Daniel Lipşis

Daniel Lipşis (slovak. Daniel Lipšic) — Slovak hüquqşünası, siyasətçisi və parlament üzvü, Xristian Demokratik Hərəkatının sədr müavini, baş nazirin müavini və ədliyyə naziri (2002-2006), 2010-2012-ci illərdə İveta Radiçova hökumətində daxili işlər naziri.

Daniel Lipşis
slovak. Daniel Lipšic
Doğum tarixi 8 iyul 1973(1973-07-08) (50 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, hüquqşünas
lipsic.sk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

1991-1996-cı illərdə Bratislavada Komenski Universitetində hüquq təhsili alıb. Universiteti bitirdikdən sonra Presovda Regional Hərbi Prokurorluqda və Valko & Partners hüquq firmasında çalışıb. 1997-ci ildə Bratislavada Böyük Britaniya Hüquq Fakültəsində aspirantura təhsilini başa vurmuş, daha sonra ABŞ-nin Kembric şəhərində Harvard Hüquq Məktəbində təhsil almışdır (1998-2000).

O, 18 yaşında "Občiansko-demokratická mládež" gənclər təşkilatına qoşularaq siyasi fəaliyyətlə məşğul olmağa başlayıb. 1991-1995-ci illərdə təşkilatın rəhbəri olub. 1998-ci ildə demokratik müxalifətin seçkilərdə qələbəsindən sonra Ədliyyə Nazirliyində şöbə müdiri (1998-2002) vəzifəsində çalışıb. 2000-ci ildə Xristian Demokratik Hərəkatının (XDM) daxili siyasət üzrə vitse-prezidenti seçilib (2006-cı ilə qədər). 2009-cu ildə Xristian Demokratik Hərəkatınin Daxili İşlər və Ədliyyə üzrə vitse-prezidenti olur.

2002-ci ildə Xristian Demokratik Hərəkatı siyahısından Slovakiya Milli Şurasının üzvü seçilmiş, daha sonra Mikulas Curindanın ikinci hökumətində baş nazirin müavini və ədliyyə naziri təyin edilmişdir[1]. 2006-cı ildə yenidən parlamentə seçilib. O, hüquq sahəsində müxalifətin aparıcı ekspertlərindən birinə çevrilir və Xristian Demokratik Hərəkatı adından 2007-ci ilin dekabrında qəbul edilmiş müsadirə aktına etiraz edir[2]. Aborta qarşı çıxır və ailə ilə bağlı dövlət siyasətini müdafiə edir[3].

2010 və 2012-ci illərdə üçüncü və dördüncü dəfə milli parlamentə seçilib[4]. 9 iyul 2010-cu ildə İveta Radiçova hökumətində daxili işlər naziri olur. 2012-ci il aprelin 4-də istefa verib. Elə həmin il o, NOVA adlı öz partiyasını quraraq Xristian Demokratik Hərəkatından ayrılır. 2016-cı ildə yenidən Milli Şuraya seçilib[5].

2016-cı ilin sentyabrında avtomobil idarə edərkən yaşlı kişini vurur və kişi dünyasını dəyişir. Həmin ay siyasətçi istefa verib[6]. Daha sonra o, NOVA partiyasının liderliyindən də istefa verib.

Şəxsi həyat[redaktə | mənbəni redaktə et]

Beta Oravtsova ilə evlidir və Bratislavada yaşayır[7]. Onların birlikdə İskəndər və Pyotr adlı oğulları var[8]. Onun Erik adlı əkiz qardaşı var. O, daxili xəstəliklər üzrə mütəxəssisdir və hazırda Hollandiyanın Qroningen şəhərində kardioloq kimi işləyir[9].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Government disintegrating". spectator.sme.sk (ingilis). Petit Press. 2006-02-07. 20 апреля 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-20.
  2. "Jest ustawa o wywłaszczeniach". biznes.interia.pl (polyak). 20 апреля 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-20.
  3. "Lipšic: Nestavajme životný štýl nad život + VIDEO". Pravda.sk (slovak). 2007-12-07. 20 апреля 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-20.
  4. "Prezident SR - Správy tlačového oddelenia". web.archive.org. 2014-07-14. 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-20.
  5. "Voľby 2016: Pozrite si zoznam zvolených poslancov". domov.sme.sk (slovak). Petit Press. 20 апреля 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-20.
  6. "Lipšic gives up his mandate". spectator.sme.sk (ingilis). Petit Press. 2016-09-22. 20 квітня 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-20.
  7. Sefcikova, Veronika. "Lipšic bol pri pôrode syna: Je to tá najsilnejšia emócia!". Cas.sk. 2013-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2014. (#redundant_parameters)
  8. "Daniel Lipšic ukázal malého synčeka: Toto je môj Peťko!". Cas.sk. 2013-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2014. (#redundant_parameters)
  9. "Žijú v tieni súrodencov: Čím sa živia bratia našich politikov?". 2013-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2014. (#redundant_parameters)

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Lipšic, Daniel. Bicameral parliamentary system (slovak. Dvojkomorový parlamentný systém). Bratislava : Inštitút pre verejné otázky, 2000. 43 s. ISBN 80-8893-516-4.
  • Lipšic, Daniel. Slovakia needs a decent leadership (slovak. Slušné Slovensko potrebuje lídra). Bratislava : NOVA, 2013. 174 s. ISBN 978-80-89402-62-5.