Daraqlı timsah

Daraqlı timsah və ya Duzlu su timsahı (lat. Crocodylus porosus) — əsl timsahlar sinfinə daxil olan, çağdaş dövrdə yaşayan ən böyük sürünən.

Daraqlı timsah
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Daraqlı timsah
Beynəlxalq elmi adı

Öz dəstəsinin ən böyük nümayəndəsi, eləcə də ən böyük quru və ya sahil yırtıcısı. Bu növün erkəkləri təxminən iki ton kütləsi ilə yeddi metr uzunluğa çata bilir. 5.2 metr uzunluğa müntəzəm böyüyən yeganə müasir timsah növüdür. Digər tərəfdən, dişi daraqlı timsahlar erkəklərə nisbətən daha kiçikdir.

Daraqlı timsah duzlu suda yaşaya bilən, lakin ümumiyyətlə manqrov bataqlıqlarında, deltalarda, laqunlarda və çayların aşağı axarlarında yaşaması ilə seçilirlər. Digər çağdaş timsah növlərindən daha geniş ərazidə yayılmışdır. Arealı Hindistanın şərq sahillərindən başlayaraq, Cənub-Şərqi Asiyanın əksəriyyət ərazilərindən Cənubi Avstraliyaya qədər uzanır. Keçmişdə bu nöçün nümayəndələri Afrikanın şərq sahillərində və Yaponiyanın cənub sahillərində belə yayılmışdı.

Geniş yaşayış mühiti boyunca qida zəncirində ən yüksək yeri tutur. Timsahlarının digər yırtıcı heyvanlara — köpək balığı və böyük pişiklərə hücum hücumları məlumdur. Gənc fərdlər və dişilər əsasən kiçik heyvanlarla qidalanır. Yetkin erkəklər isə böyük heyvanları ovlamağa üstünlük verirlər. Daraqlı timsahların bəzən insanlara hücum etməsi belə məlumdur. Baxmayaraq ki bu hücumların, ölüm sayı çox şişirdilir.

Daraqlı timsahların həm erkəkləri, həm də dişiləri əraziyə bağlı olmaları ilə seçilirlər. Erkəklər çoxalma dövründə bir-birlərinə qarşı dözümsüzdürlər və aralarında tez-tez şiddətli (çox vaxt ölümcül) döyüşlər baş verir.

Latınca olan elmi adı lat. porosus (hərfi mənada "süngər") yaşlı timsahların sifətinin qabıqlarla örtülməsi səbəbindən verilmişdir[3].

Daraqlı timsah adı isə ona başının arxasından az qala ön üçdə bir hissəsinə qədər uzanan güclü silsilərə görə verilmişdir. Bəzən istifadə olunan digər adlar onun həyat tərzinin xüsusiyyətlərini əks etdirir: "duzlu su timsahı", "insanyeyən timsah", "sualtı timsah", "mənsəb timsahı" və ya "Hind-Sakit okean timsahı"[4].

Mümkün yarımnövlər və növ kompleksinin vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Hal hazırda əksər mənbələr daraqlı timsahların yarımnöv əmələ gətirmədiyini iddia edir[5]. Bununla belə əsasən morfoloji dəyişkənliyə güvənən bəzi elm adamları, C. porosusun təkcə yarımnövlərinin deyil, əslində daraqlı timsahın fərqli növlərin bir kompleksi olduğu qənaətinə gəlirlər. 1844-cü ildə S. Müller və Q. Şleqel YavaKalimantanda yaşayan timsahları Crocodylus raninus adlandıraraq yeni bir növ kimi təsvir etməyə çalışdılar. C. raninus daha sonra qeyri-rəsmi "İndoneziya timsahı" və ya "Borneo timsahı" adını aldı. Rossa (1992) görə Crocodylus raninus, Siam və Daraqlı timsahlardan ventral pulcuqların sayına və kəllə arxasında ümumiyyətlə daraqlı timsahlarda olmayan dörd qalxancığın olması ilə əhəmiyyətli dərəcədə fərqlənir[6][7][8]. Hal-hazırda bu növün vəziyyəti qaranlıq olaraq qalır[9]. Vells və Vellinqton (1985) böyük, kütləli və nisbətən böyük iri timsahların müşahidələrinə əsaslanaraq bu dəfə Avstraliyadan yeni bir növ aşkar etdiklərini bildirir. 1979-cu ildə tutulma zamanı artıq dozada yuxu dərmanı aldığına görə boğulan "Sweetheart" ləqəbli timsah, bu "növün" tipik bir nümunəsi idi[10]. Daha sonra Crocodylus pethericki adlanan bu "növ", ontogenetik dəyişikliklərə məruz qalan adi tam yetkin erkək, Daraqlı timsah olaraq qəbul edilməyə başlanılır. Bununla belə Vells və Vellinqton Avstraliya duzlu su timsahlarının yarımnöv statusunu təmin etmək üçün onalrın Asiya timsahlarından tamamilə fərqli ola biləcəyini iddia etməkdə doğru idilər[6][11][12][13].

