Dağlılar Muxtar Sovet Sosialist Respublikası (DMSSR) – 1921–1924-cü illərdə keçmiş Terek vilayəti və Kuban (Qaraçay) vilayətinin bir hissəsində yaşayan xalqların RSFSR tərkibində muxtariyyəti. Sahəsi 73 min km2, əhalisi təqribən 786 min nəfər idi. Əhalinin milli tərkibi əsasən çeçenlər, inquşlar, osetinlər, kabardalar, balkarlar, qaraçaylılar, ruslardan ibarət idi. Paytaxtı Vladiqafqaz şəhəri idi.
Tarixi dövlət | |
Dağlılar Muxtar Sovet Sosialist Respublikası | |
---|---|
Горская Автономная Социалистическая Советская Республика | |
|
|
Paytaxt | Vladiqafqaz[1] |
Ərazisi |
|
Əhalisi |
|
Dağlılar Muxtar Sovet Sosialist Respublikası Terek vilayətinin xalqlarının qurultayında (1920, 17 noyabr) elan edilmişdi. DMSSR-in 1-ci Sovetlər qurultayında (1921, 16–22 aprel) DMSSR yaradılması haqqında Ümum Rusiya Mərkəzi İdarəetmə Komitəsin 1921-ci il 20 yanvar tarixli dekreti elan olundu. Qurultay dövlət hakimiyyəti və idarəetmə orqanları sistemini, DMSSR-in inzibati-ərazi quruluşunu müəyyənləşdirdi, torpaq, ərzaq, xalq maarifi, şəriət məsələləri haqqında qərarlar qəbul etdi. Dağlılar Muxtar Sovet Sosialist Respublikası Mərkəzi İdarəetmə Komitəsii seçdi.[2]
1921-ci ildə DMSSR MİK iki inzibati ərazi vahidinin formalaşmasına qərar verdi: 1) Diqorski dairəsi — osetinlər və diqorlar üçün. 2) Sunjenski kazak dairəsi — Sujen kazakları üçün.[2]
В 1921 году Горский ЦИК постановил о создании двух административно-территориальных единиц: 1) Дигорского округа — для осетин-дигорцев и Сунженского казачьего округа — для казаков Сунженской линии
DMSSR-in təxirəsalınmaz vəzifəsi torpaq məsələsini qaydaya salmaq, respublikada yaşayan xalqlar arasında dostluq münasibətləri yaratmaq idi. Milli dövlət quruculuğu gedişində Kabarda, Qaraçay, Çeçen, Balkar milli mahalları DMSSR-dən ayrılıb (1921–1922) RSFSR-in muxtar vilayətləri oldu. SSRİ MİK-in 1924-cü il 7 iyul tarixli dekreti ilə DMSSR ləğv edildi, ərazisində Şimali Osetiya və İnquş muxtar vilayətləri, Sunjen Milli Mahalı yaradıldı.[2] Vladiqafqaz bilavasitə RSFSR MİK-in tabeliyində müstəqil inzibati vahid oldu.
DMSSR-in Mərkəzi İdarəetmə Komitəsinə Taştemir Eljurkaeviç Eldarxanov (24 aprel 1921- noyabr 1922), İdris Beysultanoviç Zyzikov (noyabr 1922 — yanvar 1924) və Mark Qavriloviç Avsaraqov (yanvar 1924–7 iyun 1924) dail idi.[3] DMSSR-in Xalq komisarları sovetinə isə Simon Alieviç Takoev (25 aprel 1921- fevral 1922) və Sxandjeri Qidzoeviç Mamsurov (fevral 1922–7 iyun 1924) daxil idi.[3]