Zəlzələ ocağı

Zəlzələ ocağı (rus. очаг землетрясения, ing. seismic focus, focus of earthquake) — uzun müddət toplanmış enerjinin boşalması sayəsində kütlənin çox sürətlə yerdəyişməsinə səbəb olan, yeraltı təkanın yarandığı sahə. Zəlzələ ocağı Yer qabığında və ust mantiyada yerləşir və adətən geoloji qırılmalara uyğun gəlir.[1]

Zəlzələ ocaqlarının parametrlərinin təyini

[redaktə | mənbəni redaktə et]

Seysmoqramlarda seysmik dalğaların analizi (seysmik dalğaların gəlmə anlarının, onların baş-lanğıclarının işarələrinin, maksimum ampli-tudlarının və onlara uyğun periodlarının təyini və s.) əslində zəlzələ ocağının bu və ya digər para-metrlərini müəyyənləşdirməsinə xidmət edir. Zəlzələ ocağının koordinatlarını təyin etmə metodları müxtəlif olsa da onların əsasını bir prinsip təşkil edir. Bu prinsip zəlzələnin episentri ilə müşahidə məntəqəsi arasındakı məsafəyə və sey-smik dalğaların bu məsafəni keçmə müddətlərinə əsasən təyin edilməsindən ibarətdir.[2] (Maksimum yazının əvvəlindən aşağıdakı intervallarda yerləşir: A- 4–10 san. intervalında, JK-a, b; JKM-v, q. B- 25saniyəyə qədər olan intervalda, JK-a, b; JKM-v, q V- 25 saniyəyə qədər olan intervaldan sonra,. JK, Q- yüksək tezlikli periodların üst-üstə düşdüyü zaman amplitud və periodların ölçülmələri nümunəsi)

Üç və daha artıq seysmik stansiya üçün bu məlumatların olması zəlzələ episentrinin koordinatlarını və onun baş vermə anını təyin etməyə imkan verir. Seysmik dalğaların yayılma vaxtının məsafədən t=f asılılığı qrafiki (və ya cədvəli) müvafiq dalğaların hodoqrafı adlanır. Bu hodoqraflar əsasında eninə (S) və uzununa (P) və ya digər dalğaların yayılma vaxtları arasındakı fərqin məsafədən Ts-p=f asılılığı qrafiki (cədvəli) və ya hodoqrafı tərtib edilmişdir. Çox saylı zəlzələlərin və süni partlayışların yazılarının əsasında seysmoloqlar bütün Yer üçün ümumiləşdirilmiş hodoqraf və yerli və yaxın zəlzələlər üçün lokal və regional hodoqraflar tərtib etmişlər. [Jeffreys, 1940; Lebedeva, 1953] Eninə (S) və uzununa (P) dalğaların gəlmə anları fərqini (Ts-p) hesablayaraq və hodoqrafdan istifadə edərək müşahidə məntəqəsindən (seysmik stansiyadan) zəlzələ episentrinə qədər olan məsafəni təyin etmək mümkündür.

Lakin bir stansiyadan zəlzələ episentrinə qədər məsafənin məlum olması onun koordinatlarını təyin etmək üçün kifayət etmir. Yəni bu halda episentrin stansiyadan məlum məsafədə, lakin 360 çevrənin istənilən nöqtəsində yerləşməsi mümkün hesab oluna bilər. Əgər episentrə qədər olan məsafə iki stansiya üçün məlumdursa onda episentrin xəritədə həmin stansiyalar ətrafında çəkilmiş məlum məsafələrə uyğun radiuslu çevrələrin kəsişdikləri iki nöqtədən birində olması müəyyənləşir, bu isə yenə də episentrin konkret yerini göstərməyə imkan vermir. Üç və daha artıq stansiyaların məlumatları əsasında çəkilmiş çevrələrin kəsişməsi zəlzələnin episentrini bir mənalı təyin etməyə imkan verir.

Zəlzələ ocaqlarının mexanizmləri

[redaktə | mənbəni redaktə et]

