Dağ qara torpaqlar (və ya meşə altından çıxmış torpaqlar) — bu torpaq tipinin müxtəlif yarımtiplərinə Böyük Qafqazın Şamaxı yayalasında, İsmayıllının İvanovka yaylasında, Qudyalçay və Qaraçayın orta axarlarında, Kiçik Qafqazın Murovdağın cənub və şimal yamaclarında, Qarabağda, Gəncəçay, Kürəkçay və Zəyəmçay hövzəsində, Kəlbəcər və Laçın rayonlarında, ayrıca zolaq şəklində meşələrin kənar hissələrində rast gəlinir[1].
Bu torpaqların yayıldığı ərazilərdə iqlimi qışı quraq keçən mülayim istidir. Burada orta illik temperaturu 7,3-11,6°C -dir. Ən soyuq mülayim olub, temperatur 0,6-dan 3,3 arası dəyişir. Payız adətən isti olur. İlin isti dövrü havanın orta temperatur 17,1-23,6°C-ni ötmür. Orta illik yağıntının kəmiyyəti 380-640 mm arasında dəyişir. Rütubətlənmə əmsalı 1,22-1,29 təşkil edir.
Humusu profil boyu bərabər paylanması və karbonatlılığın profil yuyulması xarakterikdir. Belə ki, mitselyar formada karbonatlara yalnız 80-90 sm dərinlikdə rast gəlinir. Üst qatlarda çoxlu bitki qalıqları və çürüntülər toplanmışdır. Morfoloji əlamətlərindən biri də üst qatlarda dənəvari-kəsəkvari, aşağı qatlarda isə qozvari strukturanın olmasıdır. Bu torpaqlar profil boyu ağır mexaniki tərkibə malik olub, ağır gillicəli və gilli torpaqlardır. Fitokütlənin yerüstü hissəsi yeraltı hissədən 3-4 dəfə az olur. Beləliklə, humus maddəsinin toplanmasında bozqır bitkilərinin kök kütlələri çox böyük rol oynayır. Eyni zamanda müəyyən edilmişdir ki, fitokütlənin yeraltı hissəsində külün miqdarı 10,6-12,6%, üst hissədə isə 7,8-9,9% arasında tərəddüd edir.
Dağ qara torpaqların aşağıdakı yarımtipləri vardır: