Dağlıq Ermənistan Respublikası (erm. Լեռնահայաստանի Հանրապետութիւն, translit. Leřnahayastani Hanrapetutyun) — indi ki Ermənistanın Vayots dzor və Sünik mərzlərini, eləcə də Azərbaycan Respublikasına daxil olan Naxçıvan Muxtar Respublikası və Qarabağın qərbini əhatə edən, tanınmamış antibolşevik dövlət. Bu dövlət 1921-ci ilin aprel ayında baş tutan Fevral üsyanının yatırılmasından sonra hərbi komandir və siyasətçi Qaregin Njde ilə onun müttəfiqləri tərəfindən yerli partizan qüvvələrinin dəstəyi ilə qurulmuşdur. Dövlət həmin ilin iyul ayının ortalarında süquta uğramışdır.
tanınmamış dövlət | |||||
Dağlıq Ermənistan Respublikası | |||||
---|---|---|---|---|---|
erm. Լեռնահայաստանի Հանրապետութիւն | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Gorus (de-fakto)[1] | ||||
Dilləri | erməni dili | ||||
Dövlət dini | xristianlıq | ||||
İdarəetmə forması | Respublika | ||||
Baş nazir | |||||
• 1921 | Qaregin Njde | ||||
• 1921 | Simon Vratsiyan |
Ermənistan Demokratik Respublikasının Qızıl Ordu tərəfindən işğal edilməsindən sonra daşnaklar 18 fevral 1921-ci il tarixində İrəvan şəhərində antisovet qiyamına rəhbərlik edilər və hakimiyyəti ələ keçirirlər. Daşnaklar İrəvan və ətraf bölgələri təxminən 42 gün nəzarətdə saxlaya bilir, 1921-ci ilin aprel ayınca sayca üstün olan Qızıl Ordu qoşunları tərəfindən məğlub edilirlər. Üsyan liderləri daha sonra Zəngəzur bölgəsinə çəkilirlər.
26 aprel 1921-ci il tarixində, Tatev monastırında keçirilmiş II Ümumzəngəzur qurultayında Dərələyəz, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin Dağlıq Ermənistan Respublikası adı altında müstəqilliyi elan edilir. Bu dövlətin adı 1 iyun 1921-ci il tarixində Ermənistan Respublikası olaraq dəyişdirilir.[2]
Gorus şəhəri tanınmamış dövlətin paytaxtı seçilir. Qaregin Njde ölkənin baş nazir və müdafiə naziri təyin edilir. 1921-ci ilin iyul ayında Simon Vratsiyan baş nazir seçilir, Njde isə qubernator və ali baş komandan təyin olunur. Qaregin Njde Zəngəzurun azərbaycanlı əhalisini 3/5-ni bölgədən qovmaq ilə fəal şəkildə məşğul olurdu.[3]
1921-ci ilin aprel–iyul ayları arasında Qızıl Ordu şimaldan və şərqdən Zəngəzura hücum edərək bölgədə kütləvi hərbi əməliyyatlar keçirmişdir. Qızıl Ordu ilə bir neçə ay davam edən şiddətli döyüşlərdən sonra Dağlıq Ermənistan Respublikası 1921-ci ilin iyulunda təslim olur. Nəticədə Sovet Rusiyası dağlıq bölgəni Sovet Ermənistanının tərkibində saxlamağa söz verir. Münaqişədən sonra Qaregin Njde, onun əsgərləri və bir çox tanınmış erməni, o cümlədən Birinci Ermənistan Respublikasının liderləri sərhədi keçərək İranın Təbriz şəhərinə qaçır.