Zəlzələlərin ocaq mexanizmləri və Yer qabığının gərginlik-deformasiya durumunun parametrləri seysmik cəhətdən aktiv bölgələrin mühit xassələrindən hesab olunur və seysmik təhlükənin dərəcəsinin qiymətləndirilməsində geniş istifadə olunur. Güclü zəlzələlərin ocaq mexanizmlərinin öyrənilməsi yer qabığı ərazisinin müxtəlif seysmoaktiv sahələri üçün səciyyəvi olan tektonik hərəkət tiplərini müəyyənləşdirməyə və həmin hərəkət tiplərindən asılı olan, yer səthində meydana gəlmiş torpağın (qruntun) hərəkət təcilinin maksimal qiymətlərini təyin etməyə imkan verir. Bu isə seysmik rayonlaşdırma və seysmik mikrorayonlaşdırma problemlərinin həllində əsaslı rol oynayır. Güclü və zəif zəlzələ ocaqlarının mexanizminin təyini yalnız zəlzələlərin deyil, həm də onları doğuran seysmiklik törədən zonaların tədqiqində əhəmiyyətli rol oynayır. Ocaq mexanizmlərinin təyini üzrə aparılmış çoxsaylı seysmoloji tədqiqatların nəticələri göstərir ki, uzununa seysmik dalğaların işarələri əsasında təyin olunmuş ocaq mexanizmləri ocaqdakı əsas qırılmanı səciyyələndirir, bu isə aktiv qırılma zonalarının dərinlik quruluşunu, yəni uzanma istiqamətini və yatım bucağını, baş vermiş hərəkətlərin tipini və s. müəyyənləşdirməyə imkan verir. Uzun zaman ərzində kontrast tektonik hərəkətlərin təsiri ilə ocaq zonasında toplanmış böyük gərginlik nəticəsində əsas qırılma səthi boyu iri həcimli dağ suxuru ani hərəkətə gəlir. Qırılmanın yaranması uzununa (P) və eninə (S) dalğalarının ilk yerdəyişmələrində qeyd olunan seysmik şüalanmaya səbəb olur. Zəlzələ ocağı mexanizminin əsas qırılmaya empirik uyğunluğu bununla izah olunur. Güclü zəlzələlərin və onların forşok və afterşokların ocaqlarının mexanizminin təyini, bu təkanların baş verdiyi seysmikliktörədən qırılma zonasında müxtəlif ölçülü seysmik ocaqların yerləşməsi xüsusiyyətlərini, onların qarşılıqlı əlaqələrini öyrənməyə imkan verir.[3] Seysmoloji praktikada güclü zəlzələ (M≥4,0) ocaqlarının mexanizmlərinin həlli üçün əsasən A. V. Vedenskayanın individual ocaqların mexanizmlərinin təyini metodu [56], zəif zəlzələ (M<4) ocaqlarının mexanizmlərinin həlli üçün isə L. A. Mişarinanın [142] təklif etdiyi koordinatları yaxın olan seysmik hadisələr qrupunun vahid episentr kimi qəbul edilərək, ocaq mexanizminin həlli metodu istifadə olunur. Azərbaycanda zəlzələ ocaqlarının mexanizmləri Ə. B. Ağalarova [8] və S. T. Ağayeva [7] tərəfindən araşdırılmışdır. Əsasən A. V. Vedenskayanın metodundan istifadə edən Ə. B. Ağalarova Azərbaycan ərazisinin seysmik cəhətdən aktiv bölgələrində baş vermiş zəlzələlərin bir çoxunun ocaqlarında əsas gərginliklərin istiqamətlərini, qırılma müstəvilərinin mümkün vəziyyətlərini və onlardakı yerdəyişmələrin istiqamətlərini təyin etmişdir. Aşağı Kür çökəkliyində 1953–1970-ci illər ərzində baş vermiş, energetik sinifləri K≥11,0 olan zəlzələlərin ocaqlarındakı gərginlik oxlarının istiqamətlərinin tədqiqi nəticəsində məlum olmuşdur ki, gərilmə gərginlikləri üfüqi müstəvi ilə kiçik bucaq (e=00–300) təşkil etdikləri halda, sıxılma gərginlikləri üfüqi müstəviyə perpendikulyara yaxın (e=550–800) istiqamətə malikdirlər. Bununla yanaşı, bəzi zəlzələ ocaqlarında sıxılma gərginliyi istiqaməti horizontal müstəvi ilə e=350 bucaq təşkil edir. Bu isə ona işarə edir ki, Aşağı Kür çökəkliyində baş vermiş zəlzələ ocaqlarındakı gərilmə gərginlikləri oxları həmişə üfüqi vəziyyətdə olduğu halda, sıxılma gərginlikləri oxları vəziyyətlərini dəyişə bilərlər [8]. Ə. B. Ağalarova Azərbaycanın Böyük və Kiçik Qafqaz ərazisində 1953–1969-cu illərdə baş vermiş bir sıra zəlzələlərin ocaqlarındakı əsas gərginliklərin istiqamətlərini təyin etməsi nəticəsində sıxılma gərginliklərinin strukturların uzanma istiqamətinə perpendikulyar olan horizontal müstəvi istiqamətində yönəldiyini göstərmişdir. Beləliklə, məlum olmuşdur ki, əgər Azərbaycanın dağlıq rayonlarında horizontal istiqamətdə sıxılma gərginliklərinin yönəlməsi müşahidə edilirsə, çökəklik bölgələrində həmin istiqamətdə gərilmə gərginlikləri yönəlmişlər.

