Dejnyov burnu (esx/Тугнехалха)[1] — Rusiyanın və Çukot yarımadasının, Asiya qitəsinin, Avrasiya materikinin ucqar şərq nöqtəsi.
Dejnyov burnu | |
---|---|
Yerləşməsi | |
66°04′45″ şm. e. 169°39′07″ q. u.HGYO | |
Akvatoriya | Sakit okean, Şimal Buzlu okean |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Burun dənizdən əhatələnmiş və hündürlüyü 740 metrə çata dağlıq massivə malikdir. Sahilləri hündürdür[2].
Dejnyov burnu Berinq boğazının suları ilə yuyulur. Burada Şimal Buzlu okeana daxil olan Çukot dənizi ilə Sakit okeana daxil Berinq dənizi birləşir. Dejnyov burnu ilə Şimali Amerika ucqar qərb nöqtəsi olan Şahzadə Uels burnu arasında məsafə 86 km təşkil edir. Burun tarixən Beringiya bərzəxinin bir hissəsi olmuşdur. Sonradan suyun qalxması nəticəsində ərazidə boğaz əmələ gəlmişdir.
Materikin şərq hissəsi Şimal buzlu okeanın təsirinə məruz qalır. Arktik iqlim ilin böyük qismi öz hakim olur. İlin bütün hissəsi aşağı temperatur, qışda daha kəskiş şaxtalarla müşahidə edilir. Qışa yay müddətində qütb günəşi torpağı qızdıra bilmir. Hava hər quru və soyuq olur. Sakit okeandan əsən küləklər havaya müəyyən mülayimlik gətirir. Qışda tempratur −40°S, yayda isə +8°S olur.
Burunda Morj yerləşim yerləri və quş koloniyalarına rast gəlinir. Sahil sularında isə boz balina, kosa, morj və suitiləri görmək olar.
Əraziyə gələn ilk avropalı Semyon Dejnyov olur. O, 1648-ci ilin payızında əraziyə ayaq basan ilk avropalı olur. Burun onun şərəfinə Dejnyov burnu olur. Berinq boğazını ilk dəfə keçən Dejnyov bir çox məsələlərə aydınlıq gətirmişdir. Beləki, Amerikanın müstəqil materik olması bunulada isbat edilmişdir Üstəlik Şimal Buzlu okeanın Sakit okeanla bir başa əlaqəsi olması müəyyənləşir. Bundan xəbərsiz olan avropa bundan gec xəbər tutur. Boğazı keçən ikinci şəxs Vitus Berinq olur. Boğaz onun adı ilə adlandırılmışdır. Burnun adı XVIII əsrə qədər Çukot burnu. 1778 ci ildə Ceyms Kuk burunu Şərq burnu adlandırır.
1879 ildə Nordenşeldin təklifi ilə burun onu ilk dəfə kəşf edən Dejnyovun şərəfinə adlandırılır. Rusiya Coğrafiya cəmiyyəti 1898-ci ildə bunu rəsmən təstiqləmişdir[3].
Burundan 10 kilometr şimalda Uelen yaşayış məntəqəsi yerləşir. Üstəlik burada 1958-ci ildən etibarən tərk edilmiş balina ovçularının Naukan kəndi vardır. Burada tarixən 400 nəfər yaşayırdı. Onlar əcdadlarının adət-ənənələrini davam etdirirdilər. Hazırda Naukan qəsəbəsindən köçmüş insanlar Uelen, Lavrentiya, Novoye Çaplino, Sireniki və Uelkan qəsəbələrində yaşayırlar.
Burunda Dejnyovun adını daşıyan mayak vardır. Mayak yüz metr yüksəklikdə inşa edilmişdir. Burada taxta xaç vardır. Üstəlik burada Semyon İvanoviç Dejnyovun büstü qoyulmuşdur. Büstün kənarında olan lövhədə yazılır: «Semyon İvanoviç Dejnyov. 1605 ildə doğulub, 1672-ci ildə vəfat etmişdir»[4]
Burun ərazisində federal əhəmiyyətli tarixi abidə olan Ekven yerləşir. Buradakı qəbirstanlıqda 2000-dən çox qəbr vardır. Bu abidə b.e.ə 1 minillikdən b.e 1-ci minilliyə aid edilir[5]
So weit die Füße tragen romanında yazıçı Yozef Martin Bauer burunda yerləşən Qulaqdan söhbət açır. Əsərin qəhrəmanı 1949-cu ildə düşərgədən Sibirə, oradan Mərkəzi Asiyaya və sonradan isə İrana qaça bilir. Bu əsərin motivləri əsasında 2001-ci ildə «Qulaqdan qaçış» adlı kino çəkilmişdir. Əslində isə burada hec bir düşərgə olmamışdır.