Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Dəuren Əskerbek oğlu Abayev (qaz. Дәурен Әскербекұлы Абаев; d. 18 aprel 1979, Almatı, Qazaxıstan SSR, SSRİ) — Qazax diplomat, bürokrat və siyasətçi. Qazaxıstan Respublikasının informasiya və kommunikasiya naziri (2016–2019)[1], Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Naziri (2019–2022) və Mədəniyyət və İdman Naziri (2022–2023).
Dauren Əskerbek oğlu Abayev | |
---|---|
qaz. Дәурен Әскербекұлы Абаев | |
2022 – 2023 | |
2019 – 2022 | |
2016 – 2019 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Almatı, Qazaxıstan SSR, SSRİ |
Təhsili | |
Fəaliyyəti | dövlət qulluqçusu, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Dauren Abayev 18 aprel 1979-cu ildə Qazaxıstan SSR-in Almatı şəhərində dünyaya gəlmişdir[1].
Dauren Abayev Əl-Fərabi adına Qazax Dövlət Milli Universitetində baklavr, Niderland Krallığının Leyden Universitetində magistr təhsili almışdır[1].
2001-2003-cü illərdə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyət göstərmişdir[1].
2003-2007-ci illərdə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı və Hollandiya Krallığındakı Səfirliklərində diplomatik xidmətdə çalışmışdır[1].
Dauren Abayev 2013-cü ildə Qazaxıstan Respublikası Prezidentinin müşaviri və mətbuat katibi təyin edilmişdir[1].
O, 2016-cı ildə Qazaxıstan Respublikasının informasiya və kommunikasiya naziri vəzifəsinə təyin olunmuşdur[1].