Dağ Yəhudiləri Muzeyi

Dağ Yəhudiləri Muzeyi — 2020-ci ildə Qubada açılmış, dağ yəhudilərinə həsr edilmiş, XIX əsrə aid Karcoq sinaqoqunda[3] yerləşən muzey.[4] Dağ yəhudilərinə həsr edilmiş dünyada ilk və yeganə muzeydir.[4]

Dağ Yəhudiləri Muzeyi
Loqonun şəkli
Xəritə
Açılış tarixi 2020
Ölkə
Yerləşir Quba, Qırmızı Qəsəbə
Ünvan Raşbil Zaxaryayev küç 7[1]
Telefon +994-55-559-95-95
İş rejimi Bazar – Cümə axşamı: 10:00-18:00
Cümə: 10:00-14:00
Qeyri-iş günləri: Şənbə, Yəhudi bayramları
Bilet Azərbaycan vətəndaşları üçün - 5 AZN
Xarici vətəndaşlar üçün - 10 AZN
12-16 yaş arası qonaqlar üçün - 3 AZN
12 yaşdan kiçik uşaqlar üçün - pulsuz giriş [2]
41°22′02″ şm. e. 48°30′34″ ş. u.HGYO
jewish-museum.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Binanın tarixi

[redaktə | mənbəni redaktə et]

Muzey Qırmızı qəsəbədə yerləşən XIX əsrə aid Karcoq sinqoqunda yerləşir. Sovet işğalından sonra sinqoq öz fəaliyyətini dayandırıb.[5] Burada bir müddət kənd təsərrüfatı məhsullarının anbarı yerləşib.[6] Sovet İttifaqı dağıldıqdan sonra isə sinaqoq boş qalıb.[7] İllərlə boş qalan sinaqoq qəzalı vəziyyətə düşüb. Sonradan burada əsaslı bərpa işləri aparılıb. Bina 5 metrdən yüksək olan otaq hündürlüyündə və kvadrat formasındadır. Burada daha çox eksponatı sərgiləmək üçün binanın içərisinə ikinci yarus əlavə edilib. Binanın zirzəmisində isə konfrans zalı, kitabxana və ehtiyat eksponatlar üçün otaq düzəldilib.[8]

Muzeyin yaradılması

[redaktə | mənbəni redaktə et]

Dağ Yəhudiləri Muzeyinin yaradılması fikri 2017-ci ildə meydana gəlib. Muzeyin inzibati binası üçün uzun illər atılmış vəziyyətdə qalmış Karcoq sinaqoqu seçilib. Sinaqoq əvvəlki eskizlər əsasında bərpa edilib.[9] Muzeyin yaradılmasına rusiyalı biznesmenlər Qod Nisanov, Zarah İliyev, German Zaxaryayev dəstək olublar. Bundan başqa muzeyin eksponatlarla təmin edilməsi vəzifəsini "STMEQİ" fondu öz üzərinə götürüb. Bu fond dünya dağ yəhudilərini birləşdirən ən böyük təşkilatdır. Muzeyin hazırlanma mərhələsində fond diaspor və icmalara müraciət edərək onları qədim əşyaların tapılmasına çağırıb.[10]

Muzeyin ekspozisiyasında dağ yəhudilərinin adət ənənələrini, ümumi tarixlərini, ənənəvi məşğuliyyətlərini, Qırmızı Qəsəbədəki tarixlərini göstərən eksponatlar yer alıb. Burada bütün illər ərzində Qafqazda fəaliyyət göstərmiş ravvinlərin adı göstərilən guşə[11] və eləcə də Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova həsr edilmiş guşə də var.[12] Albert Aqarunova həsr edilmiş guşədə onun medalı da qorunur.

  1. "Dağ Yəhudiləri Muzeyi / Əlaqə" (az.). jewish-museum.az. July 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 20, 2022.
  2. "Dağ Yəhudiləri Muzeyi / Qonaqlar üçün" (az.). jewish-museum.az. July 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 20, 2022.
  3. Ləman İsmayılova. "World's first Mountain Jews Museum opens in Azerbaijan" (ingilis). azernews.az. February 6, 2020. February 6, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 20, 2022.
  4. 1 2 "Discover the centuries-old culture of Mountain Jews in Azerbaijan" (ingilis). Euronews. February 25, 2021. November 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 24, 2022.
  5. Ilham Karimli. "Historical Museum Opens in Azerbaijan's All-Jewish Town" (ingilis). caspiannews.com. February 8, 2020. July 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 23, 2022.
  6. Timur Rzayev. "В Азербайджане откроется первый в мире музей горских евреев" (rus). 1news.az. October 11, 2017. August 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 3, 2022.
  7. "Первый в мире музей горских евреев откроется в Азербайджане" (rus). stmegi.com. October 15, 2017. August 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 23, 2022.
  8. Samira Kazımova. "Директор Музея горских евреев Игорь Шаулов: Мы собрали в Азербайджане уникальные экспонаты со всего мира" (rus). moscow-baku.ru. May 18, 2021. July 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 23, 2022.
  9. "Businessmen God Nisanov and Zarakh Iliev Building Unique Museum in Azerbaijan" (ingilis). foundationguide.org. 2019. July 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 3, 2022.
  10. "Dünyada dağ yəhudilərinin ilk muzeyi Azərbaycanda yaradılır" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. August 31, 2019. September 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 23, 2022.
  11. "Light of faith" (ingilis). jewish-museum.az. August 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 2, 2022.
  12. Larri Luksner. "Azerbaijan's Mountain Jews Museum could spark tourism revival, eventually / Azərbaycanın Dağ Yəhudiləri Muzeyi, turizmin canlanmasına səbəb ola bilər" (ingilis). jpost.com. September 23, 2020. September 23, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 3, 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]