Dalğaları yararkən (film, 1996)

Dalğaları yararkən (ing. Breaking the Waves) — rejissor Lars fon Trierin 1996-cı ildə Emili Uatsonun iştirakı ilə ekranlaşdrıdığı filmdir. Film Şimali Şotland Dağlarında yaşayan qeyri adı xarakterə malik gənc qız Bess MakNeyl və onun həyat yoldanı Yana qarşı hiss etdiyi məhəbbətdən bəhs edir. Filmin beynəlxalq istehsalı ilə Trierin rəhbərlik etdiyi "Zentropa" adlı Danimarka film şirkəti məşğul olmuşdur. "Dalğaları yararkən" filmi trierin "İdiotlar" (1998) və "Qaranlıqda rəqs edən" (2000) filmlərinin də daxil olduğu "Qızıl ürək trilogiyası"nın birinci filmidir.

Dalğaları yararkən
Breaking the Waves
Filmin posteri
Filmin posteri
Janr dram filmi[4][5][…], romantik film[4][6][…], Art haus
Əsas mövzu sevgi[7], Özünüfəda[7], Günahsızlıq[d][7], Sosial təcrid[7], Borc[8]
Rejissor Lars fon Trier
Prodüserlər Piter Aalbek Jensen
Vibeke Vindlou
Əsərin müəllifləri Lars von Trier
Peter Asmussen
Ssenari müəllifləri
Baş rollarda Emili Uatson
Stellan Skarsqard
Katrin Kartlidc
Jan-Mark Barr
Udo Kier
Operator Robbi Müller
İlk baxış tarixi 18 may 1996
(Kann kinofestivalı)
5 iyul 1996 (Danimarka)
Müddət 158 dəq.[1]
Büdcə $7.5 milyon[2]
Gəlir $3,803,298 (ABŞ)[3]
Ölkə Danimarka
Dil ingilis dili
Rəng rəngli
IMDb ID0115751

Dalğaları yararkən filmində psixoloji problemləri olmuş gənc şotland xanım Bess MakNeylin həyat hekayəsi danışılır. Yaşadığı toplumun və kalvinist kilsəsinin qarşı olmasına baxmayaraq, o, norveçli neftçi Yanla evlənir. Bess bir qədər kəm düşünəli və körpə uşaq kimi sadəlövhdür. Tez-tez kilsəni ziyarət edəən Bess Tanrıya inanır və çoxlu dua edir, Tanrının onun öz səsi ilə ona cavab verdiyini düşünür.

Yan neft platformasında olduğu müddətdə Bess onsuz çətin yaşayır. Yan platformadan Bessə zəng edir və onlar bir-birlərini sevdiklərini bildirirlər. Bess ayrılığa dözə bilmir və Tanrıya yalvarır ki, Yanı onun yanına geri qaytarsın. Növbəti gün platformada baş verən qəzada Yan ciddi zədə alır və onu ölümcül vəziyyətdə geri qaytarırlar. Bess inanır ki, Yanın bu şəkildə vaxtından əvvəl geri qayıtmasına səbəb onun Tanrıya yalvarışıdır. Artıq heç vaxt hərəkət edə və Bessin seksual tələblərini ödəyə bilməyəcəyini öyrənən Yan ondan xahiş edir ki, özünə sevgili tapsın. Bess buna etiraz edir və qarşı çıxır. Bundan sonra Yan dərman içərək özünü öldürməyə cəhd etsə də, müvəffəq ola bilmir. Yanın vəziyyəti daha da pisləşir və hospitala aparılır.

Yanın düşdüyü vəziyyət Bessdə ciddi psixi sasıntıya səbəb olur və o, Yanı həyata bağlı saxlamaq üçün, onun xahişi ilə müxtəlif kişilərlə cinsi əlaqədə olub, daha sonra bunu detallı şəkildə Yana danışmağa başlayır və beləcə onlar bütün bunları birlikdə yaşadıqlarını hiss edirlər. Bess inanır ki, onun bu hərəkətlərini Tanrı da dəstəkləyir və hər dəfə özünü qurban verərək başqa kişi ilə birlikdə olduqdan sonra Yanın vəziyyəti bir qədər də yaxşılaşır. Başqa kişilərin ona vurduqları zədələr sonda Bessin ölümünə səbəb olur və Bess ölərkən bu ölümün Yanı həyatda saxlayacağına inanır.

Emili Uatson
Stellan Skarsqard

Film, əsasını qoyan şəxslərdən biri də Trier olan realist Dogme 95 hərəkatı stilində çəkilmişdir və filmin boz görüntüləri, əllə çəkilmiş fotolar film Dogme stilinə uyğun ötəri görünüş verir. Hər nə qədər, Dogme stili çəkilişlərin real təbiətdə aparılmasını tələb etsə də, "Dalğaları yararkən" filminin çəkilişlərinin böyük bir hissəsi studiyalarda aparılmışdır. Bundan başqa, film sonradan əlavə olunmuş musiqilərə malikdir, həmçinin qısa ara səhnələrində CGI mövcuddur ki, Dogme stili buna da icazə vermir.

