Damir Vəliyev (başq. Дамир Жәүәт улы Вәлиев, 2 yanvar 1940, İtbayevo k., Arqayaş rayonu, Çelyabinsk vilayəti — 28 may 2002, Ufa) — sovet və rus filoloqu, filosof və kulturoloq, etika sahəsində mütəxəsis. Fəlsəfə doktoru, professor.
Damir Vəliyev | |
---|---|
Damir Jəyət oğlu Vəliyev | |
Doğum tarixi | |
Doğum yeri | RSFSR, SSRİ |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Başqırdıstan, Rusiya |
Vətəndaşlığı | Rusiya |
Milliyyəti | Başqırd |
Elm sahəsi | Sosial fəlsəfə |
Elmi dərəcəsi | |
İş yeri |
1955-1959-cu illərdə Çelyabinsk Enerji-Mexanika teknikomunda təhsil almışdır. 1959-1960-cı illərdə Sovet ordusunda xidmət etmişdir.
Ordudan tərxis olunduqdan sonra 1960-1963-cü illərdə S. Ordzhonikidze adına Araqayaskaya İES və Ümumittifaq İstilik Mühəndisliyi İnstitutu Çelyabinsk filialında işləmişdir. 1961-ci ildə Ümumittifaq Müəllif Hüquqları İnstitutunun Ufa şöbəsinə daxil olmuşdur. Sonra təhsilini (1963-1965) Ural Dövlət Hüquq Akademiyasında davam etdirmişdir. Məzun olduqdan sonra 1966-1967-ci illərdə konstruktr vəzifəsində çalışmışdır. 1967-1970 illərində Ural Dövlət Universitetinin aspiranturasında təhsil almış və 1970-ci ildə dissertasiya müdafiə etmişdir. 1970-1972-ci illərdə doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Sverdlovsk Hüquq İnstitutunun Ufa filialında müəllim vəzifəsində çalışmışdır. 1972-ci ildən Başqırdıstan Dövlət Universitetində işləmişdir: 1985-1986-cı illərdə Nəzəriyyə, Hüquq və Dövlət tarixi kafedrasının müdiri, 1986-cı ildən etikA, estetika və kulturologiya kafedrasının müdiri və eyni zamanda (1986-1987) Tarix fakültəsinin dekanı olmuşdur.
1984-cü ildə "Əxlaqın mənşəyi sosial fenomen kimi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1987-ci ildən professordur.
1989-cu ildə Ural başqırd milli mərkəzinin idarə heyətinin üzvü olmuşdur.
1993-cü ildə Rusiya Federasiyasını Konstitusiyası mətninın inkişafı üzrə işçi qrupunun üzvü.
1994-1995-ci illərdə Başqırdıstan Respublikası Prezidenti Şurasının üzvü.
1995-ci ildən Başqırdların Ümumdünya Qurultayının İcra Komitəsi Bürosunun üzvü olmuşdur.
1997-ci ildən REA Ufa Elmi Mərkəzinin Sosial və İqtisadi Tədqiqatlar İnstitutunun Fəlsəfə bölüməsinin rəhbəri olmuşdur.