Daraqlı timsahı çağdaş timsahlar arasında ən böyük areala sabibdirlər. Bu da çox vaxt dəniz yolu ilə xeyli məsafələr qət etmə qabiliyyəti ilə izah olunur[14]. Heyvanın arealı Şri-Lanka və şərqi Hindistan, o cümlədən Cənub-şərqi Asiyanın sahilləri, Vyetnamın mərkəzi bölgələrinə qədər uzanır (lakin indi nadirdir). Şimali Avstraliyadan Cənubi Avstraliyaya qədər yayıldığı bilinir, lakin Cənubi Avstraliyanın quru iqlimi və aşağı orta illik temperaturu olan ərazilərində timsahlara rast gəlinmir, baxmayaraq ki bəzən fərdi şəkildə olsa da, timsahları tapma halları mövcuddur[15].

Bu canlılara ən çox Avstraliyanın şimal sahillərində, Papua-Yeni Qvineyaİndoneziya adalarında rastlamaq mümkündür. Sabit olan pupulyasiya Filippin, Palau, VanuatuSolomon adalarında mövcuddur. Hind okeanının çoxsaylı adalarında timsahların kiçik populyasiyalarına rast gəlmək olar.

Əvvəllər Seyşel adalarında (indi məhv edildikləri) yabanı timsahlara rast gəlinirdi. Tarixi dövrlərdə hətta Qara Qitənin şərq sahillərində yaşayırdılar. Bəzi fərdlər adi yaşayış yerlərindən xeyli aralıda — məsələn: Yaponiyanın cənub sahillərində tapılmışdır.

Daraqlı timsah Hindistanda yayılan üç timsah növündən biridir. Digər ikisi qitədə daha çox yayılmışdır: Bataqlıq timsahıhind qavialı.

Əksər timsahlar kimi duzlu su timsahları da yemək seçimində fasfası deyil və yavaş gedən maddələr mübadiləsi səbəbindən uzun müddət qida olmadan yaşamağı bacarırlar. Böyük bir areal, ölçüyə görə güclü dəyişkənlik və ontogenetik dəyişikliklər sayəsində müxtəlif çeşidli heyvanlar timsahların rasionuna daxildir. Yetkinlər ekosistemlərində ən yüksəkdə duran yırtıcılardır və eyni anda bir neçə qida zəncirini tamamlayır.

Körpə və yeniyetmə timsahlarının pəhrizi, yetkinlərin pəhrizindən daha ətraflı tədqiq edilmişdir. Böyük timsahların aqressiv davranışı, yaşayış yerlərinin əlçatmazlığı və sürətli immobilizasiya üçün trankvilizatorlardan istifadənin təsirsizliyi, daraqlı timsahların insanlar tərəfindən öyrənilməsini çox çətinləşdirir[16]. Böyük fərdlərin pəhrizi əsasən etibarlı şahidlərin və təbiətdəki elmi müşahidəçilərin ifadələrinə əsaslanır, mədələrin tərkibinin ətraflı öyrənilməsinə əsaslanmır[17].

