Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Dağlılar Respublikası (Millətlər Birliyi arxivlərinə görə rəsmi Fransız adı: République de l'Union des peuples montagnards du Caucase[1];tərcümə: Dağlıq Qafqaz Xalqları Birliyinin Respublikası) — 1917–1922-ci illərdə Şimali Qafqazda mövcud olmuş müstəqil dövlət (konfederasiya). Dağlılar Respublikasının ərazilərinə müasir dövrdə Rusiyanın Çeçenistan, İnquşetiya, Dağıstan və Kabardin-Balkar respublikaları və Qaraçay-Çerkesiya muxtar vilayətləri daxil idi.
16 aprel 1919-cu il tarixində respublikanın rəhbəri Pşemaxo Kosyev Dağıstanın Azərbaycan Demokratik Respublikasının tərkibinə keçməsi barədə qərar qəbul etdi. Amma ki, 18 mayda Dağıstan general Denikinin ordusu tərəfindən tutuldu[2], bundan sonra Dağlılar Respublikası rəhbərliyi özü özünü buraxdığını və yenidən Tiflisə köçdüyünü elan etdi.
Tanınmayan dövlət | |||||
Dağlılar Respublikası | |||||
---|---|---|---|---|---|
Горская республика | |||||
|
|||||
|
|||||
Paytaxt | Temirxan-Şura | ||||
Dilləri | Abxaz dili, Avar dili, Dargin dili[d], İnquş dili, Kabardin-çərkəz dili, Qaraçay-balkar dili, Qumuq dili, Lak dili, ləzgi dili, Osetin dili, rus dili, Rutul dili, Çeçen dili | ||||
Rəsmi dilləri | |||||
İdarəetmə forması | parlamentli respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Dağlılar Respublikasının ərazisi 407,000 min kvadrat kilometr, əhalisi isə təxminən 11 milyon nəfər olmuşdur. Temirxan-Şura dövlətin əsas şəhəri və paytaxtı olmuşdur. Dağlılar Respublikasının 115 min ordusu vardır.
Dağlılar Respublikasının qurucularından biri Şeyx Şamilin nəvəsi Seyid Şamil olmuşdur. Dövlətin ilk rəhbəri isə Tapa Çermoyev seçilmişdir. Şeyx Əli Hacı Akuşa və Heydər Bamat kimi nüfuzlu bəylər dövlətin idarə olunmasında yaxından iştirak etmişdilər. Dağlılar Respublikası Osmanlı imperiyası, Almaniya, Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası tərəfindən rəsmən tanınmışdır.
Oktyabr çevrilişindən sonra bolşevikləri dəstəkləyən sovetlər, Terek kazakların rəhbərliyi və dağlı xalqlarının milli şuraları Şimali Qafqazda hakimiyyət uğrunda mübarizəyə başladılar. Bu qurumlarm nümayəndələri noyabrın 8-də Vladiqafqazda birgə iclas keçirdilər. İclasda Terek kazakların atamanı M.Karaulov və Şimali Qafqaz Dağlıları Mərkəzi Komitəsinin sədri Tapa Çermoyev, Terek vilayəti İcraiyyə Komitəsinin sədri P.Koçev və vilayət soveti rəhbərliyi bölgədə idarəçiliyi təmin etmək üçün ayrı-ayrı sahələr üzrə komissarlıqlar yaratdılar. Oktyabrın sonunda Petroqrad çevrilişi Dağıstanda da pisləndi və Terek Dağlıları ilə birlikdə Terek-Dağıstan hökuməti yaradılması fikri irəli sürüldü. Dekabrın 2-də Şimali Qafqaz Dağlı İttifaqının yaradılması haqqında bəyannamə qəbul edildi. Rəşid xan Qaplanovun başçılığı ilə müvəqqəti hökumət təşkil olundu. General Talışxanov hərbi komissar, M.Karaulov ədliyyə və maliyyə komissarı, "Dikaya diviziya"nın komandanı general Polevtsev Terek-Dağıstan hərbi hissələrinin komandanı təyin olundular. Lakin bolşevik təbliğatı və Qafqaz cəbhəsindən qayıdan rus əsgərlərinin yerli əhaliyə qarşı zorakılıqları milli toqquşmalara səbəb oldu. Dekabrın 13-də bolşevik təsiri altın olan rus əsgərləri M.Karaulovu qətlə yetirdilər. Bu, rus-kazak hərbçilərinin bölgədə dağlılara qarşı qətl və qarətlərinin geniş miqyas almasına gətirib çıxardı. Qroznıda, Vladiqafqazda rus əsgəri qüvvəsinə arxalanan Sovetlər 1918-ci ilin əvvəlində hakimiyyəti ələ keçirdilər. Martın 17-də isə Pyatiqorskda Terek Xalq Komissarları Soveti təşkil edildi. Şimali Qafqazda bolşevik hakimiyyəti qurulmasına başlandı.
