Darıdağ mərgümüş yatağı

Darrıdağ mərgümüş yatağıNaxçıvan MR-də, Culfa şəhərindən şimal-şərqdə, Darrıdağın qərb yamacında, eyniadlı mərgümüş-karbonatlı bulaqdan təqribən şimal-qərbdə yerləşən, sahəsinə görə Azərbaycanın ən iri mərgümüş yatağı.

Darıdağ mərgümüş yatağı

Filiz cismi Darrıdağ antiklinal qırışığını əmələ gətirən qum­daşlı-gilli paleosen çöküntülərində inkişaf etmiş qırılma pozulmaları ilə əla­qədədir. Əsas filiz mineralı realqar, sonra auripiqment, eyni zamanda, mel­ni­kovit, daha seyrək pirit, arsenopirit, qeyri-filizlərdən — kalsit, kvars, araqonitgipsdir. Mərgümüşün miqdarı filizdə 1%-dən bir neçə 10% arasında dəyişir, lağım nümunələrində isə 50-60%-ə çatır.

  • Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.