Duzlu su timsahı bir qayda olaraq, alaqaranlıqda ov edir[18]. İstifadə etdiyi ov üsulları dəyişkəndir və digər timsahlarınkından fərqlənə bilir[19]. Məsələn: bataqlıq və hətta Nil timsahlarından fərqli olaraq duzlu sy timsahları ümumiyyətlə quruda ov etmirlər[20]. Benqal meymunlarını ovlayarkən quyruqlarından istifadə edərək meymunları suya salmağa çalışdıqları görülmüşdür[19]. Timsahlar nisbətən kiçik yırtıcıları bütöv və ya bir neçə böyük parçada udurlar. Əksər timsahlar kimi daraqlı timsahlar klassik tərz olaraq böyük quru heyvanları suyun altından izləyir. Şikar yırtıcı heyvana yaxınlaşdıqda hücum edirlər. Onu tutub suyun dərinliklərinə sürüyürlər. Orada şikarın müqavimət göstərməsi daha çətindir. Ancaq böyük bir balığı suda tutur, əksinə olaraq mümkün qədər sahilə sürüyürlər. Timsah tutulan heyvanı çənələrin sıxılma qüvvəsi, başın güclü hərəkətləri ilə barçalayır. Bu hərəkətlər "ölüm fırlanması" deyilən, öz oxu ətrafında güclü bir fırlanmadır. Nəticədə timsahın gücü və bədən ağırlığının birləşməsi ilə şikarın bədəni parçalara ayrılaraq öldürülür. Daraqlı timsahın gücü elədir ki, camışın kəlləsini çənələri ilə sındıra və ya dəniz tısbağasının şanağını əzişdirə bilir. Qurban öldükdə timsah uyğun parçaları qoparıb udur[3][18][21][22]. Qida yeməkdən tam doymuş tiksah tərəfindən gizlədilə bilər. Baxmayaraq ki, qida qalıqları tez-tez şirin su tısbağaları və kərtənkələlər kimi kiçik yırtıcıları özünə cəlb edə bilər[23].

2018-ci ildə Kakadu Milli Parkından timsahların əzələ toxumalarında aparılan izotopik tədqiqatlar onların 0,85–4,2 metr uzunluğunda olduğu zaman (bunların 76% -i 2,5 metrdən çox, 44% -i isə 2,5 metrə yaxın idi). uzunluğu 3 metrdən çoxdur) əsasən quru heyvanlarla, əsasən qaban və camışlara qidalandığını göstərir. Xüsusən də bu canlılar müxtəlif populyasiyalarda pəhrizin 53%-dən 84%-ə qədərini təşkil edə bilir[24].

Gənc daraqlı timsahlar.

Dişilər 2,2–2,5 m uzunluğa çatdıqdan sonra 10–12 yaşında cinsi olaraq yetkinləşirlər; erkəklər 16 yaşdan tez olmayaraq 3.2 m uzunluğa çatdıqdan sonra yetkinləşir. Çütləşmə yağış mövsümdə, noyabr-mart aylarında, şirin su hövzələrində baş tutur. Dişi yuvada 25-dən 90-a qədər (əsasən 40–60) yumurta qoyur və sonra yumurtaları quçla örtür. Yumurta qoyuluşu yağış mövsümdə baş verdiyi üçün yuva su axınları ilə yuyulmayacaq yüksək bir yer olaraq seçilir. Yuva dibi 7 m diametrə qədər və hündürlüyü 1 m-ə qədər olan yarpaq və çırpıdan ibarət bir yerdir. Çürüyən yarpaqlar nəmi özünə çəkir və yuvada sabit bir temperaturu (təxminən 32 °C-də) saxlayır. Dişi yuva qurmaq üçün hər il eyni yeri seçir. Dişi nəm palçıqla örtülü halda yuvanı qoruyur. Bu tədbirlərə baxmayaraq, yumurtalar bir çox yırtıcıların — böyük kərtənkələlərin, Avstraliyalı qarğaların, yabanı donuzların (Avstraliyada), itlərin və insanların qurbanına çevrilir. İnkubasiya 90 gün davam edir. Yumurtadan çıxma müddəti yuvadakı temperaturdan asılıdır, eyni amil balaların cinsini təyin edir. Əgər temperatur 31,6 °C civarında olsa bu zaman yumurtadan dişidən daha çox erkək çıxacaqdır.