Dağıstanda isə Nəcməddin bəy Qotsinskinin və Şeyx Uzun Hacının başçılıq etdiyi islamçı qüvvələr fəallaşdılar. Petrovsk-Port (Mahaçqala) bolşeviklərdən təmizləndi. N.Qotsinski Dağıstan və bütün Şimali Qafqaz müsəlmanlarımn imamı kimi öz hakimiyyətini elan etdi, aprelin əvvəlində isə Bakıda müsəlman əhaliyə qarşı erməni-bolşevik soyqırımının qarşısını almaq üçün hərbi yürüşə başladı. Dağıstan süvari alaylarının da iştirak etdiyi bu yürüş zamanı erməni-bolşevik qüvvələri Xaçmaz yaxınlığında məğlubiyyətə uğradıldı. Lakin N.Qotsinskinin başçılıq etdiyi Dağıstan könüllüləri Bakı Sovetinin yaratdığı Biləcəri-Xırdalan müdafiə xəttini yarmağa hazırlaşdığı zaman Həştərxandan dəniz yolu ilə bolşeviklərin Petrovsk-Porta hərbi qüvvə yeritməsini eşidib Dağıstana dönməyə məcbur oldular.
Terek-Dağıstan hökuməti isə iflic vəziyyətə düşdü və dağlı milli qüvvələrinin liderləri Zaqafqaziya seymi ilə birləşmək, bütün Qafqazın təmsil olunduğu hakimiyyət yaradılmasına nail olmaq məqsədilə Tiflisə toplaşdılar. Seymdə azərbaycanlı nümayəndələr tərəfindən müdafiə olunan bu təşəbbüs onun gürcü-erməni çoxluğu tərəfindən rədd edildi. Lakin azərbaycanlı ictimai xadimlərin təkidi ilə Trabzona sülh konfransına göndərilən nümayəndə heyətinin tərkibinə dağlı nümayəndələri də daxil edildi. Trabzonda dağlı nümayəndələri Şimali Qafqazla Cənubi Qafqazın vahid dövlətdə birləşməsini təklif etdilər. Lakin gürcü və erməni nümayəndələri, eləcə də alman komandanlığının təmsilçisi Qafqazda müstəqil dövlət yaradılması zamanı bölgədə müsəlman-türk təsirinin güclənməsindən ehtiyatlanaraq, buna razılıq vermədilər.
Trabzonda uğur qazana bilməyən dağlı nümayəndələri İstanbula gedərək, Osmanlı hökuməti ilə birbaşa təmasa girdilər. Batum sülh konfransı ərəfəsində hərbi nazir Ənvər paşa ilə görüşüb, ondan yardım istədilər. 1918-ci il mayın 11-də isə dağlı nümayəndə heyəti Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının (Dağlı Respublikası) yaradılması haqqında İstiqlal bəyannaməsi qəbul etdi. Osmanlı dövlətinə və onun müttəfiqlərinə bu haqda rəsmi nota verildi. Tapa Çermoyevin və Heydər Bammatın imzaladığı bu sənədlər Osmanlı dövlətinin rəhbərliyi tərəfındən məmnunluqla qarşılandı. Alman nümayəndə heyəti isə bu qurumun bütün Şimali Qafqazı əhatə etməsinə qarşı çıxaraq, Kuban vilayətindəki kazaklarla münasibətləri daha önəmli saydığım nümayiş etdirdi. Mayın 24-də Ə.Çermoyevin başçılıq etdiyi Dağlı Respublikası hökuməti Gəncəyə köçdü. Dağlı Respublikası nümayəndə heyəti 1918-ci il iyunun 8-də Batumda Osmanlı dövləti ilə dostluq və əməkdaşlıq müqaviləsi imzaladı. Bu müqaviləyə əsasən, Osmanlı dövləti Dağlı Respublikasına hərbi yardım etməyi və onu xarici təhlükələrdən müdafiə etməyi öhdəsinə götürdü.
