Qitələrarası Kubok — Avropa və Cənubi Amerikanın ən güclü klublarının iştirak etdiyi yarış.
1960-cı ildə – Avropa Çempionları Kuboku turniri artıq ən populyar turnir olanda UEFA-nın baş katibi Avropanın və Cənubi Amerika (futbolda ən böyük inkişafı olan qitələr) nın ən güclü klubları arasında matç keçirmək ideyasını təklif edir.
Məhz onun KONMEBOL-a (Cənubi Amerika Futbol Federasiyasına) məktubundan sonra Libertadores Kubokunun birinci turnirini də təşkil edirlər. Birinci turnirdə Montevideonun məşhur "Penyarol" klubu qalib gəlir. Həmin 1960-cı ildə daha iki matç keçirilir: Madridin məşhur "Real" klubu ilə "Penyarol" klubu arasında. İki görüşün nəticəsinə görə uruqvaylılara üstün gələn "Real" (5:1 öz meydanında və 0:0 rəqib meydanında) klublar arasında dünyanın birinci qeyri-rəsmi çempionu olur. Maraqlıdır ki, turnirin birinci qolunu elə birinci dəqiqədə Ferents Puşkaş (Macarıstan) vurmuşdur.
Avropalıların birinci qələbəsində sonra amerikalılar cəsarətlə işə girişdilər və artıq bir neçə qələbədən sonra xeyli irəli çıxdılar. Ola bilsin ki, məhz buna görə 70-ci illərin sonuna yaxın Avropa klubları bu turnirə marağı itirdilər. Onda yaponlar, daha doğrusu, məşhur "Toyota" avtomobil konserninin nümayəndələri işə qarışdılar. Onların köməyi ilə 1980-ci ildən etibarən Qitələrarası Kubokun finalı Tokioda keçirilməyə başlandı. Qalibə bu kubokdan başqa, "Toyota" Kuboku da verilir, ən yaxşı futbolçuya isə həmin konsernin təzə avtomobili bəxş edilir. 2017-ci ildə FIFA bütün qalibləri klub dünyası çempionu olaraq rəsmən tanıyıb.[1][2]