Dairə (fars. دایره) — rejissor Cəfər Pənahinin 2000-ci ildə çəkdiyi film. Film müasir İranda (XX əsrin sonları) qadınların asan olmayan talelərindən bəhs edir. Film Venesiya kinofestivalının ən yüksək mükafatı olan "Qızıl şir"-i qazansa belə İranda qadağan olunub[3].
Dairə | |
---|---|
fars. دایره | |
Janr | dram |
Rejissor | Cəfər Pənahi |
Prodüser | Cəfər Pənahi |
Ssenari müəllifləri | |
Montajçı | Cəfər Pənahi |
İstehsalçılar | Jafar Panahi Film Productions, Lumière & Company, Mikado Film |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2000, 13 sentyabr 2001[2] |
Müddət | 90 dəqiqə |
Büdcə | 10.000$ |
Gəlir | 578.687 $ [1] |
Ölkə | İran |
Dil | fars |
İl | 2000 |
Rəng | rəngli |
Çəkiliş yeri | Tehran |
IMDb | ID0255094 |
Mükafatları |
"Dairə" — bir neçə iranlı qadının öz həyatlarında hiss etdikləri cinsi diskriminasiyanı göstərən filmdir. Onlardan biri öyrənir ki qızının qız övladı dünyaya gəlib. Halbuki onlar uşağın oğlan olacağını gözləyirdilər. Ana burada qızının gələcəyi üçün narahat olur. Digər yanda isə yenicə həbsxanadan çıxmış bir neçə qadın göstərilir. Onlar pul tapıb öz doğma kəndlərinə qayıtmaq istəyirlər. Bir yanda isə qadının biri abort etdirmək istəyir. Pənahi bu qadınların keçmişi haqda heç nə demir, ancaq ölkəsindəki qadınların sıxışıb qaldığı tabuları, qadağaları bütün çılpaqlığı ilə göstərir.
Filmdə baş rol yoxdur bütün film qadınların İran cəmiyyətində qarşılaşdıqları gündəlik problemləri özündə göstərən kiçik hekayələrdən ibarətdir[4]. Bu hekayələr bəzən bir birləri ilə qovuşurlar bu isə özlüyündə bir çevrə dairə yaradır. Film adı da məhz buna görə "Dairə"-dir.