Debauchery

Debauchery2000-ci ildə Almaniyanın Ştutqart şəhərində Maggotcunt adı ilə yaranmış death metal qrupudur. Qrupun yaradıcısı Tomas, amerikan metal qrupu olan W.A.S.P.-ın «The Crimson Idol» adlı albomundakı bir mahnıdan eşitdiyi sözdən sonra qrupun adını Debauchery olaraq dəyişdirməyi qərara alır.

Debauchery
Debauchery qrupunun frontmeni Tomas Qurrat (yanvar 2015)
Debauchery qrupunun frontmeni Tomas Qurrat (yanvar 2015)
Əsas məlumatlar
Üslub death metal
det-n-roll
Fəaliyyət illəri 2002—h.h.
Ölkə Almaniya Almaniya
Şəhər Ştutqart
Dil ingiliscə
almanca
Leybl AFM Records
Heyət Tomas Qurrat
Denis Vard
Oliver Zellman
Keçmiş üzvlər Ronald Skayer
Dani
Digər layihələr Big Ball, Blood God
www.debauchery.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Debauchery, 2015

Əvvəlcə qrupun iki üzvü var idi: Tomas Qurrat (vokal, gitara, bas gitara) və Deni (zərb alətləri). Amma Deni, 2006-cı ildə Tomasla səhnədə dava etdiyi üçün qrupdan ayrıldı. Buna görə də, Toması Debauchery-nin tək rəsmi üzvü hesab etmək olar. Konsertlər və albomların studiya yazıları üçün Tomas müvəqqəti musiqiçilərlə çalışır.

Tomas Qurrat, 2010-cu ildə onun öz qrupu olan Debauchery bilinənə qədər Ştutqartın ən nüfuzlu kollecində fəlsəfə müəllimi işləyirdi. Lakin işlədiyi kollecdən onun belə bir qrupu olduğunu öyrəndikləri zaman Qurrat'ın qarşısına iki seçim qoyuldu: ya dərs dediyi kollecdə müəllim olaraq qalmalı ya da öz yaradıcılığna davam etməli idi. O isə ikincini seçdi və dərs dediyi kollecdən ayrıldı.

Qrupun musiqi stilində rok-n-roll rifflər, melodik gitaralar və klaviş soloları əsas yeri tutur. Vokalist Tomas Qurrat mahnılarında daha çox brutal vokala geniş yer versə də, 2013-cü ildə işıq üzü görən «Kings Of Carnage» adlı son albomunda təmiz vokalı üstünlük təşkil edir. Qrup mahnı sözlərində daha çox ölüm və müharibə mövzularına toxunur.

Mahnıların başlanğıcında eyni sətrin təkrarı qrupu özünəməxsus xüsusi xəttidir. Nümunə kimi «Kill Maim Burn», «Back In Blood», «Blood For The Blood God» və başqa mahnılarını misal göstərmək olar. Bu həm də, müxtəlif ölkələrdən olan dinləyicilər üçün mətnin daha asan yadda qalması üçün edilir.

Canlı çıxışlarında qrup, tez-tez qanı təqlid edən rəngli kraskalardan və xüsusi makyajdan istifadə edir. Qrup çoxsaylı tematik musiqi festivallarında iştirak etməklə yanaşı, praktik olaraq bütün il boyunca aktiv konsert fəaliyyəti göstərir.

Tommas Qurrat, artıq 5 ildən çoxdur ki vegeteriandır. O, ət istehsalı ilə bağlı zavodda çəkilmiş fotosessiyanı görəndən sonra vegeterian olmağı qərara alıb. Bu problemə "Germany's Next Death Metal" albomundan «Animal Holocaust» mahnısını həsr etmiş və eyni adlı klipdə də çəkilmişdir. Tomas həm də qrupun bütün kliplərinin də ssenari müəllifidir.

Qrupun cover etdiyi mahnılar

[redaktə | mənbəni redaktə et]
  • 2003 - Kill Maim Burn
  • 2004 - Rage of the Bloodbeast
  • 2005 - Torture Pit
  • 2006 - Kill Maim Burn Re-Release
  • 2007 - Back in Blood
  • 2008 - Continue to Kill
  • 2009 - Rockers & War
  • 2011 - Germany's Next Death Metal
  • 2013 - Kings Of Carnage, 2013
  • 2014 - Blood Is My Trademark

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]