Dəmirçi Cəfərli - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur.
kənd | |
Dəmirçi Cəfərli | |
---|---|
40°20′07″ şm. e. 44°10′06″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Rayon | Vedi (Ararat) rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Erməni mənbələrində kəndin başqa adlarının Günnüd, Günnüd Cəfərli, Günnüd Kalavan olduğu da göstərilir. Çanaxçı kəndinin yaxınlığında Boz Hunnu dağının ətəyində yerləşirdi.
Qafqazın 5 verstlik xəritəsində Günnüt Cəfərli kimi qeyd edilmişdir . Kənddə 1873-cü ildə 178 nəfər, 1886-cı ildə 209 nəfər, 1897-ci ildə 333 nəfər, 1904-cü ildə 406 nəfər, 1914-cü ildə 409 nəfər, 1916-cı ildə 383 nəfər azərbaycanlı yaşamışdır, 1918-19 - cu illərdə ermənilər kəndin sakinlərini vəhşicəsinə qırıb dağıtmışlar. Sağ qalanlar öz kəndlərini tərk etməyə məcbur olmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri bu doğma ocaqlarına dönə bilmişdir. 1926-cı ildə burada 25 nəfər azərbaycanlı yaşamışdır. 1929-1930-cu illərdə kənddə yaşayan azərbaycanlılar köçürülmüş və kənd ləğv edilmişdir.
Toponim türk tayfasından olan dəmirçilər və Cəfərli etnonimləri əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.[1]