David Şukri oğlu Bakradze (gürc. დავით შუქრის ძე ბაქრაძე; 1 iyul 1972, Tbilisi) — Gürcüstanın dövlət xadimi və siyasətçisi.
David Bakradze | |
---|---|
gürc. დავით ბაქრაძე | |
| |
Avropa Şurası Parlament Assambleyasının əvəzedici üzvü[d] | |
22 yanvar 2007 – 1 oktyabr 2007 | |
Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi[d] | |
Vəzifədədir | |
30 noyabr 2012-ci ildən | |
Gürcüstan Parlamentinin deputatı[d] | |
22 aprel 2004 – 7 sentyabr 2007 | |
Gürcüstan Parlamentinin deputatı[d] | |
7 iyun 2008 – 10 aprel 2021 | |
Gürcüstan Parlamentinin deputatı[d] | |
Vəzifədədir | |
10 aprel 2021-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum adı | დავით ბაქრაძე |
Doğum tarixi | |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | diplomat, siyasətçi |
Dini | Gürcü Ortodoks Kilsəsi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1 iyul 1972–ci ildə Gürcüstanın Tbilisi şəhərində anadan olmuşdur.[1]
1994–cü ildə Gürcüstan Texniki Universitetini fərqlənmə ilə bitirmişdir.[1] Həmin il Texniki Universitetin “Radiofizikanın nəzəri əsasları” ixitisası üzrə aspiranturasına daxil olmuşdur.[1]
1995–1996–cı illərdə Gürcüstan – ABŞ Dövlət idarəçiliyi İnstitunda təhsil almışdır.[1]
1997–2000–ci illərdə Gürcüstanın Xarici İşlər Nazirliyində tərk-silah etmə və silahlandırmaya nəzarət idarəsinin rəis müavini, rəisi olmuşdur.[1]
2000–2002–ci illərdə Gürcüstan Xarici İşlər Nazirliyinin hərbi-siyasi departamentinin rəisinin müavini oldu.[1]
2002–2003–cü illərdə Gürcüstanın Milli Təhlükəsizlik Şurasının apparatın rəhbərinin təhlükəsizlik məsələləri üzrə xidmətinin rəisi oldu.[1]
2003–2004–cü illərdə Gürcüstanın Milli Təhlükəsizlik Şurasının apparıtında xarici-siyasi təhlükəsizlik və konfliktlər departamentinin rəisi oldu.[1]
2004–cü ildə Milli Təhlükəsizlik Şurasının apparatının siyasi təhlükəsizlik departamentinin rəisi, iyun 2004–cü ildən Gürcüstan Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi və Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edildi.[1]
2004–2007–ci illərdə Gürcüstan Parlamentinin üzvü, Parlamentdə Avropaya inteqrasiya komitəsinin sədri, iyul 2007–ci ildən Gürcüstanın konfliktli məsələlərin həlli üzrə Dövlət Naziri vəzifəsinə təyin edilmişdi.[1]
24 yanvar 2008–ci ildən 5 may 2008–ci ilədək Gürcüstanın Xarici İşlər Naziri, 7 iyun 2008–ci ildən 21 oktyabr 2012–ci ilədək Gürcüstan Parlamentinin sədri olmuşdur.
Rus və ingilis dillərini bilir.[1] Evlidir, iki övladı var.[1]