Daha adil bir dünya mümkündür (türkcə:Daha Adil Bir Dünya Mümkün) — Türkiyə Cümhuriyyətinin XII prezidenti Rəcəb Tayyib Ərdoğanın müəllifi olduğu kitab. Kitab 7 dildə 2021-ci ildə nəşr edilmişdir.[1][2]
Daha adil bir dünya mümkündür | |
---|---|
türkcə:Daha Adil Bir Dünya Mümkün | |
Müəllif | Rəcəb Tayyib Ərdoğan |
Orijinalın dili | türk dili, ingilis dili, ərəb dili, alman dili, fransız dili, rus dili, ispan dili |
Orijinalın nəşr ili | 6 sentyabr 2021 |
Səhifə | 216 |
"Dünya beşdən böyükdür" fəlsəfəsi əsasında yazılmış kitab dünyanın gələcəyinə təsir edəcək sahələrin yalnız beş ölkənin insafına buraxılmasının doğru olmadığını bildirir. Kitab davam etdirilməsi mümkün və daha adil bir dünya üçün BMT-in öhdəsinə düşən vəzifələrdən bəhs edir.[3]
Kitabda ədalətsizlik, korrupsiya, qaçqın böhranı, dünyanın Orta Şərqdə yaşananlara tamaşaçı qalması, beynəlxalq terrorun və islamofobiya başda olmaqla, qlobal problemlərə də toxunulur.[4][5][6]
İngilis, ərəb, alman, fransız, rus və ispan dillərinə tərcümə edilən kitabdan əldə edilən bütün gəlir AFAD-a (Fövqəladə Halların İdarə Olunması Agentliyi) verilmişdir.[7]