Dəlibəng

Dəlibəng (lat. Datura) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.

Dəlibəng
Elmi təsnifat
Beynəlxalq elmi adı

Dəlibəng - Qaragilə fəsiləsinə aid olan birillik bitkidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, yumurtavari formadadır. Meyvəsi tikanlı qutu formasında olub şara oxşayır, toxumu qara-qonur qəhvəyi rəngdə olub böyrəyə bənzəyir.

Dəlbəng başlı-başına buraxılmış, çürümüş torpaq və peyinlə zəngin olan torpaqda, bağça və bostanda bitir. Tərkibində atropin, hiostiamin skopalamin alkaloidləri vardır. Bitkinin bütün hissələri, xüsusilə meyvələri daha kəskin zəhərlidir. Körpə heyvanlar üçün təhlükəlidir. Üfunətli iyi olduğuna görə iri heyvanlar dəlibəngi nadir hallarda yeyir.

Azərbaycanda, demək olar ki, hər yerdə rast gəlinir. Yarpaqlarında 0.3-0.75 faiz zəhərli alkoloiəler:hiosiamin,skopolamin vardir.Eyni zamanda 0.15 faiz kökündə 0.12-0.27 faiz, toxumlarında isə 16- 25 faiz yağ, 0.22 faiz alkaloid vardır.

Toksikodinamikası

[redaktə | mənbəni redaktə et]

Dəlibəng, xanımotu və bat-batla zəhərlənmənin təsir mexanizmi, zəhərlənmənin əlamətləri çox oxşardır. Belə ki, bunların əsl təsir göstərən birləşmələri eyni tipli alkoloidlərdən (atropin, hiostiaminmərkəzi sinir sistemini (baş, uzunsov beyin) kəskin qıcıqlandırır. Bu maddələrin təsirindən baş beynin fəaliyyət koordinasiyası pozulur. Xüsusilə ürək və bağırsaqlarda qeyd olunan pozğunluqlar daha səciyyəvidir.

Zəhərlənmənin əlamətləri

[redaktə | mənbəni redaktə et]

Xəstələrdə ağız boşluğunun quruması, kəskin sinir oyanması, ürəyin tıqqıltılı vurğusu, bədən hərarətinin artması, şiddətli hirsli tutmalar, qıc əlamətləri, bəbəyin genişlənməsi, ümumi vəziyyətin pozulması, bağırsaqların peristaltikasının yavaşıması və timpaniyanın inkişafı kimi əlamətlər müşahidə olunur. Ölüm tənəffüs mərkəzinin iflicindən baş verir.