Dağdizel zavodunun 8-ci sexi (rus. 8-й цех завода «Дагдизель») — Sovet Sosialist Respublikaları İttifaqı dövründə Xəzər dənizinin Rusiya Federasiyası sektorunda salınmış Dağdizel zavodunun 8-ci sexi.[1] Məxfi məqsədlər üçün tikilmiş sex, Xəzər dənizinin düz ortasında, Dağıstan Respublikasının Kaspiysk şəhərindən 2.7 kilometr aralıda tikilmişdir.[2] Tikilini "Dağıstanın Fort Boyardı" adlandırırlar.[3]
Dağdizel zavodunun 8-ci sexi | |
---|---|
rus. 8-й цех завода «Дагдизель» | |
| |
Ümumi məlumatlar | |
Koordinatlar | 42°53′49″ şm. e. 47°40′51″ ş. u.HGYO |
Vikianbarda əlaqəli mediafayllar |
Sexin bünövrədən hündürlüyü (qüllə ilə birlikdə) 42 metrdir. Ümumi iş sahəsi 5 min m². təşkil edir, sexin özündən əlavə, Daqdizel zavodu idarəsində yataqxana, kitabxana, kinoteatr, istirahət guşəsi, yeməkxana, lift, sınaq laboratoriyası tikilib. Ölkə ərazisində istehsal olunan bir çox başqa silah növləri burada sınaqdan keçirilib.[4]
1931-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin iclasında Mahaçqaladan 18 km aralıda 182 saylı yeni zavodun tikintisi haqqında qərar qəbul edilmişdir. Müəssisə 1932-ci ildə tikinti işlərinə başlanmış zavod sonradan Dağdizel adını alıb. Bu gün bu zavod Dağıstanın ən böyük zavodlarından biri olaraq qalır. Dağdizel Sovet İttifaqı dövründə müəssisə dizel aqreqatları və torpedalar və onların lazımi avadanlıqlar üzrə aparıcı zavod idi.
1934-cü ildə zavodun daha bir sexinin tikintisinə başlanmışdır.[1]. VIII sex adını alan tikili Sovet Sosialist Respublikaları İttifaqının İkinci Dünya müharibəsindən əvvəlki müdafiə sənayesinin ən gizli yerlərindən birinə çevrildi.[5] Tikinti işləri 1938-ci ilə qədər tamamlandı və dərhal müəssisədə gəmilər və sualtı qayıqlar üçün torpeda silahlarının hazırlanması, yaradılması və sınaqdan keçirilməsinə başlanıldı. Məhz burada sovet mühəndisləri ən nəhəng sualtı və gəmi əleyhinə döyüş sursatlarını yaratdılar.[5].
8-ci sexin fərqləndirici xüsusiyyəti o idi ki, o, Xəzər dənizinin düz ortasında, sahildən 2,7 kilometr aralıda tikilmişdi. Zavodu tikmək üçün əvvəlcə bünövrə çuxuru yaratmaq, sonra isə gizli emalatxananın qoyulduğu daş bünövrə qurmaq lazım idi. Dənizin ortasında zavodun filialı təkcə məxfiliyi təmin etmək üçün deyil, həm də silahların sınaqdan keçirilməsində asanlığı ilə seçilirdi.
Sexin bünövrədən hündürlüyü (qüllə ilə birlikdə) 42 metrdir. Ümumi iş sahəsi 5 min m². təşkil edir, sexin özündən əlavə, Daqdizel zavodu idarəsində yataqxana, kitabxana, kinoteatr, istirahət guşəsi, yeməkxana, lift, sınaq laboratoriyası tikilib.
Gizli zavod İkinci Dünya müharibəsi boyu fəaliyyət göstərib. Təkcə 1941-ci ildə burada 3.200-dən çox buxar-qaz torpedası hazırlanıb. Alman kəşfiyyatı müəssisə haqqında məlumatlı olub. Cəbhə xətti Xəzər dənizinə çatmasa da, Üçüncü Reyxin aviasiyası olan Lüftvaffe bölgəni mütəmadi olaraq bombalayırdı. 8-ci sex də hava hücumlarından əziyyət çəkdi. Buna baxmayaraq, zavod fəaliyyətini davam etdirmişdir.
1950-ci illərdən etibarən sex öz əhəmiyyətini itirməyə başlamışdır. Buxar-qaz torpedaları effektiv silah növü kimi sürətlə köhnəlirdi. 1966-cı ildə, sexin bağlanması barədə qərar qəbul edildi və buradakı sınaq laboratoriyası Qara dənizə köçürülmüşdür.[6]
1962-ci ildə qapalı sexdə yanğın baş vermiş və tikili tamamilə yararsız hala düşmüşdür. Bu gün 8 nömrəli sex və yerləşdiyi ərazi tərk edilmiş vəziyyətdədir və illər keçdikcə tədricən dağılır. Hazırda bu ərazi həvəskarlar və ekstremal idman həvəskarları tərəfindən tez-tez ziyarət edilir.[3].