MiQ-21 (rus.Микоян и Гуревич МиГ-21) (NATO kod adı: “Fishbed”) — SSRİ-də Mikoyan Guryeviç KB tərəfindən düzəldilən və istehsal olunan supersonik (səsdən sürətli) qırıcı təyyarədir.
Təyyarənin məşhur rus telli musiqi alətinə oxşadığına görə pilotlar ona “balalayka” ləqəbi vermişdilər. İlk versiyaları ikinci nəsil qırıcı təyyarə olaraq bilinsə də sonrakı versiyaları üçüncü nəsil qırıcı təyyarələr kimi qəbul edildi. MiG-21 dörd qitədə əllidən çox ölkənin üzərindən uçmuşdur və ilk uçuşundan 50 ildən çox keçməsinə baxmayaraq hələ də bəzi ölkələrdə istifadə olunur. Bu döyüş təyyarəsi modern aviasiya tarixində ən çox istehsal olunan supersonik təyyarə, Koreya müharibəsindən bəri ən çox istehsal olunan döyüş təyyarəsi və 1959-cu ildən 1985-ci ilə kimi bütün versiyalarında ən çox istehsal olunan döyüş təyyarəsi rekordunu hələ də özündə saxlayır. MiG-21-in bütün versiyalarından təqribən 11.000 ədəd istehsal olunmuşdur.
Bəzi təyyarələr hal-hazırda bəzi kolleksiyaçılar tərəfindən satın alınaraq döyüş quşu (warbird) olaraq uçurulurlar. Hətta ABŞ-də bəzi idxalatçılar r və digər ölkələrdən MiG-21, MiG-15 ve MiG-17 təyyarələrini satın alaraq bunları mülki insanlara təxminən 45,000 dollara satırlar.