Dəqiqə evi

Dəqiqə evi və ya Dəqiqənin yanındakı ev (çex. Dům U Minuty) — Praqanın Köhnə Şəhər meydanı №2-də yerləşən tanınmış memarlıq abidəsi. Bina Köhnə Şəhər ratuşasıQızıl buynuz evlərinin arasında yerləşir. Tikili Çexiya İntibah memarlıq üslubunun ən tipik nümunələrindəndir. Onun fundamenti XV əsrə aiddir və qotika üslubunda inşa olunmuşdu. XVI əsrdə isə Dəqiqə evi yenidənqurmaya məruz qalır. Həmin əsrdə də binanın dördüncü mərtəbəsinə ifadəli lünet karniz əlavə olunur. Karnizin həcmi elə də böyük olmadığından, evin ümumi quruluşu və ansamblı pozulmur. Əlbəttə ki, "Dəqiqə evi" haqqda ilk dəfə eşidən insanlar onun qeyri-adi adına diqqətlə nəzər yetirilər. Və evin adının tarixi həqiqətən də çox maraqlıdır. Keçmişdə ev "Ağ şir" olaraq adlanırdı. Ev əczaçı M.Bartla və onun 138 il fəaliyyət göstərən əfsanəvi aptekinə məxsus idi.

Dəqiqə evi
Dům U Minuty
Xəritə
50°05′12″ şm. e. 14°25′11″ ş. u.HGYO
Ölkə  Çexiya
Şəhər Praqa
Üslubu qotika[1], İntibah memarlığı[1]
İstinad nöm.1-36
Kateqoriyaev
Dəqiqə evi (Praqa)
Dəqiqə evi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1889-1896-cı illərdə məhz bu evdə məşhur yazıçı Frans Kafka öz valideynləri ilə yaşamışdı. Hazırda Dəqiqə evində Praqa paytaxt magistratının abidələrinin qorunması üzrə təşkilatı yerləşir[2].

XX əsrin əvvəllərində Şəhər bələdiyyəsi Kiçik meydan ilə Köhnə Şəhər meydanları arasında keçid əlaqələrini genişləndirmək üçün Dəqiqə evinin və onun yanındakı digər binaların sökülməsini qərara alır. Yaranmış ciddi təhlükəni anlayan Abidələrin Mühafizə komissiyası bələdiyyəyə etiraz etməyə başlayır. 1905-ci ildə qonşu evin divarında sqrafitto divar rəsminin bir fraqmenti aşkar edilmişdi və bundan sonra hər iki evi qoruyub-mühafizə etmək qərara alınmışdı. Bərpaçılar evin qalın suvağını təmizləyərkən, gözlənilmədən sürprizlə rastlaşırlar: hazırda gördüyümüz gözəl fresklər barokko dövrünün yenidənqurulması zamanı gizlədilmişdi. Evin lünet-karnizlərində İspaniyalı II Filippin, II Maksimilianın, onun oğlu Rudolfun və Habsburq sülaləsinin digər üzvlərinin də portretləri təsvir olunmuşdu. 1919-cu ildə binada aparılmış restavrasiya işləri zamanı müəyyən edilmişdir ki, sqrafitto rəsmləri evin demək olar ki bütün divarlarını əhatə edir.

Pəncərələr arasındakı qısa divar hissələri Baxusun dəstəsi, Adəm və Həvva bağda qadağan olunmuş ağac altında mövzularında rəsmlərlə bəzədilmişdir. Digər bir rəsmdə isə intibah incəsənətində məşhur mövzu olan qardaşların ata mülkünün bölünməsi üstündə mübahisəsi təsvir edilmişdir. Pəncərələr arasında həmçinin Ədalət, Mətanət, Hikmət, Məhsuldarlıq və Analığı əks etdirən allegorik təsvirlər vardır. Bina üçün təhlükə yarada biləcək konstruktiv vəziyyət 1937-1938-ci illərdə daxildən dəmir-beton konstruksiyası ilə dəstəklənmiş, əlavə olaraq birinci mərtəbədə divar arxasında kərpicdən dəstək divarı inşa edilmişdir ki, bu da tağlı girişin meydana çıxması ilə nəticələnmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Památkový katalog NPÚ.
  2. Monumnet.npu.cz. "měšťanský dům U Minuty, U Bílého lva". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-04.