Dəmirören Xəbər Agentliyi

Dəmirören Xəbər Agentliyi,[1] həmçinin "Dəmirörən" Xəbər Agentliyi[2] və ya "Demirören" İnformasiya Agentliyi[3] (türk. Demirören Haber Ajansı, DHA) — Türkiyə informasiya agentliyi.

Dəmirören Xəbər Agentliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 1999
Baş qərargahın yeri
dha.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

1999-cu ildə "Hürriyyət" Xəbər Agentliyi ilə "Milliyyət" Xəbər Agentliyinin birləşməsi ilə "Doğan Xəbər Agentliyi" adı ilə qurulmuşdur.[4] 2011-ci ildə Türkiyədə 41, xaricdə isə 26 ofisi olmuşdur.[5] "DHA" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana tənqidi yanaşması ilə tanınırdı.[6] Agentlik 2018-ci ilin martında "Doğan Holdinq" tərəfindən sahibi Ərdoğan hökumətinə yaxın olan "Dəmirören Holdinq"ə satılmışdır.[7] Bundan sonra agentliyin adı "Demirören Xəbər Agentliyi" olaraq dəyişdirilmişdir.[4]

Məzmunu[redaktə | mənbəni redaktə et]

Türkiyədə 34 ofisi olan DHA, müxtəlif yayım təşkilatlarına, xüsusən də "Dəmirören Media" qrupuna bağlı televiziya, radioqəzetlərə xəbər və video xidmətləri göstərir. Burada ingilis, almanÇin, eləcə də türk dillərində xəbərlər təqdim edilir.[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""DHA" agentliyinin redaktoru: Beynəlxalq ictimaiyyət Ermənistanın qeyri-adekvat hərəkətlərini pisləməlidir". 2023-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-21.
  2. ""Trend" və "Dəmirörən" birgə fəaliyyəti genişləndirir". 2023-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-21.
  3. "Medianın İnkişafı Agentliyində "Demirören" İnformasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib". 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-21.
  4. 1 2 "Demirören Haber Ajansı'nın adı değiştirildi". Sputnik Türkiye (türk). 23 iyun 2018. 26 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2023.
  5. Esra Elmas, Dilek Kurban (2011), "Communicating Democracy -Democratizing Communication - Media in Turkey: Legislation, Policies, Actors Arxivləşdirilib 2022-09-28 at the Wayback Machine", Türkiyə İqtisadi və Sosial Tədqiqatlar Fondu, p32
  6. SPIEGEL, Hasnain Kazim, DER. "Türkei: Erdogan bestätigt Echtheit von Telefonmitschnitten - DER SPIEGEL - Politik". www.spiegel.de. 2017-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-21.
  7. "Turkey’s last big independent media firm is snapped up by a regime ally," Arxivləşdirilib 2018-05-10 at the Wayback Machine The Economist. March 27, 2018.
  8. DHA, Künye Arxivləşdirilib 2022-01-03 at the Wayback Machine

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • dha.com.tr — Dəmirören Xəbər Agentliyinin rəsmi saytı