Araqonit

Araqonit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Kalsitlə dimorfdur.

Araqonit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
CaCO₃
Strunz təsnifatı Vb/A.04[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d][2]
Zolaq rəngi
Sıxlıq 2,93 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Növ müxtəliflikləri

[redaktə | mənbəni redaktə et]

Bariumlu, qurğuşunlu, stronsiumlu ( ~6% SrO), sinkli (~10% ZnO) araqonitlər.

Rəng – rəngsiz, qar kimi ağ, nisbətən az – sarımtıl, çəhrayı, yaşılımtıl, göyümtül, açıq-boz, bənövşəyi, qırmızı, nadir hallarda – qara; Mineralın cizgisinin rəngi – ağ; sarımtıl; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, işıqkeçirən, bəzən tutqun; Sıxlıq – 2,95; Sərtlik – 3,5-4; Ayrılma – {010} üzrə orta, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – yarımqabıqvarı; Lüminessensiya – açıq-bənövşəyi rəngli zəif, katod şüalarında bəzən narıncı Lüminessensiya; Morfologiya – kristallar: qısaprizmatikdən uzunprizmatikədək, iynəvari-piramidal, baltayaoxşar, nizəşəkilli; İkiləşmə: tək kristallara nisbətən tez-tez rast gəlir, {110} üzrə; hərdənbir psevdoheksaqonal görünüşlü qarşılıqlı nüfuzetmə üçləşmələri, altılaşmalar; bəzən polisintetik İkiləşmə; Mineral aqreqatları: böyrək- və dərzşəkilli, radial-şüalı, çubuqvari, mərcanabənzər– «dəmir çiçəkləri», paralel-lifli kütlələr, kristallik qabıqlar, stalaktitlər, stalaqmitlər, oolitlər, «noxud (kürü) daşları», konkresiyalar; əksər mollüskaların qabıqlarının daxili səthində sədəfi təbəqəciklər; bir sıra mollüskaların qabıqlarının içərisində əmələ gələn mirvari dənələri.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]
Araqonit

Əsasən ekzogen şəraitdə biogen və xemogen-çökmə proseslər nəticəsində əmələ gəlir. Evaporitlərdə, gillərdə, çökmə dəmir filizlərində, kükürd yataqlarında, bəzən sulfid yataqlarının oksidləşmə zonalarında və hiperbazitlərin aşınma qabıqlarında rast gəlir. Hidrotermal proseslərdə də əmələ gəlir. Effuziv süxurların badamcıqlarında və çatlarında müşahidə olunur. Termal bulaqların çöküntülərində qeyd edilir. Çox vaxt metamorfik mənşəli karbonat süxurlarında (mərmər və b.) müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: dolomit, gips, selestin, stronsianit, siderit, kalsit, halit, anhidrit, sərbəst kükürd, gil mineralları, seolitlər və b. Mineralın tapıldığı yerlər: Molina (İspaniya); Karlovı-Varı (Çexiya); Bolqarıstan; Rumıniya; Nuqsuak (Qrenlandiya); Siciliya (İtaliya); Xaydarkan (Orta Asiya) və b. Azərbaycanda Naxçıvan MR ərazisində araqonit oniksinin Sirab yatağı və Badamlı təzahürü yerləşir. Adətən kalsit və araqonit oniksi ilə təmsil olunmuş bir sıra təzahürlər KəlbəcərLaçın rayonlarında cəmləşmişdir. Araqonit Lerik rayonunda da (Kəlvəz yatağı) qeyd olunur. Onun Daşkəsən dəmir, Göydərə xromit yataqlarındakı və başqa obyektlərdəki tapıntıları mineraloji cəhətdən maraq doğurur. Araqonitin bitki qalıqları üzrə psevdomorfozaları Darrıdağ (Culfa) mərgümüş və Ağqaya civə yataqlarında qeyd edilmişdir.

Araqonit oniksi yaxşı dekorativ daşdır.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]