Daha sonra Dağlı hökumətinin üzvləri P.Koçev və V.G.Cabagiyev Osmanlı dövlətinin hərbi yardımı məsələsinin detallarının aydmlaşdırmaq üçün Tiflisdə Yusif İzzət paşa ilə danışıqlar apardılar. Dağlı hökumətinin ilk xarici işlər naziri Heydər Bammat isə diplomatik missiya ilə Avropaya yola düşdü. 1918-ci ilin iyununda Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Dağlı hökumətinin başçısı Ə.Çermoyevin xahişilə İsmayıl Haqqı bəyin baçşılığı ilə Dağıstana hərbi dəstə göndərdi. 74 zabit və 577 əsgərdən ibarət olan bu hərbi qüvvə Dağıstanın dağlıq bölgəsində bolşeviklərə qarşı mübarizə aparan Nuh bəy Tarkovskinin və polkovnik Cəfərovun başçılıq etdikləri könüllü dəstələrə yardım göstərdi. İyunun 21-də Qunib aulunda qərargah yaratmış əslən çərkəz olan İsmayıl Haqqı bəy bütün Şimali Qafqaz müsəlmanlarına müraciət edərək, onları birləşməyə və bolşeviklərə qarşı qəti mübarizəyə çağırdı. 1918-ci ilin yayında Bakı yaxınlığında Osmanlı-Azərbaycan hərbi qüvvələrinin zərbələrindən şimala qaçan L.Biçeraxovun rus kazak dəstəsi Dərbəndi və Petrovsk-Portu ələ keçirərək, Rusiya hakimiyyətini bərpa etdi. Belə vəziyyətdə N.Tarkovski dağlı könüllü alayları ilə Xunzaxa, oradan da Temirxan-şuraya yürüş edərək, bütün bölgənin kazaklar tərəfındən işğalmın qarşısını aldı. Sentyabrın sonunda Osmanlı və Azərbaycan hərbi qüvvələri Dağlı Respublikasına yardıma gəldilər. Yusif İzzət paşanın komandanlıq etdiyi ordu hissələri oktyabrın 6-da Dərbəndi, noyabrın 7-də Petrovsk-Portu Biçeraxovun rus-kazak-erməni qüvvələrindən azad etdi.
Oktyabrın 13-də Dağlı Respublikası hökuməti Ə.Çermoyevin başçılığı ilə Dərbəndə, oktyabrın 24-də isə Temirxan-Şuraya köçdü. Azərbaycan Hökuməti onun normal fəaliyyətə başlaması üçün oktyabrın 8-də 1 milyon rubl faizsiz kredit ayırdı. Daha sonra əlavə maliyyə yardımı, yanacaq və silah-sursat yardımları göstərildi. Noyabrın ortalarmda Dağlı Respublikası hökuməti Antanta nümayəndələrinin tələbi ilə Biçeraxovla barışıq imzaladı. Osmanlı hərbi qüvvələri bölgədən çıxarıldı.
1918-ci il noyabrın 12-də Temirxan-Şurada Dağıstan, Çeçen və İnquş nümayəndələrinin böyük toplantısı çağırıldı. Toplantı iştirakçıları Dağlı Respublikası hökumətinə tam etimad nümayiş etdirdilər. Noyabrın 24-də Dağlı Respublikası hökumətinin rəsmi orqanı olan "Şimali Qafqaz" qəzetinin ilk nömrəsində hökumətin "Dağlılara, kəndlilərə, kazaklara, fəhlələrə, ziyahlara!" müraciəti dərc edildi. Burada hökumətin Dağıstan və Çeçenistanda vəziyyətə nəzarət etdiyi, bolşevik qüvvələrinə qarşı qəti mübarizə aparıldığı bildirilir, Şimali Qafqazın bütün xalqlarının, həmçinin rusların hüquqlarının qorunmasma təminat verilirdi. 1918-ci il noyabrın 28-də Bakıda Azərbaycan Xalq Cümhuriyyəti ilə Dağlı Respublikası arasında müqavilə bağlanması, Azərbaycan tərəfinin Dağlı hökumətinə 10 milyon rubl həcmində maliyyə yardımı göstərməsi Dağlı Respublikasının öz mövqeyini möhkəmləndirməsi üçün böyük əhəmiyyətə malik idi.
Dağlı Respublikası hökuməti Qafqazdakı ingilis qüvvələrinin komandam U.Tomsonun təklifı ilə dağlı-kazak münasibətlərini normallaşdırmaq üçün əməli addımlar atdı. Dekabrın 10-da Bakıda Dağlı hökumətinin nümayəndəsi Şimali Qafqazın rus, kazak əhalisinin təmsilçiləri ilə müqavilə imzaladı. Bu sənədlə rus əhalisinə ali dövlət idarəçili-yində iştirak hüququ verildi, kazak hərbi dəstələrinin 40 minlik dağlı ordusunun tərkibinə daxil edilməsi qərara alındı. Bu razılaşmaya əsasən, dekabrın 15-də Ə.Çermoyevin başçılıq etdiyi hökumət istefa verdi. Dekabrın 19-da P.Koçevin başçılığı ilə yeni koalision hökumət təşkil edildi. İki nazir postu kazaklara ayrıldı. Lakin ingilislərin himayəsində olan L.Biçeraxovun pozuculuq fəaliyyəti üzündən kazaklar Dağlı hökuməti ilə əməkdaşlıqdan imtina etdilər. Dekabrın 31 -də isə Tomson bildirdi ki, Dağlı Respublikasının səlahiyyəti Rostov-Petrovsk dəmir yolu xəttinə kimidir, ondan cənubdakı Dağıstan ərazisi L.Biçeraxovun fəaliyyət dairəsi olacaq, Petrovsk-Bakı dəmir yolu, Petrovsk və Derbənd limanları müttəfiqlərin nəzarəti altın qalacaqdır. İngilis komandanlığı bu addımı ilə Şimali Qafqaz xalqlarının birliyinə və bolşevik təcavüzünə qarşı mübarizəsi işinə ciddi zərbə vurdu. Şimali Qafqazda "vahid və bölünməz Rusiya" uğrunda çıxıĢ edən general Denikinin Dağlı Respublikasına qarşı təcavüzünə şərait yarandı.
