Daqun Omayev adına Mədəniyyət Sarayı — Çeçenistanın paytaxtı Qroznı şəhərində mədəni-kütləvi tədbirlər keçirmək üçün tikilmiş bina. 25 mart 2020-ci ildə Mədəniyyət İşçisi Günündə Qroznı şəhərinin mərkəzində, Sunja çayının sahilində açılmışdır. Sahəsinə görə Şimali Qafqazın ən böyük mədəniyyət sarayıdır.[1]
Mədəniyyət Sarayı | |
Daqun Omayev adına Mədəniyyət Sarayı | |
---|---|
| |
43°19′08″ şm. e. 45°41′54″ ş. u.HGYO | |
Ölkələr | |
Şəhər | Qroznı |
Yerləşir | Rusiya, Çeçenistan Qroznı |
Tikilmə tarixi | 2020 |
Mərtəbə sayı | 12 |
Mərtəbə sahəsi |
|
Vəziyyəti | əla |
Vikianbarda əlaqəli mediafayllar |
Mədəniyyət sarayının binası 12 mərtəbəlidir. Binanın ümumi sahəsi 39 min kvadratmetr təşkil edir. Binada müxtəlif təyinatlı otaqlar yerləşir. Burada tamaşalar üçün kiçik və böyük zallar, məşq otaqları, konfrans zalı, soyunub-geyinmə otaqları, səsyazma studiyası, teatr salonu var.
Bina kompleksinə 700 avtomobil üçün qapalı dayanacaq da daxildir. Mədəniyyət sarayının binasında fəaliyyəti mədəniyyətlə bağlı müxtəlif təşkilatlar yerləşdirilmişdir. Binada ilk dövrlər Çeçenistan Respublikasının Dövlət Filarmoniyası da fəaliyyət göstərmişdir. Lakin qısa müddət sonra Filarmoniya əvvəlki ünvanına Respublika konsert zalına qayıtdı. Binada yerləşən əsas inzibati dövlət təşkilatı Çeçenistan Mədəniyyət Nazirliyidir. Belə ki, nazirlik binanın yuxarı 5 mərtəbəsinin tutur.
Mədəniyyət sarayı üçün nəzərdə tutulan binanın tikintisi büdcədənkənar investisiyalar hesabına baş gəlmişdir.[2] Onun inşasında əsasən yerli və Rusiya daxilində istehsal olunan tikinti materiallarından istifadə edilmişdir. Binanını özü yüksək təpəlik üzərində tikilmişdir. Binanın inşası iki il ərzində tamamlanmışdır. Onun üzlənməsi ağ daşla olmuşdur. Bina monolit tipli tikili sayılır. Sarayın ətrafında geniş park salınmışdır. Binanın və sarayın işıqlandırılması üçün müxtəlif cür led lampalar quraşdırılmışdır. Tikili min nəfərdən çox adam tutumuna qadirdir.[3] Mədəniyyət sarayı öz həcminə görə Şimali Qafqaz bölgəsindəki ən böyük tikilidir.[4]
Mədəniyyət Sarayının adlandırılmasına gəlincə, isə bu zaman müxtəlif təkliflər səsləndirilib. Lakin sonda Sovet və Rusiya teatr və kino aktyoru, Sovet İttifaqı Qəhrəmanı Xanbaba Nurədilov adına Çeçenistan Dövlət Dram Teatrının aktyoru, Kabardin-Balkar Respublikasının xalq artisti, Şimali Osetiya, Abxaziya və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası, RSFSR-in əməkdar artisti Daqun Omayevin (1943-2019) şərəfinə adlandırılması qərara alınıb.[5]