Dəniz sıfı

Dəniz sıfı (lat. Sander marinus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü.

Dəniz sıfı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Növ:
Dəniz sıfı
Beynəlxalq elmi adı

Bədəni uzunsov və yanlardan basıqdır. Çənələrində və damaq sümüklərinin üzərində köpək dişləri yerləşir. Qəlsəmə qapağı pulcuqlarla tam örtülüdür. Rostrumu uzun və enlidir. Bədəninin rəngi açıq bozdur, üzərində tünd rəngli 12-13 köndələn ləkə olur. Birinci bel üzgəcində 12-14 şaxəsiz, ikinci bel üzgəcində 1-3 şaxəsiz, 14-16 şaxəli, anal üzgəcində isə 2 şaxəsiz, 11-12 şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 78-84 arasında dəyişir.

Xəzər dənizinin orta və cənub hissələrində yayılmışdır. Həmişə dənizdə yaşayır, şirin suya girmir. Dənizin qərb hissəsində Azərbaycan sularında yayıldığı sahə Sumqayıtdan Astaraya qədərdir. Ən çox Çilov, Pirallahı, Bakı arxipelaqı, Kür daşı adaları sahillərındə yayılmışdır. Dənizin şərq sahillərində isə ən çox Manqışlaqda, Oğurca adasına qədər olan sahələrdə təsadüf edilir.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Dəniz balığıdır, dənizdə oturaq həyat keçirir, ancaq qışlamaq və çoxalmaq üçün sahildən dərinliyə və əksinə yaxın məsafələrə miqrasiya edir. Qışda dənizin 100 m dərinliyinə qədər hərəkət edir və orada daşlar arasında dolanır. Dəniz sıfı oturaq həyat keçirdiyindən müxtəlif rayonlarda (Sara, Çilov, Manqışlau, Tarta) bir-birindən başının əlamətlərinə və üzgəclərin böyüklüyünə görə fərqlənən yerli populyasiyalar əmələ gətirir. Dəniz sıfı cinsi yetginliyə 2-4 yaşında çatır. Uzunluğu 26-47 sm olan balıqlar 13 mindən 126 minə qədər, orta hesabla 45 min kürü verirlər. Kürüsünü aprel-may aylarında dənizdəki qayaların üzərinə tökür. Kürü tökmənin qızğın vaxtında suyun temperaturu 15-16՞ C olur. Kürü tökmə yerlərinin dərinliyi 3-12 m-ə çatır. Kürülər daşlara yapışır və orada inqubasiya dövrünü keçirirlər. 10 ilə qədər yaşayır.

Əvvəlki illərdə Azərbaycan sularında ildə 7-10 min sentnerə qədər tutulurdu. Hazırda ehtiyatı son dərəcədə azalmışdır, sənaye ovu aparılmır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Dəniz sıfının yaşayışı dib ilə əlaqədar olduğundan başqa balıqlara nisbətən daha çox xarici təsirlərə məruz qalır. 60-cı illərdə dənizdə neft-seysmik kəşfiyyat işlərinin aparılması və dənizin neft məhsulları ilə çirkləndirilməsi.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Son illərdə Xəzər dənizində geniş miqyasda aparılan neft-kəşfiyyat işləri, istehsalı və nəqli bütün dəniz balıqları kimi sıfın da ehtiyatının tükənməsi üçün potensial təhlükə yaradır. Odur ki, sıfın yaşayış yerlərinin bundan sonra çirkləndirilməsinə yol verilməməli, bu ərazilər ciddi mühafizə olunmalı, süni artırılması istiqamətində tədbirlər həyata keçirilməlidir.