülhəmid səltənətinin ilk illərində 2 yaşlı oğlu Bəsim vəfat etmiş, bu səbəblə qardaşı bacısını təsəlli etmək üçün ona Kandilli səmtində Cəmilə Sultan korusunu hədiyyə etdi. Əri Mahmud Cəlaləddin Paşa 1881-ci ildə Ulduz məhkəməsində Sultan Əbdüləzizi öldürmə iddiası ilə edama məhkum edildi. II Əbdülhəmid məhkəmənin verdiyi bu qərardan sonra Cəmilə Sultanın nikahını ləğv etdirdi. Mahmud Cəlaləddin Paşanın edam cəzası həbs qərarına çevrildi və Taifə sürgün edildi. Burada 3 il sonra mühafizəçilər tərəfindən öldürüldü. Ərinin vəfatının arından Cəmilə Sultan sarayını oğlu Cəlaləddinə verib, Ərənköydəki köşkünə köçdü.[1] Sultan Əbdülhəmid ilə uzun müddət münasibətləri pis oldu. Ancaq sonra barışaraq tez-tez Ulduz Sarayına ziyarətlərə getdi. Bir saray ziyarətinin ardından xəstələndi və uzun müddət yatalaq olaraq yaşadı.[2] 7 fevral 1915 tarixində vəfat etdi. Atası Sultan Əbdülməcidin türbəsinin yaxınlığına dəfn edildi.