Dahi (ing. Genius) — National Geographic telekanalında yayımlanan ABŞ istehsalı antologiya və tarixi dram teleserialı. Serialın hər mövsümündə müxtəlif məşhur dahilərin həyatları mövzunu təşkil edir.[1][2][3]
Dahi | |
---|---|
ing. Genius | |
Janr | dram, antologiya, sənədli |
Prodüser |
Uilyam Konnor |
Montajçı |
Ketlin Gibson |
İstehsalçı ölkə | |
Studiya | Imagine Television Studios |
Dil | ingilis dili |
İlk çıxış tarixi | 25 aprel 2017 |
Mövsüm sayı | 3 |
Seriya sayı | 28 |
Davametmə müddəti | 43-62 dəqiqə |
Format | 1080i (HDTV) |
IMDb | ID5673782 |
channel.nationalgeographic.com/… |
Serialın 4-cü mövsümü Disney+ platformasında yayımlanmışdır.
İlk mövsüm Eynşteynin həyatının ilk dövrü haqdadır. Mövsüm Eynşteynin ilk təhsili, doktrantura təhsili və nisbilik nəzəriyyəsi dövrüdür.
İkinci mövsümdə Pablo Pikassonun həyatındakı iki dövr yer alır: birincisi gənclik illərində bacarığını kəşf edilməsi, ikincisi faşizmin yüksəlişi və Pikassonun məşhur sənətçi olduğu dövr.
Üçüncü mövsümdə Areta Franklinin həyatındakı iki dövr yer alır: on iki yaşında həmilə qalan gənc müğənni və "Ruhun kraliçası" ləqəbini qazanan ulduz olduğu dövr.
Mövsüm | Başlıq | Epizod sayı | Yayım tarixi | ||||
---|---|---|---|---|---|---|---|
İlk | Son | Şəbəkə | |||||
1 | Eynşteyn | 10 | 25 aprel 2017 | 20 iyun 2017 | National Geographic | ||
2 | Pikasso | 10 | 24 aprel 2018 | 19 iyun 2018 | |||
3 | Areta | 8 | 21 mart 2021 | 24 mart 2021 |