Bala timsahların səsini eşidən dişi, yığını dağıdır və onların çıxmalarına kömək edir. Üstəlik balalarını ağıza yığaraq qoruya biləcəyi su ərazisinə aparır və onları orada 5–7 ay qoruyur. Yumurtadan çıxan timsahların1 %-dən azı cinsi yetkinliyə çatır. Qalanları şirin su tısbağaları, Avstraliya qarğaları, yırtıcı quşlar, vəhşi köpəklər, pişikkimilər, balıqlar, monitor kərtənkələləri, vağlar və digər timsahlar da daxil olmaqla yırtıcılar tərəfindən yeyilir[25].

Yetinləşməyən fərdlər tez-tez yetkin timsahlarla qarşıdurmaların və ya birbaşa onların yırtıcılığın qurbanı olurlar[26]. Ayrıca bəzən sahil sularındakı köpək balığı və ya qitənin dərinliklərindəki böyük quru yırtıcıları tərəfindən yeyilə bilirlər[19][27].

Populyasiyanın statusu

[redaktə | mənbəni redaktə et]
Düyü ilə timsah əti.

Daraqlı timsah yüksək ticarət dəyərinə malik (dərisi qiymətlidir), timsah təsərrüfatlarında[28] yetişdirmə obyekti olan növ sayılır. Bu növ timsahlar insanlara hücum etmək istəklərinə görə də öldürülür. 1945-ci ildən 1970-ci ilədək daraqlı timsah nizamsız ovçuluğun ısas hədəflərindən birinə çevrilir, üstəlik yaşayış yerlərinin insan tərəfindən mənimsənilməsi növün sayını xeyli azaldır. Taylandda tamamilə məhv edildiyi; Cənubi Vyetnamda sayı 100 başa endiyi bilinir. Hindistan və Myanmada yumurtalarının toplanması və fermalarda gənc timsahların yetişdirilməsi də daxil olmaqla, növ üçün qoruma proqramları mövcuddur. Timsah ovlamaq qadağan edildikdən sonra balaların yetkinlik yaşına qədər yaşamaları faizinin aşağı olmasına baxmayaraq sayıə getdikcə artır. Avstraliya bu növün ən böyük populyasiyasının Qərbi Avstraliya, KvinslendŞimali ərazisi ərazilərində yaşadığı timsahların qorunmasında lider sayılır — təxminən 100.000–200.000 fərd[29].

Daraqlı timsah, azaldılmış risk kateqoriyası altında Qırmızı Kitaba daxil edilmişdir.

Daraqlı timsahlar çox vaxt zooparklarda və ya ixtisaslaşmış təsərrüfatlarda saxlanılır. Bununla birlikdə, son illərdə qapalı şəraitdə saxlanılan timsahlarda anormal davranışın və səbəbi açıqlanmayan böyümə geriliyi kimi müxtəlif fiziki pozğunluqların tez-tez olduğu təsdiqlənmişdir[30]. Qapalı vəziyyətdə timsahların ömrü 57 ildən çox deyil, bəzi məlumatlara görə vəhşi təbiətdə onların ömrü bundan iki dəfə uzun ola bilir[31].

