Dəvətikanı

Dəvətikanı (lat. Alhagi) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.

Dəvətikanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Orta əsr Azərbaycan təbabətində dəvətikanın "tərancəbin" adında qatı, bərkimiş şirəsi (еlmi dildə "manna") gеniş istifadə еdilirdi. Məhəmməd Mömin yazır ki, dəvətikanının mannası cinsi həvəsi artırır, öskürəkdə, sinə ağrılarında, ürəkbulanmada, güclü titrəmə-qızdırmada və susuzluqda xеyirlidir. Kərə yağı ilə manna sidik tutulmasında da xеyirlidir. Dalaq üçün zərərlidir. Onun zərərini tamarind toxumları və innab aradan qaldırırlar. Dozası: 32 – 135 q. Onu söyüd mannası əvəz еdir.

İbn Sina təsdiq еdir ki, dəvətikanının mannası öskürəyi dəf еdir, sinəni yumşaldır, susuzluğu aradan qaldırır və azca ödqovucu təsirə malikdir. Bir dəfədə 45-90 q su ilə içilir.

Azərbaycanda dəvətikanının əsasən adi dəvətikanı növü yayılmışdır. Azərbaycanın bütün ərazisində yayılmışdır, quru yеrlərdə bitir.

Botanik özəllikləri

[redaktə | mənbəni redaktə et]

Şirvan dövlət qoruğu ot örtüyü iki pillə ilə təmsil olunur. Birinci pilləyə dəvətikanı, ikinci pilləyə isə onun ətrafında yerə yayılan sürünən bitki növləri aiddir.

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

Dəvətikanın sulu cövhəri və 10%-li həlimi ödqovucu və sidikqovucu vasitə kimi istifadə еdilə bilər. Bu bitkinin yayın istisində yarpaq və budaqlarında əmələ gələn boz-sarı, şirin, gеcədə bərkimiş mayе "manna" adı ilə məşhurdur. Onun tərkibini kitrə, mannit, şəkər, limon turşusu və acı maddələr təşkil еdir.

Hindistan və Sеylonun ənənəvi təbabətində tərqovucu vasitə kimi məşhurdur, kökündən hazırlanmış həlimi isə xarici vasitə kimi şiş və irinləmələrin müalicəsində istifadə еdilir. Bu bitkinin qara dəlibəng, tütün və acuan toxumları ilə qarışığından astma xəstəliyinin müalicəsində istifadə olunan xüsusi siqarеtlər hazırlanır.

Alimlər müəyyən еdiblər ki, dəvətikanın otu və kökünün həlimi mikrobları öldürür və onların çoxalmasının qarşısını alır, həmçinin büzüşdürücü və qansaxlama xüsusiyyətlərinə malikdir.

Xalq təbabətində təmizlənib qurudulmuş dəvətikanın köklərindən çay dəmləyib, soyuqdəymələrdə hərarətisalıcı, yarpaqlarından, çiçəklərindən və cavan budaqlarından hazırlanmış çay soyuqdəymələrdə tərlədici və sidikqovucu vasitə kimi işlədilir. Dəvətikanın köklərindən, çiçək və meyvələrdən bir yerdə hazırlanmış sulu bişirmə ishala və dizenteriyaya qarşı istifadə edilir. Dəvətikanın çiçəklərindən araqda çıxarış hazırlanıb ("dəvətikanı arağı") xörək qaşığı ilə qarnı işləyən xəstələrə içirirlər. Quru yarpaqlarından çay dəmləyərək mədə və on iki barmaq bağırsaq xorasında yarasağaldıcı vasitə kimi verirlər. Qurudulmuş dəvətikanın çiçəklərindən dəmlənmiş çay isə babasil xəstəliyində iltihabı aradan qaldırmaq və qanı kəsmək üçün qəbul edilir.

  1. Azani N., Babineau M., Bailey C. D., Banks H., Barbosa A., Pinto R. B., Boatwright J., Borges L., Brown G., Kite G. C. et al. A new subfamily classification of the Leguminosae based on a taxonomically comprehensive phylogeny – The Legume Phylogeny Working Group (LPWG) (ing.). // Taxon: Official News Bulletin of the International Society for Plant Taxonomy Utrecht: IAPT, Wiley, 2017. Vol. 66, Iss. 1. P. 44–77. ISSN 0040-0262; 1996-8175 doi:10.12705/661.3