Saar

Saarland (alm. Saarland‎) — Almaniyanın bir əyalətidir. Paytaxtı Saarbrükken şəhəridir. Əyalət Almaniyanın cənub-qərbində yerləşir. Qərbdə və cənubda Fransa ilə, qərbdə Luksemburq ilə, şimalda və şərqdə isə Reynland-Pfalts əyaləti ilə həmsərhəddir. Əyalət öz adını Reyn çayının bir qolu olan Saar çayından götürmüşdür. Ərazisi 2,568.65 km², əhalisi isə təxminən 1 milyon nəfərdir. Saar Almaniyada ən kiçik əyalətlərdən biridir, ərazisinə görə 4-cü, əhalisinə görə isə 2-ci ən kiçik əyalətdir. 20-ci əsrdə müxtəlif illərdə Fransanın tərkibində olsa da, yenidən Almaniyaya birləşdirilmişdir.

Saarland
Saarland
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

49°23′ şm. e. 6°53′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Saarbrükken
Tarixi və coğrafiyası
Yaradılıb 17 dekabr 1947
Sahəsi
  • 2.570 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 986.887 nəf. (31 dekabr 2019)[2]
Rəqəmsal identifikatorlar
ISO kodu DE-SL
Rəsmi sayt
Saarland xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. Das Saarland in Kürze. 2020.