David Kakabadze

David Nestoroviç Kakabadze (gürc. დავით ნესტორის ძე კაკაბაძე; 8 (20) avqust 1889[1], Didi-Kuxi[d], Kutaisi quberniyası10 may 1952[2][3][…], Tbilisi[2]) — gürcü rəssamı və teatr rəssamı.

David Kakabadze
gürc. დავით ნესტორის ძე კაკაბაძე
Avtoportret. 1913-cü il
Avtoportret. 1913-cü il
Doğum tarixi 8 (20) avqust 1889[1]
Doğum yeri
Vəfat tarixi 10 may 1952(1952-05-10)[2][3][…] (62 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti rəssam, fotoqraf, kinematoqraf[d], səhnə dizayneri, sənətşünas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

David Kakabadze 1889-cu il 8 (20) avqustda Kutaisi şəhəri yaxınlığındakı Kuxi kəndində anadan olmuşdur.[4]

1910–1915-ci illərdə Sankt-Peterburqda L.E.Dmitriev-Kavkazskidən rəssamlıq dərsləri almışdır.

1914-cü ildə David Kakabadze P.N.Filonov, D.Kakabadze, A.Kirillova, E.Lasson-Spirova və E.Pskovitinov ilə birlikdə "Rəsm və rəssamların intim emalatxanası" "Çəkilmiş rəsmlər" adlı analoji rəssamlığın ilk manifestini nəşr etdirdilər (mövcudluğunun yeganə sübutu cəmiyyəti vasitəsilə).[5].

Kakabadze 1919–1927-ci illərdə Fransada yaşamışdır. Kubizmin təsirinə məruz qaldıqdan sonra əsas diqqətini mücərrəd əsərlərin yaradılmasına yönəltmişdir. Kinetik heykəltəraşlığın yaranmasını önləyərək rəsmlərə üçölçülü hərəkət edən elementlər təqdim edirdi.

SSRİ-yə gəldikdən sonra o, əvvəlki dekorativ üslubuna qayıtdı. David Kakabadze 1928-1948-ci illərdə Tiflis Rəssamlıq Akademiyasında müəllimlik etmişdir. Burada onun dekorativ sənət dərsi qrupu var idi. Onun şagirdləri arasında gələcəkdə məşhur olan teatr rəssamı Karl Kukuladze də var idi.[4]

David Kakabadze teatr rəssamı olaraq görkəmli rejissor K.A.Mardjanişvili ilə əməkdaşlıq etmışdir. Kakabadze teatrda işləməyə 1928–1930-cu illərdə, K.A.Mardjanişvili daha sonra Tiflisə köçürülən və Marjanishvilinin adını daşıyan Kutaisidə bir teatr yaratdıqdan sonra başladı. Kakabadze bu teatrın (hazırkı Kote Marcanişvili adına Tbilisi Akademik Teatrı) ilk rəssamı oldu. O, bu teatrda Tolerin "Gop-la, biz yaşayırıq!", Çianellinin "Bail", Polikarp Kakabadzenin "Kvarkvare Tutaberi" tamaşalarına bədii tərtibat verdi. Onun tamaşalara verdiyi tərtibat sadəliyi və yüngüllüyü, səhnə məkanından orijinal istifadəsi ilə fərqlənirdi. Kakabadze yaradıcılığı əsrin əvvəllərinin dəbli bədii meyllərini əks etdirir: abstraksiya, dekorativlik motivlərini qoruyurdu.

Ölkədəki daxili vəziyyətin dəyişməsinin təcəsümünü, sənətçinin sonrakı teatr əsərlərində - Dadianinin "Guria Ninoşvili" (1934), Lavrenevanın "Dənizdə olanlar üçün!" (1946); Mosaşvilinin "Stansiya rəisi" (1947) görmək olar.

David Kakabadze 10 may 1952-ci ildə Tiflisdə vəfat etmişdir.[6]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

David Nestoroviç Kakabadze özündən sonra zəngin bir bədii irs buraxmışdır. Onun əsas işləri aşağıdakılardır:

  • "Qumbara ilə avtoportret" (1913)
  • "İmereti natürmortu" (1918)
  • "Rionges" (kətan üzərində yağlı boya, 1934) 72x100
  • "Svaneti" (qələm, guaş, 1939)
  • Bundan əlavə, teatrdakı tamaşaların dekorasiyası üzərində də çalışmışdır.

Tiflisdə Kakabadze qardaşlarının adını daşıyan küçə var.[7]

  1. 1 2 The Fine Art Archive. 2003.
  2. 1 2 3 4 Какабадзе Давид Несторович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. 1 2 David Nestorovich Kakabadse (nid.).
  4. 1 2 Давид Несторович Какабадзе — статья из Большой советской энциклопедии.
  5. Павел Николаевич Филонов: Живопись. Графика. Из собрания Государственного Русского музея. Каталог выставки. — Ленинград: Аврора. 1988 ISBN 5-7300-0123-1
  6. "КАКАБАДЗЕ". 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-14.
  7. "Какабадзе". 2018-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-13.