Daməd Nəbiyev

Daməd Nəbiyev(Daməd Məcid oğlu Nəbiyev;d.1925, Yevlax rayonu, Varvara kəndi ö.24 noyabr 2021) - Böyük Vətən müharibəsi veteranı, mayor.

Daməd Nəbiyev
Daməd Məcid oğlu Nəbiyev
Doğum tarixi
Doğum yeri Yevlax rayonu, Varvara kəndi
Vəfat tarixi (96 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Səlimə Nəbiyeva
Uşaqları Dilarə, Elmira Nəbiyeva, Mehman, Rəhman Nəbiyev
Atası Məcid Nəbiyev
Anası Əfruz Nəbiyeva
Milliyyəti azərbaycanlı
Mükafatları "Döyüşdə fərqlənməyə görə", "Varşavanın azad olunması""Berlinin alınması"

Daməd Nəbiyev 1925-ci ildə oktyabr ayının 15-də Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur.

1943-cü ildə Gürcustanın Qambori rayonunda yerləşən hərbi məktəbə yollanmışdır. İkinci dünya müharibəsində D.Nəbiyev Birinci Belarusiya cəbhəsinin 221-ci aviabombardmançı diviziyasının 8-ci qvardiya bombardmançı polkunda hava atıcı radisti kimi iştirak etmişdir.

Müharibə bitdikdən sonra 1946-cı ilin payızında D. Nəbiyevin polku Ukraynanın Zaporoje şəhərinə gəlir və 5 ay qaldıqdan sonra hərbi hissəsi dağılır və D. Nəbiyev Leninqrada göndərilir. 1949-cu ilə kimi Leninqradda təlim uçuşları həyata keçirmişdir.

1950-ci ildə hərbi nazir marşal Jukovun əmri ilə D. Nəbiyev səhəti ilə əlaqədar aviasiyanın tərkibindən çıxarılmış və Bakı hərbi dairəsinə göndərilmişdir. Bir neçə il Bakıda, daha sonra Ağdamda qulluq etmişdir.

1960-cı ilin əvvəllərində D. Nəbiyevin hərbi hissəni ləğv etdilər və onu Gəncə şəhərinə göndərirlər.

1963-cü ildə qiyabi olaraq Gəncə Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinə daxil olmuşdur.

1973-cü ilə qədər Gəncədəki radiotexniki hərbi hissədə xidmət edir.31 il hərbi xidmət keçdikdən sonra təqaüdə çıxmaq qərarımı almışdır.

1973-cü ildən Gəncə Kənd Təsərrüfatı Texnikumunda, 1979-dan da 2002-ci ilə qədər Gəncə Musiqi Texnikumunda hərbi hazırlıq dərslərini tədris etmişdir.

Sonra isə Bakıya köçmüşdür.

1951-ci ildə D. Nəbiyev Yevlaxda Səlimə xanımla ailə qurmuşdur. Dörd övladı, səkkiz nəvəsi və səkkiz nəticəsi var.

24 noyabr 2021-ci ildə 96 yaşında vəfat edib.

  • 1943-cü ildə 5 gənclə birlikdə kursant olaraq GürcüstanınQambori rayonunda yerləşən hərbi məktəbə yollanmışdır.
  • 1944-cü ildə məktəbi bitirdikdən sonra onları Kirovabada (indiki Gəncə şəhəri) təlim kurslarına aparıblar. Təlim kursları bitdikdən sonra Birinci Belarusiya cəbhəsinin 221-ci aviabombardmançı diviziyasının 8-ci qvardiya bombardmançı polku ilə Polşa ərazisinə gəlmişdir. D.Nəbiyevin hava atıcı radisti kimi ilk döyüş uçuşu Varşava üzərində olmuşdur.Varşava uğrunda döyüşlər 20 gün davam edib. Daha sonra D. Nəbiyevin döyüşçüsü olduğu aviasiya polku Polşanın Krakov, Radom, Poznan şəhərlərini azad edilməsində iştirak etmişdir.
  • 1945-ci il mayın 2-də Berlinə daxil olan sovet döyüşçüləri şəhər uğrunda ölüm-dirim döyüşünə atılıblar və Daməd Nəbiyevin də son uçuşu məhz Berlim üzərində olmuşdur.
  • 1945-ci il mayın 8-də hərbi komandanlıq almanların təslim olduğunu elan etdi və d. Nəbiyevin polku Falkenberq şəhərində yerləşən aerodromda qələbəni bayram etmişlər.

[1]

  • "Döyüşdə fərqlənməyə görə"
  • "Varşavanın azad olunması"
  • "Berlinin alınması"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Sonuncu uçuşu Berlin üzərində olan təyyarəçi". 2017-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-14.