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. The Reptile Database (ing.). / P. Uetz 2015.
  3. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; :7 adlı istinad üçün mətn göstərilməyib
  4. Sitat səhvi: Yanlış <ref> teqi; :11 adlı istinad üçün mətn göstərilməyib
  5. Brazaitis, P. (2001). A Guide to the Identification of the Living Species of Crocodilians. Wildlife Conservation Society.
  6. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; :14 adlı istinad üçün mətn göstərilməyib
  7. Ross, C. A. 1990. Crocodylus raninus S. Müller and Schlegel, a valid species of crocodile (Reptilia: Crocodylidae) from Borneo. Proceedings of the Biological Society of Washington.
  8. Ross, C. A. 1992. Designation of a lectotype for Crocodylus raninus S. Müller and Schlegel (Reptilia: Crocodylidae), the Borneo crocodile. Proceedings of the Biological Society of Washington.
  9. "Crocodylus raninus". The Reptile Database. 2016-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-26.
  10. Crocodile Attack in Australia: An Analysis of Its Incidence and Review of the Pathology and Management of Crocodilian Attacks in General. David G. E. Caldicott, David Croser, Charlie Manolis, Grahame Webb, Adam Britton. 2005-09-01. ISBN [[Special:BookSources/10.1580/1080-6032(2005)16[143:CAIAAA]2.0.CO;2|10.1580/1080-6032(2005)16[143:CAIAAA]2.0.CO;2]]. 2017-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-13.
  11. Wells, R. W. & Wellington, C. R. 1985. A classification of the Amphibia and Reptilia of Australia. Australian Journal of Herpetology
  12. Das, I., & Charles, J. K. (2000). A Record of Crocodylus raninus Müller & Schlegel, 1844 from Brunei, North-western Borneo. Sabah Parks Nature Journal.
  13. Brochu, C. A. (2009). Phylogenetic relationships and divergence timing of Crocodylus based on morphology and the fossil record.
  14. "Daraqlı timsah (lat. Crocodylus porosus) :: NoNaMe". 2014-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-20.
  15. "How far south did crocodiles once live?". ABC News (ingilis). 2018-05-03. 2018-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-09.
  16. Webb, G. J., & Messel, H. (1977). Crocodile capture techniques. The Journal of Wildlife Management.
  17. Webb, G. J., Hollis, G. J., & Manolis, S. C. (1991). Feeding, growth, and food conversion rates of wild juvenile saltwater crocodiles (Crocodylus porosus).
  18. 1 2 "Estuarine Crocodile, Crocodylus porosus - Australian Museum" (ingilis). australianmuseum.net.au. 2017-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-26.
  19. 1 2 3 Sitat səhvi: Yanlış <ref> teqi; :16 adlı istinad üçün mətn göstərilməyib
  20. "On terrestrial hunting by crocodilians (PDF Download Available)" (ingilis). ResearchGate. 2017-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-22.
  21. Sitat səhvi: Yanlış <ref> teqi; :15 adlı istinad üçün mətn göstərilməyib
  22. Saurabh Chattopadhyay, Biplab Shee, Biswajit Sukul. Fatal crocodile attack // Journal of Forensic and Legal Medicine . 20 (ingilis) (8). 2013-11. 1139—1141. doi:10.1016/j.jflm.2013.09.005. ISSN 1752-928X.
  23. Sitat səhvi: Yanlış <ref> teqi; :23 adlı istinad üçün mətn göstərilməyib
  24. Sitat səhvi: Yanlış <ref> teqi; :55 adlı istinad üçün mətn göstərilməyib
  25. "Saltwater Crocodile Reproduction". 2013-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-28.
  26. Pergamon Press // Population Dynamics of Crocodylus Porosus and Status, Management and Recovery: Update 1979-1983. Harry Messel. 1984-01-01. səh. 308. ISBN 9780080298580. 2017-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-11.
  27. Sitat səhvi: Yanlış <ref> teqi; :53 adlı istinad üçün mətn göstərilməyib
  28. "Saltwater Crocodile Products". 2014-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-28.
  29. Sitat səhvi: Yanlış <ref> teqi; autogenerated1 adlı istinad üçün mətn göstərilməyib
  30. Pathology of Runting in Farmed Saltwater Crocodiles (Crocodylus porosus) in Australia. C. Shilton, G. P. Brown, L. Chambers, S. Benedict, S. Davis. 2014-09-01. ISBN 10.1177/0300985813516642. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-11.
  31. "Saltwater crocodile (Crocodylus porosus) longevity, ageing, and life history" (ingilis). genomics.senescence.info. 2017-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]