İlkin olaraq Trier Bess roluna Helena Bonem Karteri çəkməyi planlaşdırsa da, hələ çəkilişlər başlamamışdan əvvəl, aktrisa roldan imtina etmişdir və səbəb kimi də həddən artıq çılpaq və seksual məzmunlu səhnələrin olmasını göstərmişdi.[9] Melani Qriffit həmçinin Bess rolundan imtina etmişdir.

Açıq havada çəkilən səhnələr üçün Şotlandiya məkan olaraq seçilmişdir: qəbiristanlıq sırf bu film üçün Skay adasında inşa olunmuşdur, kilsə Lokaylort (ing. Lochailort) kəndində yerləşir, liman Loxaberdəki Mallaiq limanı, çimərlik isə Morar kəndindəki çimərlikdi.[10] Qapalı məkan səhnələri isə Danimarkanın Kongens Linqbi şəhərində yerləşən "Det Danske Filmstudie" studiyasında çəkilmişdir.

Filmdə istifadə olunmuş Sikorsky S-61 vertolyotu, sonradan qəza enişi edərək yansa da, onun içində olan dörd nəfər heyətdən heç kim zədələnməmişdir. Bu hadisə 15 iyul 2002-ci ildə Puul şəhərində baş vermişdir.[11]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

Baxış zamanı tənqidçi Rocer Ebert və rejissor Martin Skorseze "Dalğaları yararkən" filminin onilliyin ən yaxşı on filmindən biri olduğunu bildirmişlər.[12]

13 noyabr 1996-cı ildə təqdim edilən film ABŞ-da cəmi 4 milyon dollar gəlir gətirmişdir.[13]

Film, 1996-cı il Kann kinofestivalının Qran Pri mükafatını qazanmış[14], Avropa Film Mükafatlarında isə üçn nominasiyada qalib olmuşdur: İlin filmi, Beynəlxalq Film Jurnalistləri Mükafatı, İlin aktrisası (Uatson). Emili Uatson Bess roluna görə 1996-cı ildə Ən yaxşı qadın roluna görə "Oskar" mükafatına, 1997-ci ildə Britaniya Akademiya Film mükafatına, Milli Film Tənqidçiləri Birliyinin mükafatına, Avropa Film Mükafatına nominant göstərilmişdir.

Opera adaptasiyası

[redaktə | mənbəni redaktə et]

Bəstəkar Missi Mazzoli və librettoçu Roys Vavrek Opera Filadelfiya tərəfindən filmin opera adaptasiyasını hazırlamaq üçün vəzifələndirilmişdi.[15] Operanın ilk ariyası olan "Onun adı Yandır" 2013-cü il Yeni Dalğa Festivalı çərçivəsində Bruklin Musiqi Akademiyasında təqdim edilmişdi.[16]

  1. Lasagna, Roberto; Lena, Sandra. Lars von Trier. Gremese Editore. 32 May 2003. səh. 124. ISBN 978-88-7301-543-7. 2014-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-22.
  2. Goss, Brian Michael. Global auteurs: politics in the films of Almodóvar, von Trier, and Winterbottom. Peter Lang. January 2009. səh. 27. ISBN 978-1-4331-0134-2. 2022-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-22.
  3. "Breaking the Waves (1996)". Box Office Mojo. 1996-11-13. 2019-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-22.
  4. 1 2 http://www.metacritic.com/movie/breaking-the-waves.
  5. http://www.filmaffinity.com/en/film618791.html.
  6. http://www.allocine.fr/film/fichefilm_gen_cfilm=15408.html.
  7. 1 2 3 4 5 https://web.archive.org/web/20200301173533/https://www.europeanfilmawards.eu/en_EN/film/breaking-the-waves.5409.
  8. Cakarel E. MUBI (ing.). 2007.
  9. Bright Lights Film Journal | Lars Von Trier – Pornographer?
  10. Breaking the Waves Arxivləşdirilib 2010-03-11 at the Wayback Machine at Scotland: The Movie Guide.
  11. "/www.skybrary.aero" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-04-22.
  12. "Ebert & Scorsese: Best Films of the 1990s". Chicago Sun-Times. 2012-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-22.
  13. "Breaking the Waves — Box Office Data, DVD Sales, Movie News, Cast Information". The Numbers. 2014-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-22.
  14. "Festival de Cannes: Breaking the Waves". festival-cannes.com. 2014-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-22.
  15. "Arxivlənmiş surət". 2015-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-22.
  16. http://www.bam.org/media/2861691/21c_liederabend_final.pdf Arxivləşdirilib 2021-07-24 at the Wayback Machine.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]