Dərman pişikotu

Dərman pişikotu (lat. Valeriana officinalis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü.

Dərman pişikotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Dərman pişikotu 60–120 sm hündürlükdə yerüstü gövdəsi olan çoxillik ot bitkisidir. Gödək şaquli istiqamətli kökümsova və çoxlu nazik ipvari saçaqlı köklərə malikdir. Gövdənin üzərində qarşı-qarşıya düzülmüş yarpaqları təklələkvaridir. May ayından başlayaraq avqusta kimi çiçəkləyir, meyvələri avqust-sentyabrda yetişir.

Kökümsovundan hazırlanan cövhərindən ürək fəaliyyətinin tənzimlənməsində istifadə və sakitləştirici vasitə kimi istifadə olunur

Bu bitki ən tanınmış müalicəvi bitkilərdən biridir. Pişikotu həm xalq təbabətində, həm də ənənəvi tibbdə çox geniş istifadə olnur.

Dünya farmasevtik sənayenin istehsal etdiyi əksər təbii sakitləşdirici vasitələrinin tərkibinə pişikotu daxil edilir.

Pişikotu dəmləməsi, ekstraktı baş ağrıları, miqren, əsəbilik, nevroz, isteriya, yuxusuzluq zamanı yaxşı təsir edir.

Pişikotu klimaks zamanı da qadınlara yaxşı kömək edir.

Körpələr üçün pişikotu dəmləməsi əlavə olunmuş vannalar çox xeyirlidir — yaxşı sakitləşdirir, tez yuxuya getməyə kömək edir.

Pişikotu həm də ürək-damar sistemi xəstəliklərində və pozulmalarında da yaxşı kömək edir. Taxikardiya, hipertoniya, ürəkdə ağrılar zamanı pişikotu geniş istifadə olunur. Bitki qan dövranını yaxşılaşdırır, damarları genişləndirir, arterial təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini tənzimləyir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 31.