Daniele Massaro (it. Daniele Massaro; 23 may 1961[1][2], Monsa, Lombardiya) — İtalyalı keçmiş peşəkar futbolçu, mövqeyi hücumçu olub. İtaliya millisiylə Dünya çempionu olub. Daha çox "Milan" klubunda oynaması ilə tanınır. İndi "Milan"ın ictimaiyyətlə əlaqələr üzrə meneceridir.
Daniele Massaro | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 23 may 1961[1][2] (63 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 177 sm |
Çəkisi | 74 kq |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Karyerasına B seriyasında yarışan "Monza" klubunda oynamaqla başlayır. Burada komanda yoldaşı Paolo Monelli ilə birlikdə əla oyun göstərərək daha böyuk klubların diqqətini çəkir.
1981-ci ildə Monelli ilə birlikdə "Fiorentina" klubuna keçir. Yeni klub ilə 13 sentyabrda A Seriyasında debüt edir və 10 gün sonra İtaliyanın gənclər komandasının heyətində ilk oyununu keçirir.
1986-cı ildə "Milan"a gedir və burada 1995-ci ilə qədər 300-dən çox oyun keçirdir (1988/89 mövsümünü icarə əsasında "Roma" klubunda keçirdir) və Arriqo Sakki və Fabio Kapellonun rəhbərliyi altında 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində əfsanəvi "Milan"ın bir hissəsi olur.
1995-ci ildə o, "Milan"ı tərk edir və karyerasının sonuna kimi Yaponiyanın "Shimizu S-Pulse" komandasında oynayır.