Kəsişmə metodu

[redaktə | mənbəni redaktə et]

Episentrin təyin edilməsində istifadə edilən bu metod kəsişmə metodu adlanır. Qeyd edək ki, epi-entr seysmik stansiyalarla bərabər əhatə olunduğu halda bu metod yüksək dəqiqlikli nəticələr verir. Əgər stansiyalar episentrə nəzərən birtərəfli yerləşərlərsə, onda çevrənin qövsləri iti bucaq altında kəsişəcəklər və episentral məsafələrdəki kiçik xətalar kəsişmə nöqtəsində kifayət qədər yerdəyişməyə və uyğun olaraq böyük xətaya gətirəcəkdir. Kəsişmə metodundan əlavə episentri təyin etmək üçün izoxronlar, Vadati və s. metodları da mövcuddur. Bu metodlarla müxtəlif elmi ədəbiyyatlarda tanış olmaq olar. [Saverenskiy, 1949] Zəlzələ ocağının parametrlərinin təyini üçün bir sıra riyazi proqramlar da tərtib olunmuşdur. Belə proqramlar həm analoqlu seysmik cihazlardan götürül-müş seysmik məlumatlar əsasında tələb olunan parametrləri kompyuter vasitəsilə təyin etməyə imkan verir, həm də rəqəmsal seysmik stansiyalardan alınan məlumatları təfsir edərkən proqram paketini təşkil edir. Bu proqramlarda ocaq koordinatlarının təyini hodoqrafdan istifadə etməklə zəlzələ zamanı bütün stansiyalarda qeyd olunan dalğanın (P və ya P, S dalğalarının) yayılma zamanlarına uyğun məsafələrdə yerləşən fəza nöqtəsinin tapılması prinsipinə əsaslanır. Bu zaman hodoqrafa seysmik dalğaların yer qabığını təşkil edən bütün qatlarda yayılma sürəti daxil edilir. Belə proqram əsasında işləyən "Kinemetriks" monitorinq sistemi nəinki Azərbaycanda, hətta dünyanın müxtəlif yerlərində baş verən bir çox zəlzələlərin koordinatlarını avtomatik olaraq bir neçə dəqiqə ərzində təyin edə bilir.

Episentral azimut

[redaktə | mənbəni redaktə et]

Baş verən zəlzələ haqqında hansısa səbəblərdən yalnız bir stansiyanın məlumatları olduqda uzununa (P) və eninə (S) dalğalarının gəlmə vaxtları arasındakı fərqin məsafədən asılılıq hodoqrafı əsasında episentrə qədər olan məsafəni, hər üç komponentdə uzununa dalğaların başlanğıc amplitudlarının ölçüləri və işarələri əsasında isə episentrə olan azimutu və beləliklə, episentri təqribi təyin etmək mümkündür. Episentral azimut (Az) dedikdə stansiyadan şi-mala olan istiqamətlə stansiyadan episentrə olan istiqamət arasındakı bucaq nəzərdə tutulur və şimala istiqamətdən saat əqrəbinin hərəkəti üzrə (0 — dən 360 — dək) hesablanır. Azimutu (Az) təyin etmək üçün horizontal kom-ponentlərdəki uzununa (P) dalğaların başlanğıcında və ya ona yaxın sonrakı, lakin hər ikisində eyni anda, amplitudlarını (AEW, ANS) ölçmək lazımdır. Sonra hər üç komponentlərdə eyni anda başlanğıc dalğaların işarələrini, onların bir-birinə nisbətini AEW/ANS təyin etmək,  bucağını (tg=AEW/ANS) hesablamaq və cədvəli üzrə azimutu (Az) müəyyənləşdirmək olar. Uzununa (P) seysmik dalğanın stansiyaya gəlmə vaxtından (Tp) bu dalğanın episentral məsafəni qət etmək üçün hodoqrafla təyin olunmuş yayılma vaxtını (tp) çıxmaqla zəlzələnin baş vermə anını (T0) təyin etmək mümkündür.

  1. Zəlzələ ocağı // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 140. ISBN 978-9952-453-14-0.
  2. Arif Həsənov,Tahir Məmmədli. "Seysmologiyanın əsas elementləri". səh:84. ek.anl.az. 27 aprel 2023-cü il tarixində arxivləşdirilib.
  3. Tahir Məmmədli. "Azərbaycan ərazisinin zəif seysmikliyi və onun müasir geodinamika ilə əlaqəsi". ek.anl.az. 05 mart 2024-cü il tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]