Dədəli — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd.
Dədəli | |
---|---|
41°34′25″ şm. e. 48°46′35″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Xaçmaz rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 2713 |
Digər | |
dedeli.org | |
Dədəli kəndi Xaçmaz rayonunun qədim kəndlərindən biridir. Məskunlaşma tarixi IX-X əsrə təsadüf edən bu kəndin adının mənası “sahibi olan yer” mənasında işlənir.
Kəndin adının güman edilən digər mənası: Dədəli, Babalı – yəni köklü, tarixi çox olan kənd deməkdir.
Digər rəvayətə görə güman edilir ki, "Dədəli" sözü "Dəhdəli" sözü ilə eynidir. "Dəh dəli" sözündəki "dəh" farscadan "on" deməkdir ki, bu da "on dəli" kimi izah olunur. Bunu da onunla əlaqələndirirlər ki, vaxtı ilə Koroğlunun "on dəlisi" bu ərazidə yaşayıb. Bəzi tarixçilər “Dəh dəli” ifadəsini fars dilindən tərcümədə “on döyüşkən igid” mənasında işləndiyini söyləmişlər.
Rəvayətə görə Azərbaycan xanlarından olan Hacı Davud xan 1680-ci ildə bu kənddə anadan olmuşdur. Hacı Davud xan 1721-1728-ci illərdə böyük bir ərazinin xanı olmuşdur. Bu kəndin ərazisində yerləşən böyük bir torpaq sahəsi, indi də kənd sakinləri tərəfindən "Davud yerləri" kimi adlandırılır.
Kənd haqqında maraqlı faktlardan növbətisi isə tarixi mənbələrdə göstərilən məşhur türk səyyah-tarixçisi Övliya Çələbinin Qafqaza səyahəti zamanı Dədəli kəndində də olması və ömrünün sonlarını burada yaşamasıdır. O burada vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur. İndi də həmin yer “Çələbilər qəbiristanlığı" adlandırılır. Onun dəfn edildiyi yer ziyarətgah olaraq əhali tərəfindən tez-tez ziyarət edilir.
Oykonim ilk dəfə XVIII əsrə aid mənbədə qeyd olunmuşdur. Əsl adının Ərəbdədəli olduğu söylənilir. 1933-cü ildə Astara rayonunun Şüvi inzibati ərazi vahidində Dədəli adlı yaşayış məntəqəsi qeydə alınmışdır.[1]
Hazırda Füzuli (Dədəli (Füzuli)) və Ağsu (Dədəli (Ağsu)) rayonlarında eyniadlı kəndlər mövcuddur.
Kənddə tam orta məktəb, ATS, poçt, kitabxana, tibb məntəqəsi, mədəniyyət klubu fəaliyyət göstərir.
Bütün əhali müsəlmandır. Kəndin mərkəzində məscid yerləşir. XX əsrin sonlarında, kənd dindarlarından olan Kamran Cabarov tərəfindən inşa edilmişdir. Müəyyən zaman ərzində xeyriyyəçilər tərəfindən təmir olunmuşdur. Təxminən 100-150 nəfərin ibadət etməsi üçün nəzərdə tutulmuşdur.
Kənd haqqında məlumatlar və yeniliklər kəndin www.dedeli.org domeni altında fəaliyyət göstərən vebsaytında yayımlanır. Saytın qurucusu və administratoru, əməkdar jurnalist Azər Həsrətdir. Qeyd. Sayt kəndin rəsmi nümayəndəliklərini təmsil etmir və onlar hər hansı məlumata görə məsuliyyət daşımır.
Dədəli kəndi Xaçmaz və Xudat şəhərlərinin arasında, Qusarçayın sol sahilində, Samur-Dəvəçi ovalığında, Xəzər dənizindən 8 km məsafədə yerləşir. Qusarçay, Bostançı, Hacıəbdürrəhimoba, Nağıoba, Palıdlı, Yataqoba, Uzunoba, Palçıqoba kəndləri ilə həmsərhəddir.
Torpaqları münbitdir və bağçılıq tərəvəzçilik üçün uyğundur. Su ehtiyatları mövcuddur. Hava şəraiti mülayimdir. Adətən qışı çox sərt keçmir, yay fəslində küləksiz istilər və rütubətli hava müşahidə olunur.
Kəndin, böyük tarixi kökləri olan "Qürbət Mövlanov adına Dədəli kənd tam orta məktəbi" vardır. Bu orta məktəbin hər il 20-25 məzunu olur ki, onlardan da 2-3 nəfəri ali məktəblərin tələbəsi olur. Bu məktəbin məzunlarından bir çox sahələrdə çalışan mütəxəsislər vardır. Xüsusilə qeyd etmək lazımdır ki, bu məktəbin məzunları arasında elm sahəsində çalışan alimlər var. Bundan əlavə Dədəli kənd orta məktəbinin məzunlarından bir nəfər texniki elmlər doktoru, bir nəfər filologiya elmləri doktoru və bir nəfər isə fizika üzrə fəlsəfə doktorudur.
Kəndin əhalisi əsasən azərbaycan türkləridir, bir neçə ləzgi, tat ailəsi vardır[2]. Bəzi deyimlərə görə kəndə bir neçə ərəb ailəsi köç etmişdir. Hazırda 300-dən çox yaşayış evi vardır.
Kənd əhalisi əkinçilik, maldarlıq, tərəvəzçilik və meyvəçilik ilə məşğul olurlar. Son dövrlər sözü gedən sahələrə nisbətən bağçılıq xüsusilə fındıqçılıq inkişaf etmiş, bunun nəticəsində fındıq bağlarının sahəsi xeyli genişlənmiş və yerli sahibkarların diqqətini fındıq sənayesinə marağını artırmışdır. Son beş ildə istehsal olunan məhsul müxtəlif ölkə bazarlarına ixrac oıunur. Keyfiyyətinə görə Xaçmaz fındığına maraq yüksəkdir. Son illərdə kənd sürətlə inkişaf etməkdədir.
Kəndə işıq, su, qaz, telefon, internet kimi kommunal və sosial təminatlar mövcüddür.