Gəncəçay yaxud Gəncə çayı — Azərbaycanda çay. Başlanğıcını Kiçik Qafqazdan götürür və Kür çayına tökülür.[1]
Gəncəçay | |
---|---|
azərb. Gəncəçay | |
Ölkə | Azərbaycan |
Rayonlar | |
Şəhər | |
Mənbəyi | Murovdağ silsiləsi |
Mənsəbi | Kür çayı, Mingəçevir su anbarı |
Uzunluğu | 99 km |
Su sərfi | 4 m³/san |
Su sistemi | Mingəçevir su anbarı/Kür/Xəzər dənizi |
Su hövzəsi | Xəzər dənizi |
Hövzəsinin sahəsi | 752 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gəncəçay Kiçik Qafqazın Murovdağ silsiləsinin şimal yamacından axmağa başlayır. Çayın mənsəbi 2814 m yüksəklikdədir. Gəncəçay Kürə mənsəbindən 720 km yuxarıda tökülür. Gəncəçayın uzunluğu 99 km, hövzəsinin sahəsi 752 km2-dir. Çayın 9 qolundan 5-i sağ, 4-ü isə sol qoludur.[2][3]
Hövzə cənubda yerləşən bol yağıntılı alp çəmənliklərdən şimalda yerləşən az yağıntılı quru çöl və yarımsəhra çöllərinə qədər uzanır.[3] Çayın hövzəsi cənubdan şimala doğru enli və uzunsovdur. Murovdağ silsiləsi boyu Tərtərçayla, qərbdən Qoşqarçayın hövzəsi, şərqdən isə Kürəkçayın hövzəsi ilə həmsərhəddir. Çayın hövzəsinin orta eni 7,8 km, orta yüksəkliyi isə 119 m-dir. çayın tam düşməsi 2744 m, çayın orta meyilliliyi 27,7%, çay şəbəkəsinin sıxlığı 0,64 km/km2-dir.[2]
Gəncəçay yaz gursulu rejim fazalı çay qrupuna aiddir. Gursululuq adətən mart ayından iyun ayınadək davam edir. Gursulu rejim fazasının orta çoxillik davamiyyəti 137–150 gündür. Gursulu rejim fazasının başlamasının orta tarixi Gedamışda 17 mart, Zurnabadda 9 mart, Alaxançallıda 20 mart, qurtarma tarixi isə müvafiq olaraq 4–6 avqustdur. Gəncəçayın qolu olan Zivlənçayda isə gursululuq 133 gün davam edir. Orta başlama tarixi 17 mart, qurtarma tarixi isə 28 iyuldur. Çayın sol qolu Dəstəfurçayda gursululuq 131 gün davam edir, gursulu rejim fazasının orta çoxillik başlanması 6 mart, qurtarma tarixi isə 15 iyuldur.[2]
Gəncəçayın qidalanmasında qar suları 32%, yeraltı sular isə 44% təşkil edir. Yaz gursulu fazasında illik axım həcminin 60%-dən çoxunu təşkil edir. Avqust, oktyabr, bəzən noyabr aylarında qisamüddətli daşqınlar yaranır. əsas çay və onun qolları üzərində 5 hidrometrik məntəqə var.[2]
Çayın ad | Hansı sahildən birləşir | Mənbəyindən məsafə, km | Uzunluq, km | Hövzə, km2 |
---|---|---|---|---|
Zincirliçay | sol | 91 | 11 | 29 |
Danaqıransu | sağ | 85 | 9 | 14 |
Zivlənçay | sağ | 75 | 15 | 48 |
Qoçazçay | sağ | 72 | 7 | 14 |
Çimkirçay | sağ | 69 | 6 | 10 |
Dəstəfurçay | sol | 66 | 28 | 69 |
Mədyunçay | sağ | 59 | 6 | 12 |
Dərəmirzəçay | sol | 56 | 12 | 46 |
Xanbulaq | sol | 53 | 13 | 25 |