Dərinlik yarıqları

Dərinlik yarıqlarıYer qabığı və üst mantiyanın iri mutəhərrik bloklarının birləşmə zonası

Dərinlik yarıqları yüz və minlərlə km-lərlə məsafəyə uzanır, eni isə bəzən onlarla kilometrə çatır. Dərinlik yarıqları inkişaf müddəti geoloji dövr və eralarla ölçülür və Yer qabığının ayrı-ayrı iri elementləri arasında sərhəd strukturu rolunu oynayır; üst mantiya və Yer qabığının dərin hissələri ilə Yer səthi arasında əlaqə yaradır. Dərinlik yarıqları böyük dərinliklərdə özünü yüksək axarlıq zonası kimi aparır. Dərinlik yarıqları daxili quruluşu olduqca mürəkkəbdir: onlar üçün ensiz bloklar — qırılmalarla bir-birindən ayrılan, yüksək diferensial mütəhərrik lövhə və pazlar səciyyəvidir. Blokların yüksək mütəhərrikliyi nisbətən kiçik, lakin çox sıxılmış qırışıqların, həmçinin intensiv şistlik və klivajın yaranmasına səbəb olur.

Dərinlik yarıqları zonalarında qırılmayanı çökəklər və ensiz qalxıntılar əmələ gəlir. Çox vaxt qalxmış blokların üzərində mərcan rifləri inkişaf edir. Yer səthində dərinlik yarıqları zonaları boyu subparalel qırılmaların sıxlaşması nəticəsində mürəkkəb sistemlər — dərinlik yarıqları qurşaqları yaranır. Bəzən dərinlik yarıqları zonalarında üstəgəlmələr nəticəsində tektonik örtük və pulcüqvari strukturlar əmələ gəlir. Dərinlik yarıqları təkamülündə maqmatizm mühüm yer tutur. Dərinlik yarıqları üçün əsasi və ultraəsasi süxurlar və onlar üzrə serpentinit qurşaqlarının yaranması səciyyəvidir. Dərinlik yarıqları adətən qranitoid intruziyaları və vulkan püskürmələri xasdır. Bir çox hallarda dərinlik yarıqları güclü metamorfizmə və hidrotermal dəyişilməyə məruz qalmış süxurlar zonası kimi özünü göstərir. Dərinlik yarıqları geofiziki əlamətləri: ağırlıq qüvvəsi izoanomallarının sıxlaşması ilə əlaqədar olaraq qravitasiya pillələrinin yaranması, kristallik özül səthinin, Konrad və Moxoroviçiç sərhədlərinin yatma dərinliyinin sıçrayışlı dəyişməsi. Dərinlikdə əsasi və ultraəsasi süxurların olmasını göstərən xətti müsbət anomaliyalar və yarıqların müasir fəallığını sübut edən dərin zəlzələ ocaqları mühüm əlamətlərdəndir.

Bir çox hallarda dərinlik yarıqları zonaları ilə yeraltı su çıxışları, endogen mənşəli faydalı qazıntı yataqları, habelə yarıqyanı çökəklərin çöküntü süxur formasiyasında ekzogen mənşəli yataqlar (daş kömür, duz və s.) əlaqədar olur. Platforma özülündəki dərinlik yarıqları, neft və qaz yataqlarının platforma örtüyündə lokallaşması üçün əlverişli strukturların yaranmasına imkan verir. Dərinlik yarıqları təsnifatı A. V. Peyve, A. Suvorov, V. Y. Xain və b., tərəfindən verilmişdir. Dərinlik yarıqları müxtəlif əlamətlər üzrə ayırmaq olar. Bunlar aşağıdakılardır: a) dərinliyə sirayət etmə: ifrat dərin, dərin və Yer qabığı yarıqları. b) Yer qabığının iri dərinlik strukturlarını hüdüdlandıran: okean, okeanyanı, kratonönü, geosinklinaldaxili, qaymaarası. Platforma və geosinklinal vilayətləri kəsib, qitədən okeana keçən və Yer kürəsində, bəlkə də, vahid şəbəkə yaradan ortoqonal və diaqonal dərinlik yarıqları xüsusi qrupu. c) dərinlik yarıqları üzrə yerdəyişmə xarakteri: dərinlik fayları, dərinlik üstəgəlmələri, dərinlik horizontal yerdəyişmə. "Lineament", "Struktur plaz", "Dərinlik tikişi" və "Dərinlik yarığı zonası" terminləri dərinlik yarıqları yaxın terminlərdir. Litosfer plitələri tektonikası nəzəriyyəsinə əsasən, dərinlik yarıqları aşağıdakı üç növü ayrılır: 1) aralıq-okean silsilələrinin rift zonası, 2) Beniof, yəni litosfer plitələrinin təmasa gələrək birinin digərinin altına batma zonası və 3) transform horizontal yerdəyişmə yarıqları.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.