Dağlıq Livan əmirliyi və ya Cəbəl-Lübnan əmirliyi (ərəb. إِمَارَة جَبَل لُبْنَان) — 1516-cı ildən 1840-cı ilə qədər indiki Livanın cənubundakı dağlıq vilayətlərdə mövcud olmuş əmirlik.
Tarixi dövlət | |||
Dağlıq Livan əmirliyi | |||
---|---|---|---|
|
|||
|
Osmanlı sultanı I Səlim Mərcidabık döyüşündə döyüşündə məmlükləri məğlub etdikdən sonra Məən sülaləsindən I Fəxrəddinə Livanın cənubunda torpaqlar vermişdir.[1] Bu torpaqlarda əmirlik yaradılmışdır. I Fəxrəddin Bab-ı Ali vassalı idi və sultan üçün vergi toplamaq üçün onun ərazisində vəzifələr yerinə yetirirdi. I Fəxrəddin və II Fəxrəddin ilkin əmirliyin ərazisini xeyli genişləndirdilər. Məənilər 1516-cı ildən 1697-ci ilə qədər Cəbəl-Lübnanda hökmranlıq etmişdilər. Həmin il bu sülalənin sonuncusu Əmir Əhməd kişi övladı olmadan vəfat etmişdir. Bundan sonra əmirliyin vassalları Heydər Şihabı yeni əmir seçmişdilər. Şihab sülaləsi 1697-ci ildən 1840-cı ilə qədər əmirliyi idarə etdi. 1840-cı ildə əmirliyin ərazisi ingilis-türk qoşunları tərəfindən tutulmuş və sonuncu əmir II Bəşir sürgün edilmişdir.[2]