Dannottar qalası

Dannottar qalası (ing. Dunnottar Castle) — Şotlandiyanın şərqində, Şimal dənizi sahillərində, Aberdin şəhərindən 24 km cənubda yerləşən tarixi memarlıq abidəsi.

Dannottar qalası
ing. Dunnottar Castle
Xəritə
56°56′44″ şm. e. 2°11′48″ q. u.HGYO
Ölkə  Şotlandiya
Şəhər Stonxeyven
Yerləşir Aberdinşir[d][1]
Aidiyyatı Keyt klanı
Örl Marişal
Əsas tarixlər 1718 - son istifadə dövrü
Tikilmə tarixi təxm. 1400–1600
Vəziyyəti xarabalıqları qalıb
Rəsmi sayt dunnottarcastle.co.uk
dunnottarcastle.co.uk
Şotlandiyanın Tarixi Abidələri
İstinad nöm.LB2919
Dannottar qalası (Aberdin)
Dannottar qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]
Qalanın planı

Qala hərbi-strateji baxımdan çox əlverişli bir yerdə yerləşir. Şimal dənizi sahilində, hündürlüyü 50 metrə yaxın olan dənizterrası ilə yanaşı, ərazidə mövcud olan Mount tirəsinin qayalıq hissəsi dəniz daxilinə doğru uzanaraq burun əmələ gətirir. Məhz bu qayalıq üzərində Dannottar qalası yerləşir. Qalaya yol ancaq cənub-qərb istiqamətdən mümükündür. Dənizə tərəfə uzanan bu qayalıq çıxıntının ümumi uzunluğu 3,5 km-dir. Bu məsafə demək olar ki, dəniz suları ilə əhatələnmiş, ancaq 800 metrlik dar çığır (pilləkən yol) vasitəsi ilə qalaya gəlmək mümükündür. Bu quru yol özüdə qalaya yaxınlaşanda çökəyə düşür və qaladan daha yaxşı müşahidə edilə bilinir. Yerləşdiyi ərazinin ümumi sahəsi 1,4 hektardır.[2] Bu yoldan başqa gizlin ikinci bir yolda mövcuddur ki, bu yolda mağaradan keçir.

Qala haqqında ilk məlumatlar V əsrə təsadüf edir. Ehtimal olunur ki, Müqəddəs Ninian xristianlığı yaymaq məqsədilə buraya gəlmiş və ilk gözətçi qalası, kilsə bu ərazidə inşa edilmişdir.[3] 681-ci ildə artıq burda mökəmləndirilmiş istehkam qalası var idi. 1276-cı ildə Müqəddəs Ninianın tikdirdiyi gözətçı qalasının yerində kilsə tikildi. 1297-ci ilsə buranı Vilyam Volos ələ keçirmiş və kilsə ilə birgə burda gizlənmiş ingilis qarnizonunu yandırmişdır. 1336-cı ildə Dannottar yenidən ingilislərin əlinə keçmiş. Bu illərdə qalanı hətta kral III Eduard ziyarət etmişdir.

1651-ci ildə Dannottar Şotlandiyada olan yeganə qala idi ki, kral II Karla sədaqətini saxlayırdı. Qalanı Oliver Kromvel ələ keçirmək istəyirdi. Kromvel qalanın ələ keçirməkdə həm də ona görə maraqlı idi ki, Dannottarda kral sarayının sənədləri və xəzinəsi saxlanılırdı. Ancaq qala səkkiz aylıq müdafiyyədən sonra ələ keçirilsədə, deyilən bu xəzinə tapılmadı.[4]

1925-ci ildə qalanı vikont Kodre aldı. Bu xanım qalada xeyli rekonstruksiya işləri apardı. Hal-hazırda qala bu xanımın varislərinin mülkü hesab olunur və ziyarət üçün açıqdır.[5]

Qalada «Hamlet» (1990) filminin çəkilişləri aparılmış. Baş rolda isə məşhur Mel Gibson çəkilmişdir.

  1. https://hillforts.arch.ox.ac.uk/?query=Atlas_of_Hillforts_4166_0%2CMain_Atlas_Number%2C3112.
  2. "Dunnottar Castle". 2013-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-16.
  3. "Ирландия, Шотландия". 2015-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-16.
  4. "Данноттар (Dunnottar castle)". 2015-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-16.
  5. "Крепость Данноттар". 2014-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]