Dactylopterus volitans

Aralıq dənizi uzunüzgəci (lat. Dactylopterus volitans) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇ynəbalığıkimilər dəstəsinin uzunüzgəclər fəsiləsinin uzunüzgəc cinsinə aid heyvan növü.

Aralıq dənizi uzunüzgəci
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
Fəsiləüstü:
Növ:
Aralıq dənizi uzunüzgəci
Beynəlxalq elmi adı
  • Callionymus pelagicus Rafinesque, 1818
  • Cephalacanthus spinarella (Linnaeus, 1758)
  • Cephalacanthus volitans (Linnaeus, 1758)
  • Dactilopterus volitans (Linnaeus, 1758)
  • Dactylopterus blochii Swainson, 1839
  • Dactylopterus communis Owen, 1853
  • Dactylopterus fasciatus Swainson, 1839
  • Dactylopterus occidentalis Swainson, 1839
  • Dactylopterus spinarella (Linnaeus, 1758)
  • Dactylopterus tentaculatus Swainson, 1839
  • Dactylopterus vulgaris Steindachner, 1867
  • Gasterosteus spinarella Linnaeus, 1758
  • Gonocephalus macrocephalus Gronow, 1854
  • Polynemus sexradiatus Mitchill, 1818
  • Trigla fasciata Bloch & Schneider, 1801
  • Trigla volitans Linnaeus, 1758

Bədəninin uzunluğu adətən 38 sm (bəzən 50 sm-ə qədər), kütləsi 1 kq 810 q-a qədər olur. Yuxarı hissələri açıq qəhvəyi, aşağı hissələri gümüşü, bütün bədəni və üzgəclərində kiçik ağ xallar olur. İri döş üzgəcləri yelpikşəkillidir və ilk 6 şüası qısadır və ayrıca qanad əmələ gətirir. Kürək üzgəcində 7 iti uclu və 8 yumşaq, anal üzgəcində 6 yumşaq şüa var. Zəhərli deyil.

La Manş boğazından Anqolaya kimi Aralıq dənizi, Madeyra sahilləri və Azor adaları da daxil olmaqla Atlantik okeanının şərqində, Meksika körfəzidə daxil olmaqla Kanadadan Argentinaya kimi Atlantik okeanının qərbində tropiksubtropik zonalarında yayılıb.

Dənizin dibində qumsal və lilli sahələrdə, bəzən isə 1 m-dən 100 m-ə qədər dərinlikdə sualtı qayalıqlarda yaşayır. Riflərdə rast gəlinir.

  • Жизнь животных: в 6-ти томах. Том 4. Рыбы / Под ред. проф. Т. С. Расса. — М.: Просвещение, 1983.  (rus.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]