Şimali Qafqaz dağlı xalqları nümayəndələrinin 1919-cu il yanvarın 15-də Temirxan-Şurada keçirilən yığıncağında parlament yaradılması qərara alındı. Yanvarın 20-də Dağlı məclisi adlı nümayəndəli orqan yaradıldı. Dağlı xalqlarının milli azadlıq mübarizəsinin fəal iştirakçısı, qumuq ictimai xadimi Zübeyir Temirxanov Dağlı məclisinin — parlamentin sədri seçildi.
1919-cu ilin əvvəlində Denikin ordusu Terek vilayətinə soxuldu, inquşların müqavimətini çətinliklə də olsa qırıb, Vladiqafqazı ələ keçirdi. Dağlı hökumətinin ingilis komandanlığı və Denikinlə danışıqlan nəticəsiz qaldı. Denikin Dağlı Respublikasını tanımaqdan boyun qaçırdı və Könüllü ordunun generalı Lyaxovu Terek-Dağıstan diyarının hakimi təyin etdi. Martın 5-də Denikin ordusu Çeçenistana soxuldu. Azərbaycan Hökuməti Dağlı Respublikasına qarşı hərbi təcavüzün dayandırılması üçün bütün imkanlara əl atdı. Dağlı hökumətinə yeni maliyyə yardımı göstərdi, könüllü hərbi dəstələr və sanitar briqadaları təşkil edilməyə başladı, Bakıdakı ingilis missiyasından təsirli tədbirlər görməsi istənildi və Azərbaycan Hökumətinin diplomatik fəaliyyəti nəticəsində Gürcüstan hökuməti də martın 7-də Denikinin Dağlı Respublikası ərazisinə hücumuna etirazını bildirdi və Dağlı hökumətinə yardım göstərəcəyini elan etdi. Dağlı Respublikası üçün çox ağır bir vaxtda — martın 28-də Azərbaycanın diplomatik nümayəndəliyi Temirxan Şurada fəaliyyətə başladı.
Aprelin əvvəlində Denikin ordusunun Çeçenistanın çox hissəsini işğal etməsi Dağlı Respublikasında hökumət böhran yaratdı. P.Koçevin və hərbi nazir N.Tarkovskinin passivliyini tənqid edən hökumət üzvləri R.Qaplanov, V.G.Cabagiyev və N.Şahsuvarov istefa verərək, yeni hökumət qurulmasını istədilər. Aprelin 11-də parlamentin iclasında P.Koçev istefa verdiyini elan etdi. Parlament hökumətin təşkilini yenidən P.Koçevə tapşırdı. Dağlı hökumətinin əhali arasında böyük nüfuza malik din xadimləri Şeyx Uzun Hacı və Şeyx Əli Hacıya müraciətlə bütün dağlı qüvvələrini səfərbər etmək cəhdi gözlənilən səmərəni vermədi. Dağıstanda isə Dağlı Respublikasından çıxıb Azərbaycanla birləşmək uğrunda hərəkat geniş vüsət aldı.
Mayın 12-də P.Koçevin başçılıq etdiyi Dağlı hökuməti istefa verdi. Dağlı parlamenti yeni hökumətin təşkilini general M.Xəliləva tapşırdı. Lakin Denikin nümayəndəsi ilə danışığa girən general Xəliləv Dağlı Respublikası hökumətinin buraxıldığını bildirdi və ayrıca Dağıstan hökuməti yaradılması haqqında qərar verdi. Mayın sonunda Dağıstan hökuməti Denikin ordusunu müqavimət göstərmədən ölkəyə buraxdı. Beləliklə, bütün Şimali Qafqaz Denikin ordusunun nəzarətinə keçdi. Şimali Qafqaz xalqlarının istiqlal mübarizəsi növbəti dəfə məğlubiyyətə uğradı. Şimaldan gələn təhlükə Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərinə yaxınlaşdı.[3]