III Eduard

III EduardVindzorlu Eduard (ing. Edward III of England; ing. Edward of Windsor) (13 noyabr 1312, Vindzor sarayı, Berkşir[d], İngiltərə krallığı21 iyun 1377, Riçmond sarayı[d], Riçmond[d], İngiltərə krallığı) — İngiltərə kralı. Hərbi uğurları və atasının zəif iqtidarının ardından monarxiyanın nüfuzunu gücləndirdi. 50 illik səltənəti İngiltərə tarixinin ən uzun ikinci hakimiyyəti hesab edilir.

III Eduard
ing. Edward III
ing. Edward III of England
Şəxsi məlumatlar
Doğum tarixi 13 noyabr 1312
Doğum yeri
Vəfat tarixi 21 iyun 1377 (64 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult
Dəfn yeri
Atası II Eduard[1]
Anası Fransalı İzabella (İngiltərə kraliçası)[1]
Uşaqları

Təltifləri Knight of the Garter
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anası Fransalı İzabella və sevgilisi Rocer Mortimer tərəfindən tərtib olunan saray çevrilişi ilə atası II Eduard taxtdan endirildi və o, hələ 14 yaşında ikən İngiltərə kralı elan edildi. 3 il sonra isə ölkənin de-fakto hakimi olan Rocer Mortimeri hakimiyyətdən uzaqlaşdırdı və anasını ömürlük ev həbsinə məhkum etdi. Şotlandiya üzərinə tərtiblədiyi uğurlu hərbi əməliyyatın ardından 1337-ci ildə Fransa taxtına haqq iddia etməyə başladı. Bu isə tarixə Yüzillik müharibə olaraq düşən uzunmüddətli münaqişəyə səbəb oldu. Müharibənin ilk mərhələsi İngiltərə üçün olduqca yaxşı keçdi. Yetərli torpaq və əmlak əldə etdikdən sonra III Eduard Fransa taxtına olan iddiasından imtina etdi. Onun son illəri isə xəstəliklər və daxili çəkişmələrlə keçdi.

Eduard Vindzor qəsrində doğulduğundan Eduard Vindzor adını almışdır. Atası Plantegenet sülaləsindən olan İngiltərə kralı II Eduard, anası isə Kapetinq sülaləsindən olan Fransa kralı IV Filippin qızı İzabella idi.

1327-ci ildə II Eduard ona qarşı üsyan edən baronların təzyiqilə taxt-tacdan əl çəkməyə məcbur olduğundan, III Eduard formal olaraq, İngiltərə kralı elan edilir, lakin real hakimiyyət regent statusuna malik anası İzabella ilə onun məşuqu Riçard Mortimerin əlində cəmləşmişdi.

1330-cu ildə dövlət çevrilişi edən Eduard Riçard Mortimeri edam etdirir, anası İzabellanı isə ömürlük ev həbsinə məruz qoyur. Bu hadisədən sonra təkbaşına hökmranlıq etməyə başlamışdır.

Yüzillik müharibə

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Yüzillik müharibə

1328-ci ildə III Eduardın dayısı IV Karl vəfat etdikdən sonra, Kapetinq sülaləsinin kişi nəsli kəsilmişdi. Bu səbəbə görə, sülalənin yan xətti olan Valua sülaləsi hakimiyyətə gəlmişdi, lakin III Eduard Kapetinqlərin varisi olduğunu elaln edərək (o, IV Filippin sağ olan yeganə kişi nəvəsi idi), bu nəticəylə barışmadığını alan etmişdi.

Nəticədə 1337-ci ildə Fransa taxt-tacı uğrunda Fransa ilə İngiltərə arasında başlamış müharibə 116 il (1337–1453) davam etmiş, tarixə Yüzillik müharibə adıyla düşmüşdür.

1377-ci ildə Şin sarayında vəfat etmiş, Vestminster abbatlığında dəfn olunmuşdur. Ondan sonra hakimiyyətə nəvəsi II Riçard (Qara Şahzadənin) oğlu gəlmişdir.

III Eduardın obrazı ədəbiyyatda

[redaktə | mənbəni redaktə et]

III Eduard məşhur Fransa yazıçısı Moris Drüonun "Lənətlənmiş krallar" (fr. Les Rois Maudits) tarixi silsiləsinin altıncı romanı olan Zanbaq və Şirin qəhrəmanlarından biridir.